Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

 
 
4. İqtisadi nəzəriyyənin vəzifələri.
 
Bütün digər elmlər kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələr yerinə yetirir. Bunlardan ən 
mühümlüsü iqtisadi hadisə və prosesləri tədqiq etmək və onların mahiyyətini izah etməkdir.
İqtisadi nəzəriyyənin digər vəzifəsi digər iqtisadi elmlər üçün metodoloji əsas olmaqdan 
ibarətdir. Belə ki, iqtisadi nəzəriyyə nəzəri, metodoloji elm olmaqla iqtisadi hadisə və prosesləri 
tədqiq edir, onların mahiyyətini aşkar edir. Digər iqtisadi elmlər isə həmin hadisənin öz 
sahələrində təzahür xüsusiyyətlərini araşdırırlar. Məsələn, iqtisadi nəzəriyyə ümumi iqtisadi 
qanun olan əmək məhsuldarlığının mahiyyətini, artırılması amillərini nəzəri cəhətdən öyrəndiyi 
halda sahə iqtisadi elmləri bu qanunun öz sahələrində (sənaye, kənd təsərrüfatı, tikinti və s.) 
təzahürlərini öyrənirlər. Məlum məsələdir ki, iqtisadiyyatın müxtəlif sahələrində əmək 
məhsuldarlığı amilləri xeyli müxtəlifdir. 
İqtisadi nəzəriyyənin mühüm vəzifələrindən biri də cəmiyyət üzvlərində, daha doğrusu onu 
öyrənənlərdə iqtisadi təfəkkürü formalaşdırmaqdır. İqtisadi təfəkkür dedikdə cəmiyyət 
üzvlərində iqtisadi hadisələr haqqında müəyyən təsəvvürlərin biliklərin olması və 
fəaliyyətlərində onlardan istifadə etməsidir. İqtisadi təfəkkür istehsal mədəniyyəti, istehlak 
mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir.
İqtisadi nəzəriyyə cəmiyyət üzvlərində iqtisadi təfəkkürün formalaşdırmaqla iqtisadiyyat 
qarşısında duran əsas məsələni, vəzifəni daha dolğun yerinə yetirməyə imkan yaradır. Belə ki, 
yalnız milyon və on milyonlar iqtisadi biliklərə yiyələndikdə onlar məhsuldar qüvvəyə 
çevrilərlər.
 
5. İqtisadi nəzəriyyə və digər elmlər. İqtisadi nəzəriyyə və iqtisadi siyasət. 
İqtisadiyyat çox rəngarəng olduğu üçün iqtisadi hadisə və proseslər yalnız iqtisadi 
nəzəriyyə tərəfindən deyil digər iqtisadi elmlər tərəfindən də öyrənilir. Digər iqtisadi elmlər 
dedikdə sahə (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, elm, səhiyyə); funksional 
(maliyyə kredit, marketinq və s.); sahələrarası (iqtisadi coğrafiya, demoqrafiya, statistika və s.) 
elmləri nəzərdə tutulur. İqtisadi nəzəriyyə bu müxtəlif sahələri tədqiq edən elmlərin metodoloji 
əsasıdır. Bu müxtəlif sahələrdəki iqtisadi hadisə və prosesləri tədqiq edən konkret elmlər iqtisadi 
nəzəriyyənin ümumi müddəalarından, göstəricilərindən istifadə edir, konkret iqtisadi elmlər öz 
sahələrində praktik fəaliyyət üçün zəruri olan qaydalar sistemini hazırlayır. 
İqtisadi nəzəriyyə digər iqtisadi elmlərlə yanaşı iqtisadi siyasətlə də sıx əlaqədardır. İqtisadi 
siyasət dedikdə nemətlərin ictimai istehsal bölgüsü, mübadiləsi və istehlakı üzrə dövlətin 
məqsədyönlü tədbirlər sistemi nəzərdə tutulur. İqtisadi siyasət ölkədə iqtisadi problemlərin həlli 
variantlarının tapılması və onların mexanizmlərinin hərəkətə gətirilməsi ilə məşğul olur. İqtisadi 
siyasət iqtisadi nəzəriyyənin ümumiləşdirmələrini nəzərə aldığı dərəcədə də uğurlu olur. İqtisadi 
siyasətin uğurlu olması cəmiyyət üzvlərinin iqtisadi təfəkkür səviyyəsindən də xeyli asılıdır. 
İqtisadiyyatın əsas vəzifəsinin yerinə yetirilməsi iqtisadi siyasətin uğurlu olmasından asılıdır.


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə