Mərhələləri İqtisadiyyat və iqtisad elmi


İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, xidmətlər



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

2. İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, xidmətlər. 
 

İqtisadiyyatın ilkin tərifi ona əsaslanır ki, insanların iqtisadi fəaliyyəti mövcud resursların 
istifadə edilməsi əsasında onların tələbatlarının ödənilməsinə yönəldilmişdir.
Təlabatlar iqtisadi fəaliyyətin ilkin nöqdəsidir, onların ödənilməsi isə – son nəticədir.
Təlabatları daimi ödəmək zərurəti – insan cəmiyyətinin, hər bir insanın xüsusiyyətidir. 
Təlabatlar cürbə-cürdürdür. Onları müxtəlif meyarlar üzrə təsnifləşdirmək olar.
Yaşayış vasitələrinə, yaxud insanların həyatı vacib təlabatlarını ödəyən nemətlərə (qidaya, 
geyimə, mənzilə və s.) təlabatlar.
İnsan həyatının sosial-mədəni vasitələrinə (təhsilə, mədəniyyətə, asudə vaxta) təlabatlar.
Fəaliyyət vasitələrinə (əmtəələrin, xidmətlərin, və s. istehsalı üçün əşyalar) təlabatlar.
Sosial cəhətdən nüfuzlu nemətlərin (turizm xidmətləri, zinət əşyaları və s.) ödənilməsinə 
tələbat.
Digər təsnifatlar da mümkündür: tələbatların ödənilmə növü üzrə (fərdi, kollektiv), 
ödənilmənin alternativliyi üzrə və s. 
İqtisadiyyat nöqteyi nəzərdən tələbatların prinsipial xassəsini xüsusilə qeyd etmək vacibdir – 
cəmiyyət inkişaf etdikcə onların strukturu, keyfiyyət və kəmiyyətinin arması və daima dəyişməsi 
baş verir. Yeni tələbatların meydana çıxması ilə yanaşı köhnələr yox olub gedir, tələbat növləri 
arasında nisbət dəyişilir və i.a. Bu tələbatların artması qanununda öz əksini tapır.



Nemət – özündə müəyyən müsbət məna daşıyan, insanın bu və ya digər tələbatını ödəyən və 
onların maraqları, məqsədləri və səylərinə cavab verən hər bir şey: əşya, hadisə, əmək 
məhsuludur.
İqtisadi ədəbiyyatda nemətin başqa tarifləri də var. Məsələn, nemət deyəndə, A.Marşall 
bizim istədiyimiz hər bir şeyi və ya insanın təlabatlarını ödəyən əşyaları başa düşürdü. Bu tərifdə 
nemətlər yalnız əşyalar, predmetlərlə məhdudlaşır.
Bəzən nemətlər faydalılığın təzaşürü kimi nəzərdən keçirilir ki, bu da yalnız əməyin 
məhsulu deyil, həm də təbiətin barı ola bilər.
İnsanlara lazım olan və rolu get-gedə artan nemətlər arasında xüsusi yeri xidmətlər tutur.
Xidmətlər – nəticəsi faydalı effekt olan, insanın hər hansı tələbatlarını ödəyən 
məqsədəuyğun insan fəaliyyətidir.
Nemətlərin başa düşülməsində onların təsnifatının böyük əhəmiyyəti var.
Nemətlərin müxtəlif qruplara (növlərə) bölünməsi üçün çoxlu meyarlar var.
Nemətlərin maddi və qeyri-maddilərə bölünməsi daha geniş yayılmışdır.
Maddi nemətlər – təbiətin təbii bəxşişləri(torpaq, hava, iqlim), istehsal məhsullarıdır (ərzaq 
məhsulları, tikililər, maşınlar, alətlər və s.). Maddi nemətlərə hərdən maddi nemətlərin 
mənimsənilməsilə əlaqədar olan münasibətlər də (patentlər, müəllif hüququ, girov kağızı) aid 
edilir (məsələn A.Marşall). Bununla da bir qrupda müxtəlif səciyyəli nemətlər – bir qismi 
faydalılığına görə – birləşdirilir.
Qeyri-maddi nemətlər – insanın qabiliyyətlərinin inkişafına təsir edən nemətlərdir, onlar 
qeyri-istehsal sahələrində: səhiyyə, təhsil, incəsənət, kino, teatr, muzeylər və b.k. yaradılırlar.
Qeyri-maddi nemətlər iki yarımqrupa bölünür:

Daxili – insana təbiət tərəfindən verilmiş və insanın öz iradəsiylə özündə inkişaf etdirdiyi 


(səs – oxuma, deklamasiya; musiqi duyumu – musiqiçi; elmə qabiliyyət və b.k.); 

Zahiri - 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə