Менеъментин тякамцлц


Strateci dəyişiklərin tətbiqi



Yüklə 9,05 Mb.
Pdf görüntüsü
səhifə229/333
tarix30.12.2023
ölçüsü9,05 Mb.
#164514
1   ...   225   226   227   228   229   230   231   232   ...   333
MENECMENT DRSLIK Şahbazov

2.
Strateci dəyişiklərin tətbiqi
. Strateci idarəetmənin 
reallaşdırılması təşkilatın struktur və mədəniyyətində əhəmiyyətli 
dəyişikliklərin həyata keçirilmə zərurəti ilə bağlıdır. Təcrübə, çox 
saylı tədqiqatlar və müxtəlif situasiyalarda insan davranışını öyrənən 
elm sübut edir ki, dəyişikliklərin hadisənin normal axınına və 
təşkilatda formalaşmış status-kvoya təhlükə yaratdığı an onlara qarşı 
müqavimət yaranır. 
Müqavimət daşıyıcıları insanlardır. Onlar əsasən təşkilatda 
planlaşdırılan dəyişiklərin təsir dairəsinə daxil olan-müxtəlif ierarxik 
səviyyəli rəhbərlər, menecer və siravi işçilərdir. Onlar çox zaman 
dəyişikdiklərə müqavimət göstərir və bu özünü aşağıdakı şəkildə ifadə 
edir. 
• Təşkilat daxili dəyişiklikləri cari iş axınında "basdırmaq" 
cəhdi ilə ifadə olunan birbaşa sabotac. 
• Dəyişiklərin tətbiqinin ləngidilməsi (axşamın xeyirindənsə 
sabahın şəri yaxşıdır") 
• Dəyişikliklər prosesində prosesi ləngidən və xərclərin 
çoxalmasına gətirib çıxaran gözlənilməz çətinliklərin yaranması. 
beləliklə, müqavimət adı altında gözlənilməz fasilələr, 
problemlər, əlavə xərclər və təşkilatda strateci dəyişikliklər prosesinin 
qeyri dayanıqlığını yaradan mürəkkəb davranış norması başa düşülür. 
Müqavimət fərdi və kollektiv xarakter daşıya bilər. ayrıca 
şəxsdə müqavimət təhlükə hiss etdikdə yaranır. bu, o vaxt baş verir ki, 
ayrıca fərd dəyişikliklərin aqibəti və "+" nəticəsinə əmin dеyil; yеni 
işin öhdəsindən gəlməyəcəyinə və bu səbəbdən də kənarda 
qalacağından qorxur; yеni təşkilati mədəniyyətə uyğunlaşa bilmir və 
ya ixtisas artırmaq marağında olmur. Menecerler müqavimətə o 
zaman əl atırlar ki, onların idarəetmə strukturunda mövqeyinə təhlükə 
yaranır, əməyinin mükafalandırılmasının azalması, təşkilati resurslar 
üzərində nəzarətin zəifləməsi və nəticədə nüfuzunun azalması qorxusu 
yaranır. Dəyişikliklərə fərdi rəaksiya inandırma gücündən, motivdən 
və şəxsiyyətin dəyişikliklərə münasibətindən aslıdır. 
Qrup müqaviməti öz xarakterinə görə fərdi müqavimətdən 
fərqlənir. O, nisbətən güclüdür sabit xarakter daşıyır və onun aradan 
qaldırılması üçün daha çox səy tələb edilir. bu onunla izah olunur ki, 


Бейнялхалг маркетинг вя мцяссянин харижи базара чыхыш стратеэийасы 
802 
ümumi məsuliyyət, vəzifə və maraqları olan menecerlər və ya 
mütəxəssislər qrupu təşkilatda onların mövqeyini müdafiə edən oxşar 
baxış və davanışlar sistemini hazırlayırlar. 
Müəyyən səviyyə rəhbərləri təşkilatda, idarəetmə sisteminə 
tə'siri baxımdan, daha böyük gücə malik ittifaq (koalisiya) yaradırlar. 
Dəyişikliklərə müqavimətin gücü təşkilati struktur və 
mədəniyyətin gözlənilən dəyişikliklərə uyğunluq dərəcəsi ilə müəyyən 
olunur: dəyişikliklərin tətbiqi dövrülüyünün uzunluğu və sür'əti; 
rəhbərlik üçün nüfuz və hakimiyyətin itməsi qorxusu; ümumilikdə 
dəyişikliklərin təşkilat üçün "yaşamaq uğrunda mübarizə"də önəmli 
olduğuna inam. 
Strateci dəyişikliklərin uğurla həyata keçirilməsi üçün onlara 
olan müqaviməti aradan qaldırmaq lazımdır, əlehidarları tərəfdarlara 
çevirmək lazımdır. Ən əsası isə müqavimətə sadə reaksiyadan, şüurlu 
təsirə keçmək və s. müqaviməti idarə etmək lazımdır. bunun üçün 
aşağıdakı sxem üzrə fəaliyyət göstərmək məqsədə uyğyndur. 
1) Planlaşdırılan dəyişikliklərə müqavimətin xarakterini 
müəyyən etmək, strukturlaşdırmaq və təhlil etmək, müqavimətin 
potensial daşıyıcıları olan əsas qrup və şəxsləri üzə çıxarmaq. 
2) Dəyişiklikləri tətbiq etməmişdən əvvəl ayrı-ayrı şəxs və 
qruplarla hazırlıq işləri aparmaqla potensial müqaviməti minimuma 
endirmək. 
3) Dəyişikliklərin tətbiqi prosesində müqaviməti aradan 
qaldırmağa yönəlmiş kompleks üsullar hazırlamaq və həyata 
keçirmək, fəaliyyət proqramı hazırlamaq və lazımi resurslarla 
silahlanma, o cümlədən tərəfdarlardan ibarət dayaq qrupları yaratmaq. 
4) Təşkilati struktur və mədəniyyətdəki dəyişikiikləri 
qanuniləşdirmək və onları məntiqi sonluğa kimi davam etdirmək 
Müqaviməti dəf etməyə əməkdaşların davranış proqnozlarının 
tərtibi və strateci təhlilindən, ümumilikdə təşkilatda dəyişikliklərin 
xarakteri və nəticəsi barədə ınformasiya çatışmamazlığı ilə əlaqədar 
müqaviməti aradan qaldırmaqdan başlamaq lazımdır. Elə bu zaman 
tərəfdarlar sırasından seçilən və izah işlərinə dəyişikliklərin 
planlaşdırılmasına və realizəsinə cəlb olunan "yardım qrupları" 
yaradılır. Müqavimətin dəf etmə üsulları da dəyişikikıərin tətbiqi 
proqramına daxil edilməlidir. 
Müqavimətin aradan qaldırlması sayəsində uğurlar rəhbərin 
dəyişikliklər prosesini necə həyata keçirməsindən aslıdı. bununla 


Шащбазов К.А., Мяммядов М.Щ., Щясянов Щ.С. 
803 
yanaşı rəhbər yüksək bilik səviyyəsi, dəyişikliklərin zəruriliyi və 
nəticələrinə əminlik nümayiş etdirməlidir. 

Yüklə 9,05 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   333




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə