Менеъментин тякамцлц


Təşkilati mədəniyyət və təşkilatın imici



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə220/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   216   217   218   219   220   221   222   223   ...   333
MENECMENT DRSLIK Şahbazov

Təşkilati mədəniyyət və təşkilatın imici.
Təşkilati sosial 
mühit insanlardan (rəhbərlərdən, tabeçilikdə olanlardan, qeyri-formal 
liderlərdən, kolleqalardan) ibarətdir . Təşkilati mədəniyyət insanlann 
təşkilati mühitdəki davranışında təşəkkül tapır. bu mənada təşkilati 
mədəniyyət dedikdə, təşkilatda işlənilib hazırlanmış və onun 
üzvlərinin məmnun qaldığı davranışların, adətlərin və gözləmələrin 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
779 
(ümidlərin) bütöv sistemi başa düşülür. 
Mədəniyyət əvvəlcədən verilmir, qabaqcadan müəyyən 
edilmir. O - ictimai qarşılıqlı əlaqələrin nəticəsidir, əsasən öyrənmə 
yolu ilə ötürülür və saxlanılır. Mədəniyyət təşkilatın daxilində 
davranış vasitəsilə aşkara çıxır. Mədəniyyəti təşkil edən davranş əksər 
modelləri birbaşa strategiyalar, planlar və proseduralar yolu ilə asan 
mənimsənilir. 
Təşkilatın imici onun həm daxilində, həm də xaricində 
əməkdaşların, alıcıların və ümümilikdə ictimai rəyin köməyi ilə 
yaradılan təssüratla müəyyən olunur. bu təssürat təşkilata alıcıları 
uzun müddət qorumaq imkanı verir. Strateci planlaşdırma və 
idarəetmənin tətbiqi təcrübəsi göstərdi ki, ləşkilatda strateci 
planlaşdırmanın uğuru konkret planlaşdırma metodlarından başqa 
daha çox planlaşdırmanın həyata keçirdiyi mühitin ümıımi 
mədəniyyətindən asılıdır. Təşkilatın mədəniyyəti və imici reputasiya 
(nüfuz) ilə möhkəmlənir və ya zəifləyir. bu zaman bir sıra suallar 
meydana çıxır: 
-
Firma 
öz fəaliyyətində və məqsədlərə nail olmaqda
ardıcıldırmı? 
-
bu sahənin digər təşkilatlar ilə müqayisədə o necə görünür? 
-
O yaxşı insanları cəlb edirmi? 
Zəif və güclü tərəfləri aşkar edib və amilləri öz əhəmiyyətililik 
səviyyələrinə görə ölçüb-biçən rəhbərlik təcili müdaxiləni təbb edən 
yaxud gözləyə bilən, eləcə də təşkilatın strategiyasının işlənib 
hazırlanmasında və reallaşdınlmasında istinad edilə bilən funksional 
zonaları müəyyən edə bilər. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə