Менеъментин тякамцлц


Təşkilatın güclü və zəif tərəfləri



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə218/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   214   215   216   217   218   219   220   221   ...   333
MENECMENT DRSLIK Şahbazov

Təşkilatın güclü və zəif tərəfləri. 
Xarici mühitin təhlilini 
aparmaq və təhlükə yaradan və yaxııd yeni imkanlar açan amillər 


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
776 
haqqında məlumatlar əldə edərək rəhbərlik özünün zəif və güclü 
tərəflərini qiymətləndirməlidir. Imkanlardan yararlanmaq üçün 
firmanın daxili qüvvələri varmı və xarici təhlükələrlə bağlı gələcək 
problemlərin hansı daxili zəifliklər mürəkkəbləşdirə bilər. Təşkilatın 
güclü və zəifliklərinin təhlili buna xidmət edir. Daxili problemlərin 
diaqnostikası üçün istifadə olunan metodu idarəetmə müayinəsi 
adlandırırlar. O, təşkilatın müxtəlif funksional zonalarının kompleks 
tədqiqinə əsaslanıb və qoyulmuş vəzifədən asılı olaraq metodiki 
cəhətdən sadə və ya daha mürəkkəb ola bilər. Strateci planlaşdırma 
məqsədləri üçün müayinə 5 funksonal zonanı - marketinq, maliyyə 
(müasibat uçotu), istehsal, heyət və еləcə də təşkilati mədəniyyət və 
təşkilatın imicini daxil etmək tövsiyyə olunur. burada biz təşkilatın 
funksonal zonalarının tədqiqi üçün islifadə olunan yalnız bir neçə 
göstəriciləri və onların bəzi xüsusiyyətlərini nəzərdən keçirəcəyik. 
Marketinq 
funksiyasının təhlili zamanı tədqiqatın 7 vacib elementnə 
diqqət yеtirmək lazımdır 
1. bazar payı və rəqabətliliyi. 
bazarın ümumi tutumuna faizlə 
nisbətdə bazar payı təşkilatın uğurlu fəaliyyətini xarakterizə edən əsas 
göstəricilərdən biridir, belə ki, ləşkilatın bazar payı ilə onun effektli işi 
arasında müəyyən asılılıq vardır. Eyni zamanda bu əksər firmaların 
əsas məqsədidir və rəhbərlik daima ona nəzarət edir. 
2. Çeşidin müxtəlifliyi və keyfiyyəti. 
Onlar çox halda 
təşkilatın dayanıqlığını müəyyən edirlər. amma burada müxtəlif 
yanaşmalar mümkündür. bir firma öz başlıca uğurunu məhsulun 
keyfiyyətinin təmin olunmasında görərək məhdud çeşiddə məhsul 
buraxır, ildə 1-2 yeni məmulat mənimsəyir. Digər firma hər il onlarla 
və yüzlərlə məmulat mənimsəyir. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə