Менеъментин тякамцлц



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə217/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   213   214   215   216   217   218   219   220   ...   333
MENECMENT DRSLIK Şahbazov

Rəqabət amillərinin

təhlili təşkilat rəhbərliyi
tərəfindən rəqiblərin fəaliyyətinə daimi nəzarəti nəzərdə tutur. 
Təhlilin mahiyyətini aşağıdakı suallara cavabların axtarılmasında 
görmək olar: 
-rəqibi fəaliyyətə nə gətirir? -o nə edir? -o nə edə bilər? 
Rəqiblərin təhlilində 4 tədqiqat (diaqnostika) zonasını
fərqləndirirlər; 
a)rəqiblərin gələcək məqsədlərinin təhlili; 
b)onların cari strategiyalarının qiymətləndirilməsi; 
c)rəqiblərə münasibətdə ilkin şərtlərin qiymətləndiril-məsi


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
775 
ç)sahənin inkişaf perspektivi, rəqiblərin güclü və zəif 
tərəflərinin öyrənilməsi. 
6.. Xarici mühitin 
sosial amilləri
 
özündə dəyişən ictimai 
dəyərləri, məqsədləri, münasibətləri, ümidləri və adətləri özündə 
birləşdirir. Iqtisadi qeyri-sabitlik şəraitində təşkilat üçün böyük 
təhlükə olan çoxlu problemlər məhz sosial mühitdə yaranır. bu 
problemlərin öhdəsindən effektiv gəlmək üçün təşkilatda bir sosial 
sistem kimi özü dəyişilməlidir, xarici mühitə uyğunlaşmalıdır.
7. beynəlxalq amillərin təhlili milli təşkilatlar üçün çox vacib 
əhəmiyyət kəsb edir. Çoxlu iri və orta təşkilatlar beynəlxalq bazarda 
aktiv fəaliyyət göstərirlər və ya göstərməyə hazırlaşırlar. Digər 
ölkələrin hökumətlərinin milli bazarın ümumilikdə və ya ayrı-ayrı 
sahələrinin müdafiəsi və ya genişləndirilməsi üzrə səylərini nəzərdə 
tutan siyasətini izləmək lazımdır. 
Nəzərdən keçirilmiş amillər qruplarının tədqiqat yolu ilə 
aparılmış xarici mühitin təhlili təşkilat rəhbərliyinə onu maraqlandıran 
suallara cavabların tapılmasını asanlaşdırır: 
-xarici 
mühitdəki 
hansı 
dəyişikliklər 
təşkilatın 
cari 
strategiyasına təsir göstərir? 
-hansı amillər ümumfirma məqsədlərinə nail olunması üçün 
böyük imkanları əks etdirir? 
Xarici mühitin təhlili təşkilatın bu mühitdə qarşılaşdığı həm 
xarici təhlükələrin, həm də imkanların siyahısının tutulması ilə başa 
çatdırmaq tövsiyə olunur. bu siyahının təsvir forması müxtəlif ola 
bilər, lakin bir qayda olaraq, təşkilata təsir səviyyəsinə görə bu 
amillərin növbəliliyini və təsirin qiymətləndirilməsini özünə daxil 
etməlidir. Əyanilik və firmanın strategiyasını planlaşdıran rəhbər üçün 
bütün amilləri 2 bölmədə yerləşdirmək olar: 
1 - imkanları göstərən amillər; 
2 - təhlükələri göstərən amillər. 
Ssenarilər müassir vəziyyətdən təşkilatın gələcəyinə qədər olan 
təsviri inkişaf etdirməlidir. bu iş strateci idarəetməninin əsas prinsipi 
olan seçim alternativliyi nəzərə alınmaqla sistemli şəkildə aparılır. 
buna görə də bir ssenari yox, bir neçə variantlar işlənib hazırlanır kı

bu da təşkilat rəhbərliyinə bu və ya digər inkişaf istiqamətini 
sеçmənin mümkün nəticələrini görməyə imkan verir. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə