Менеъментин тякамцлц



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə219/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   215   216   217   218   219   220   221   222   ...   333
MENECMENT DRSLIK Şahbazov

 
3. bazar demoqrafiyası. 
bazarda və alıcıların stukturunda 
dəyişikliklərin tədqiqi təşkilat rəhbərliyi üçün kifayət qədər mürəkkəb 
vəzifədir. bu vəzifəni cəmiyyətin sosial təbəqələşməsi, əhalinin əsas 
kütləsinin gəlirləri səviyyəsinin dəyişməsi və içtimai dəyərlərin 
dəyişməsi çətinləşdirir 
4.bazar tədqiqatları və işlənib lıazırlanmaları. 
Təşkilatın 
daimi 
rəqabət 
qabiliyyətliliyinin 
saxlanması 
üçün yeni-yeni 
məhsulların və xidmətlərin, eləcə də bazarların geniş tədqiqatını və 
işlənib hazırlanmalarını aparmaq vacibdir. 
5.alıcılara satışdan qabaq və satışdan sonrakı xidmət. 
Effektiv və yaxşı satışdan sonrakı xidmət böyük həcmdə satışlara 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
777 
şərait yaradır, o alıcıların firmaya loyallığını saxlayır və formalaşdırır, 
yüksək satış qiymətlərinin təyin etməyə imkan verir. 
 
6. Satış, reklam, malların yeridilməsi. 
bıı göstəricilər 
marketinq funksiyasının təhlilində mərkəzi yerlərdən birini tutur. 
Təşkilat bazarda o halda uğurlara bel bağlaya bilər ki, onun aktıv və 
səriştəli ticarətçi-satıcıları, aqressiv, yaradıcı mütəşəkkil reklamı
məhsulların və xidmətlərin irəlilədilməsi planı olsun. 
7. Mənfəət. 
Mənfəət - kommersiya təşkilatının effektiv 
fəaliyyətinin ümumiləşdirilmiş göstəricisidir. buna görə də müxtəlif 
istiqamətlərindən, məhsul və xidmətlərdən alınan mənfəətə daima 
nəzarət etmək marketinq idarəedicisinin əsas funksiyasıdır. Qeyri-
kommersiya təşkilatı birinci dərəcəli əhəmiyyəti öz əməliyyatlarının 
effektivliyinə verir. 
Maliyyə (mühasibat uçotu). Təşkilatın maliyyə vəziyyəti əksər 
halda 
rəhbərliyin 
gələcəkdə 
hansı 
strategiyanı 
seçəcəyini 
müəyyənləşdirir. Maliyyə vəziyyətinin detallı təhlili təşkilatın artıq 
mövcud olan və potensial zəifliklərini aşkarlamağa kömək edir. bir 
qayda olaraq, maliyyə vəziyyətinin təhlili maliyyə təftişi metodları ilə 
aparılır. bu kifayət qədər əmək tutumlu, çox vaxt tələb edən və 
firmanın böyük sayda əməkdaşlarının cəlbini tələb edən işdir. 
Səy göstərmək lazımdır ki, aparılan maliyyə təftişi təşkilatın bu 
dövrdə normal fəaliyyət göstərməsinə maneçilik törətməsin. 
Istehsal. Təşkilatın istehsalçı funksional zonasının təhlili 
metodikası islehsalın təşkilati-texniki səviyyəsinin məşhur qiymət-
ləndirilməsi metodikasından əhəmiyyətli dərəcədə fərqlənir. bu fərq 
ilk növbədə təhlilin strateci idarəetməyə və inkişaf edən bazar 
münasibətlərinə yönümlülüyü ilə izah olunur. Istehsalı idarəetmənin 
daimi təhlili təşkilatın daxili strukturunun xarici mühitdəki 
dəyişikliklərə vaxtında adaptasiyası və rəqabət mühitində onun sağ 
qalması üçün çox böyük əhəmiyyətə malikdir. 
Istehsalçı funksional zonanın güclü və zəif tərəflərinin təhlili
gedişində aşağıdakı bir sıra həlledici suallara cavab almaq vacibdir: 
-
Firma öz məhsııl və xidmətlərini rəqiblərlə müqayisədə daha az 
xərclərlə istehsal edə bilərmi? 
-
Təşkilatın yeni materiallar əldə etmək imkam varmı? O bir 
ləchizatçıdan asılıdırmı, yoxsa onun seçimi varmı? 
-
Firmanm avadanlığı necədir? O yenidirmi və ona yaxşı xidmət 


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
778 
olıınurmu? 
-
Tədarük sistemi material ehtiyyatlarının aşağı salınması və 
məhsulun reallaşdırılmasının sürətləndirilməsi üçün nəzərə
alınıbmı? Firmada giriş materialları üzərində, onların istehsalda 
hərəkəti və çıxış məmulatları üzərində nəzarət mexanizmi varmı? 
-
Təşkilat onun rəqiblərinin xidmət göstərə bilmədiyi bazarlara 
xidmət edə bilərmi? 
-
Təşkilatda məhsulun keyfıyyətinə effektiv nəzarət sistemi 
varmı? 
- Istehsal prosesi nə qədər yaxşı təşkil olunub və planlaşdırılıb? 
Onu yaxşılaşdırmaq olarmı? 
Heyət (insan resursları). XX əsrin 30-cu illərinin «kadrlar hər 
şeyi həll edir» şüarı bazar münasibətlərinin və iqtisadi böhranın 
təşəkkül tapması şəraitində aktuallığını itirməyib və yeni məna kəsb 
еdir. Müasir təşkilatın bir çox problemlərinin həlli həm istehsalın, həm 
də idarəetmənin ixtisaslı və enercili mütəxəssislərlə təmin 
olunmasmdan asılıdır. Insan resursları funksiyasının təhlili zamanı 
aşağdakı bir sıra suallara cavab vermək tövsiyə olunur: 
- Siz hal-hazırda təşkilatda işləyən əməkdaşlar tipini necə 
xarakterizə еdərdiniz, və gələcəkdə onlandan nə tələb olunacaq? 
-
Təşkilatın ali rəhbərliyinin səriştəliliyi və hazırlığı necədir? 
-
Rəhbər vəzifələrinin ardıcılıq yolu ilə keçilməsi planı varmı? 
-
bizim effektli və rəqabətli mükafatlandırma sistemimiz varmı? 
- biz idarəedici kadrların hazırlanması və ixtisasının
artırılmasından effektiv istifadə edirikmi? 

Heyətin işinin qiymətləndirilməsi sistemi təşkilatda 
fəaliyyət göstərirmi və belə qiymətləndirmə axırıncı dəfə nə vaxt 
aparılıb? 
bu sualların hər birinin ayrılıqda dərin təhlili və insan 
resurslarının keyfıyyətinin kompleks qiymətləndirilməsi rəhbərliyə 
bu funksional zonada potensial zəifləri aşkar etməyə və adekvat 
tədbirlər görməyə imkan verir. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə