Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   2   3   4   5   6   7   8   9   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

 
predmeti və metodu 
 
1.İqtisadi nəzəriyyənin
 
predmeti.
2.İqtisadi proseslərin tədqiqat metodları.
3.İqtisadi qanun və kateqoriyalar.
4.İqtisadi nəzəriyyənin vəzifələri.
5
.İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət.
 
 
1.İqtisadi nəzəriyyənin
 
predmeti. 
 

Hər bir elm kimi iqtisadi nəzəriyyənin də öz predmeti, tədqiqat sahəsi vardır. Onun 
predmeti, tədqiqat obyekti haqqında nəzəriyyəçilərin fikirləri müxtəlifdir. Belə ki, iqtisadi hadisə 
və proseslərin ilk tədqiqatçıları olan klassik məktəblərinin nümayəndələrinə görə iqtisad elminin 
predmeti milli sərvətdir. Milli sərvət anlayışında da baxışlar müxtəlifdir. Merkantelistlərə görə 
pul (qızıl, gümüş) milli sərvət hesab olunur. Fizokratlara görə kənd təsərrüfatı məhsulları milli 
sərvət hesab olunurdu. Klassik ingilis siyasi iqtisadın nümayəndələrindən olan A.Smit milli 
sərvət anlayışını genişləndirərək sənaye kənd təsərrüfatı, tikinti meşə təsərrüfatı və s. sahələrini 
ehtiva edən maddi istehsalın məhsulunu milli sərvət hesab edirdi. Bu məktəbin digər 
nümayəndəsi D.Rikardo iqtisadi nəzəriyyənin predmetinə milli sərvətlə yanaşı onun bölgüsünü 
də daxil etmişdir.
Marksizmə görə isə iqtisadi nəzəriyyənin predmeti əsasını mülkiyyət münasibətləri təşkil 
edən istehsal münasibətləridir. İstehsal münasibətləri həyat nemətlərinin istehsalı, mübadiləsi
bölgüsü və istehlakı prosesində insanlar arasında obyektiv yaranan münasibətlərdir.
Marjinalistlər iqtisadi nəzəriyyənin predmetinin fərdlərin və sosial institutlarının (firma, 
qrup və s.) davranışı, onların öz məqsədlərinə çatma yolları və vasitələrinin təhlili olduğunu 
bildirirlər.
Klassik siyasi iqtisadın və marjinalizmin əsas müddəalarını sintez etməyə cəhd etmiş
A.Marşall ekonomiksin predmetini insan cəmiyyətinin normal həyat fəaliyyətinin tədqiqi kimi 
müəyyən etmişdir.
Rol Saumelson « Ekonomiks» dərsliyində iqtisadi nəzəriyyənin çoxsaylı təriflərini verir və 
göstərir ki, ekonomiks insanların gündəlik işgüzar həyatı və fəaliyyəti haqqında elmdir.
Müasir iqtisadi ədəbiyyatlarda iqtisadi nəzəriyyənin predmetinin resursların məhdudluğunu 
öyrənən elm olması fikirləri də yayılmışdır. İqtisadi nəzəriyyənin predmetinə baxışlarının 



müxtəlifliyini davam etdirmək də olar. Bütün bü müxtəlifliklər iqtisadi hadisə və proseslərin 
dinamikliyi, iqtisadiyyatın mürəkkəbliyi, insanlar arasında iqtisadi münasibətlərin müxtəlifliyi 
ilə əlaqədardır.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə