Менеъментин тякамцлц



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə221/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   217   218   219   220   221   222   223   224   ...   333
MENECMENT DRSLIK Şahbazov

Təşkilatın 
strateci 
vəziyyətinin 
qiymətləndirilməsi. 
Təşkilatın fəaliyyət göstəricilərinə xarici mühitdə baş verən 
dəyişikliklər təsir göstərir. Təşkilatın məqsədləri, stategiyaları və 
missiyanın özü bu dəyişikliklərin təsirinə məruz qalır. buna görə də 
rəhbərliyin aktual vəzifəsi strategiyanın təşkilatı əhatə edən mühitə 
uyğunluğunun təmin olunmasıdır. bir suala cavab vermək vacibdir: 
«Indiyə qədər təşkilat və onun ətraf mühiti necə inkişaf edirdi və onlar 
plan və proqnozlarla müqayisədə hansı tendensiyalara malikdirlər?», 
dəqiq desək, rəhbərlik dəqiq təsəvvürə malik olmalıdır ki, təşkilat hal-
hazırda hansı strateci vəziyyətdədir. 
Strateci vəziyyətin qiymətləndirlməsi prosesi üç mərhələ-


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
780 
dən ibarətdir: təşkilatın müassir durumu haqqında informasiya 
yığılması, planlaşdırılmış vəziyyətdən kənarlaşma-ların təhlili; və 
tsiklin məntiqi sonluğu kimi ssenarinin layihə-ləşdirilməsi. 
birinci mərhələdə xarici mühitin vəziyyətinin nəzərə alınması 
ilə təşkilatın profili haqqında informasiya yığılması aparılır. Profil - 
təşkilatın ixtisaslaşmasının, təşkilati-texniki səviyyəsini, idarəetmə 
sistemini və təşkilati mədəniyyətini səciyyələndirən kompleks 
qiymətləndirmədir. Təşkilatın normal fəaliyyət göstərməsi üçün onun 
profıli ilə ətraf mühit arasında müəyyən uyğunluğu təmin etmək 
zəruridir. Profıl təşkilatın məşğul olduğıı biznesin tədqiqatı yolu ilə; 
onun bazardakı mövqeyi ilə; (o liderdir və yaxud qovandır); islehsal 
güclərindən və işçi qüvvəsindən istifadə intensivliyi, texnika, 
texnologiya; istehsalın təşkili və idarəetmənin təşkilati strukturu; 
təşkilati və işgüzar mədəniyyət; təşkilatın bütövlükdə dinamikliyi 
yolu ilə aşkara çıxarılır. 
Prosesin ikinci mərhələsində mərkəzi yeri onun zəif və güclü 
tərəflərinin təhlili tutur. Əsas diqqət təşkilatın ətraf mühitdəki 
dəyişikliklərdən zəiflik səviyyəsinə və mühitin imkanlarından 
istifadəyə maneəçilik törədən xüsusiyyətlərə ayrılır. bunun əsasında 
təşkilata yaxşı imkanlardan istifadə 
etməyə və təhlükələri 
neytrallaşdırmaq və yaxud onların təsirini yumşaltmağa imkan verən 
fərqləndirici cəhətləri müəyyən olunur. 
Üçüncü mərhələdə təşkilatın gələcək obrazının ssenarisi və 
yeni açılan imkanlar və təhlükələr nəzərə alınmaqla ona nail olmaq 
yolları işlənib hazırlanır. belə ssenari təşkilata imkanlardan istifadə 
etməyi təmin edən və ona potensial təhlükələrdən qaçmağa şans verən 
özünün təşkilati, texnoloci və marketinq keyfiyyətlərini aşkarlamağa 
imkan verəcək. Yuxarıda təklif olunan təhlil gələcəkdə planlaşdırılmış 
strategiyanı qoruyub saxlamaqla təşkilata öz mövqeyini müəyyən 
etməyə imkan verəcək. burada mərkəzi an «strateci rabitəsizlik» aşkar 
edilməsi və təhlilidir. 
«Strateci rabitəsizlik» dedikdə, seçilmiş (planlaşdırılmış) 
inkişaf kursu ilə təşkilatın yeni dəyişkən mühitdəki inkişaf kursıı 
arasında fərq başa düşülür. «Strateci rabitəsizlik» strateci idarəetmənin 
müxtəlif elementləri arasında meydana gələ bilər: məqsədlərlə 
strategiya arasında, strategiya və təşkilati struktura arasında, strategiya 
və onun reallaşdırılması mexanizmləri arasında, strateci və cari 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
781 
planlaşdırma arasında və s. Onlar çox zaman intuitiv şəkildə, təşkilatın 
aparıcı planlaşdırıcılarının və rəhbərlərinin şəxsi təcrübəsi əsasında 
müəyyən olunurlar. 
Ssenarinin layihələşdirilməsinin tacı strateci planlaşdırma-dır 
ki, o da xarici mühitdə baş verən dəyişikliklərə və bu mühitin 
təşkilatın profıli ilə ııyğunluğu səviyyəsi ilə, eləcə də təşkilatın 
gələcək durumu ilə bağlı olan şərtləri nəzərə alır. Sonra strateci 
məqsədlər dəqiqləşdirilir və alqoritm qapanır. 
Qeyd etmək lazımdır ki, bu bölmədə təsvir olunan tədqiqatlar 
təşkilatın mövcud olduğu situasiyanın qiymətləndirilməsi üçün və ya 
yeni idarəetmə qərarlarının ilikn nəzarətini tələb edən inkişaf 
istiqamətlərindən istifadəni əsaslandırmaq üçün aparıla bilər. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə