Mərhələləri İqtisadiyyat və iqtisad elmi


İqtisadi qanun və kateqoriyalar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   2   3   4   5   6   7   8   9   10   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

3. İqtisadi qanun və kateqoriyalar.
 
İqtisadi hadisələrin tədqiqi nəticəsində onların mahiyyətinin açılmasına səbəb olur. Bu da 
real iqtisadi gerçəkliyi az-çox dərəcədə dolğun əks etdirən anlayışların formalaşmasına səbəb 
olur. İqtisadi həyatın ümumi və mühüm tərəflərini əks etdirən məntiqi anlayışlar iqtisadi 
kateqoriyalar adlanır. İqtisadi kateqoriya, iqtisadi hadisə və proseslərin elmi adıdır. Məsələn, biz 
gündəlik fəaliyyətimizdə paltar geyir, yemək yeyir və sair. Bütün bunlar iqtisad elmində istehlak 
adlanır. İnsanlar gündəlik fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşar. Bunlara 
pul, qiymət, kredit, tələb, təklif, bazar, mənfəət, istehsal, əmtəə və s. göstərmək olar. İqtisadi 
hadisələrinin tədqiqi bəzi hallarda bu və ya digər iqtisadi qanunun kəsb edilməsinə səbəb olur. 
Təbiətdə və ictimai həyatın digər sahələrində olduğu kimi iqtisadiyyatında da ilk nəzərdən 
görünən hərcmərclik və təsadüflər silsiləsi arxasından inkişafın zəruriliyi, qanunauyğunluğu 
özünə yol açır. Hər bir cəmiyyətdə iqtisadi prosesləri onlara xas olan daxili qanunlar, iqtisadi 
qanunlar idarə edir.
İqtisadi qanun iqtisadi hadisələrin, proseslərin, mahiyyətidir. İqtisadi qanun iqtisadi hadisə və 
proseslərə daxilən xas olan mühüm, zəruri, təkrarlanan səbəb və əlaqələrini özündə əks etdirir. 
İqtisadi qanunlar da təbiət qanunları kimi obyektiv xarakter daşıyır. Belə ki, onların fəaliyyəti 
insanların onları istəyib-istəməmələrindən asılı deyildir. İnsanlar iqtisadi qanunları dəyişə, ləğv 
edə bilməzlər. İnsanlar öz fəaliyyətlərini iqtisadi qanunların tələblərinə müvafiq qursalar daha
böyük nailiyyətlər əldə edə bilərlər.



İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.
Ümumi iqtisadi qanunlar – bunlar bəşəriyyətin inkişafının bütün mərhələlərində fəaliyyət 
göstərirlər. Onlar ictimai istehsalın inkişaf prosesini əks etdirir. Bunlara tələbatın artması, əmək 
məhsuldarlığın yüksəlməsi, ictimai əmək bölgüsü qanunları aiddir.
Əmtəə istehsalının qanunları
-
bunlar məhsul və xidmətlərin əmtəə xarakteri daşıdığı 
cəmiyyətlərdə fəaliyyət göstərirlər. Dəyər qanunu, pul tədavülü qanunu, yığım qanunu bu 
qəbildəndirlər.
Spesifik xüsüsi qanunlar – bunlar tarixən müəyyən təsərrüfatçılıq formalarının inkişaf 
qanunlarıdır. Bunlara dövrün əsas iqtisadi qanunu, dövrün bölgü qanunu aiddir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə