Mərhələləri İqtisadiyyat və iqtisad elmi


İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

4.İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər. 
Tələbatların ödənilməsi vasitələrinin məhdudluğu zamanı tələbatların müxtəlifliyi ona 
gətirib çıxarır ki, əslində onların heç də hamısı və çox ehtimal ki, tam səviyyədə ödənilə 
bilməyəcək. Deməli, hər bir iqtisadi fəaliyyət faktiki olaraq hazırkı anda ödənilməli olan 
tələbatın – bütün mümkün olanlarından birinin, yaxud bir neçəsinin seçilməsi deməkdir. Eyni 
zamanda artan tələbatların ödənilməsi möcud resurs texnologiyalarla məhdudlaşır. Bu o 
deməkdir ki, iqtisadi qərarların qəbul edilməsi problemi, əslində iqtisadi fəaliyyətlərin alternativ 
variantlarından birini seçmə problemidir. Bu, yalnız o halda yaranır ki, indiki iqtisadi subyekt 
üçün nəinki real imkan, həm də alternativ variantlar arasında seçmək zərurəti mövcud olur.
Eyni zamanda həmin fəaliyyət hazırki vəziyyətdə bütün yerdə qalan tələbatların 
ödənilməsindən imtina etmək deməkdir. Bununla yanaşı hər bir iqtisadi fəaliyyət məhdud 
resursların ehtiyatlarının müəyyən hissəsinin sərfi və deməli, yerdə qalan tələbatların ödənilmə 
imkanlarının ixtisarı deməkdir. Deməli, müəyyən tələbatların ödənilməsinə resursların müəyyən 
miqdarının ayrılması bu resursların digər tələbatların edənilməsi üçün istifadə edilməsindən 
imtina ilə və həm də mövcud tələbatların ödənilməsinin bəzi məhdudiyyətləri ilə əlaqədardır. 
Beləliklə, seçmə probleminin əks tərəfi qənaət və səmərəlilik – hazırkı iqtisadi subyektin digər 
tələbatlarının ödənilməsi imkanının təmin edilməsi ilə mövcud tələbatın ödənilməsinə vəsaitin 
məhdud və düşünülmüş şəkildə ayrılması problemidir.
Variantlardan birini seçərək, biz faktiki olaraq digər (alternativ), daha yaxşı variantdan 
imtina edirik. Ona görə də seçim həmişə müəyyən qurbanlarla bağlıdır ki, bunlarda alternativ 
xərclər adlandırılır. Alternativ xərclər – mövcud resursun istifadə edilmə imkanlarının seçimi 
nəticəsində rədd edilənlərdən ən dəyərlisinin qiymətləndirilməsidir. Rədd edilən variantın 
subyektiv qiymətləndirilməsi şəklində çıxış edərək, alternativ xərclər yalnız seçimi həyata 
keçirən şəxsin şüurunda mövcud olur. Onlar – dəyərdir ki,onu daha böyük dəyərə görə qurban 
vermişlər. Alternativ xərclər yalnız seçim anında mövcud olur və bu seçimin həyata 



keçirilməsindən sonra yox olurlar. Bununla əlaqədar olaraq onlar seçim nəticəsində yarana bilən 
xərclər deyil, seçimi şərtləndirən xərclərdir. 
Alternativlik prinsipinin təzahür edilməsinin və bununla bağlı xərclərin əyani təsviri 
aşağıdakı şəkildə verilən istehsal imkanlarının modeli ola bilər. İqtisadiyyatı biri istehsal 
vasitələrini, digərisi isə – istehlak əşyalarını istehsal edən iki bölmə şəklində təsəvvür edək. 
Məhdud resurslara malik olaraq, iqtisadiyyat hər bir mövcud dövrdə istehsal vasitələri və 
istehlak əşyalarının yalnız müəyyən miqdarının buraxılışını həyata keçirə bilər. Bütün mövcud 
resursların tam istifadəsi zamanı onun istehsal imkanlarının sərhədləri ABCDE əyrisi ilə əks 
olunacaq. İstehsal imkanlarının sərhədi onların istifadə edilməsinin mövcud texnologiyaları 
zamanı nadirliyin iqtisadi probleminin təsviri metodu olaraq, bütün resursların tam istifadəsi 
şərtilə nemətlərin buraxılmasının maksimal dərəcədə nail oluna bilən həcmlərini göstərir. 
Əyrinin özü istehsal imkanlarının sərhədlərini əks etdirdiyi zaman, bu əyridə hər bir nöqtə 
istehsal edilən nemətlərin müəyyən dəstini əks etdirəcək. Hazırkı istehsal imkanları çərçivəsində 
istehsal edilən nemətlərin dəstləri müxtəlif ola bilər, məsələn; 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə