Mərhələləri İqtisadiyyat və iqtisad elmi


Mövzu 3. İqtisadiyyatın əsasları. İqtisadiyyatın əsas ünsürləri və baza



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   ...   5   6   7   8   9   10   11   12   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

Mövzu 3. İqtisadiyyatın əsasları. İqtisadiyyatın əsas ünsürləri və baza 
kateqoriyaları. İqtisadi seçim. 



1.Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi. 
2.İqtisadi tələbatlar və onların təsnifatı. İqtisadi nemət, məhsul, xidmətlər. 
3.İqtisadi resurslar və onların növləri. 
4.İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər. 
5.Əmək prosesinin sadə momentləri. Məhsuldar qüvvələr və istehsal münasibətləri. 
1.Resursların məhdudluğu və tələbatların sonsuzluğu problemi. 
 
Hər bir iqtisadi fəaliyyət müvafiq tələbatın müəyyənləşdirilməsindən başlanır. Mövcud dövr 
çərçivəsində tələbatların nisbi və müvəqqəti ödənilməsi mütləq olaraq sonradan onlarınyenidən 
bərpası, istehsalı, genişlənməsi, mürəkkəbləşməsi (çətinləşməsi) və dərinləşməsi baş verir. Belə 
vəziyyət daimi olaraq qalır. Digər tərəfdən, tələbatların (resurslar və texnologiyalar) ödənilməsi 
üçün bizim vasitələrimiz praktiki şəkildə həmişə məhduddur. Bu məhdudluq müxtəlif ola bilər.
Hər şeydən əvvəl, bu təbiətdə mövcud olan müxtəlif nemətlər miqdarının təbii 
bərabərsizliyidir ki, bunlardan da bir sırası digərlərinə nisbətən az yayılmışdır. Məhdudluq, 
həmçinin insanların yaratdığı nemətləri də əhatə edir. Bu, hazırki anda nəinki nemətlərin mövcud 
növ ehtiyatlarına, həm də indiki şəraitdə onların təkrar istehsalı üçün mövcud olan imkanlara 
(deməli, həm də vasitələrə də) da aiddir. Onların ehtiyatlarını doldurmaq imkanından asılı olaraq 
nemətlər təkrar istehsal olanlara və təkrar istehsal olunmayanlara bölünür.
Nemətlərin əksəriyyəti nadirdir, yəni bu nemətləri yalnız digər nemətlərdən imtina etmək 
yolu ilə əldə etmək olar. Nemətlərin nadirliyi və məhdudluğu – eyni şey deyildir. Nemət o zaman 
nadir olur ki, onlara olan tələbat bu nemətlərdən başqa onları da üstələyir.
Mövcud istehlakçıda olan nemət ehtiyatları hər hansı bir tələbatın tam ödənilməsi üçün 
çatmaya bilər ki, bu da tez-tez baş verir. Lakin, hətta təsəvvür etsək ki, bu konkret dar çərçivədə 
müəyyənləşdirilmiş tələbat hazırki dövrdə tam ödənilmişdir, bu halda da tam aydın olasaq ki, 
nəzərdən keçirilən iqtisadi subyektdə eyni zamanda mövcud olan həmin vəsaitlərin istifadə 
edilməsi hesabına tam dolğun ödənmiş təlabat kimi ödənilə biləsi bütün yerdə qalan tələbatlar da 
ödənməmiş qaldı. Nemətlərə olan tələbata nəzərən onların məhdudluğu nemətlərin 
kifayətsizliyini xarakterizə edir.
Nəticədə nadirlik və çatışmazlıq nemətlərin məhdudluğunun müxtəlif tərəfləri kimi üzə çıxır. 
Nemətlərin, o cümlədən də resurs və texnologiyaların məhdudluğu isə insanların iqtisadi həyat 
fəaliyyəti sahəsinə daxil olan nemətlərin, praktiki, universal xassəsidir.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə