Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə24/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

6.3
 
. Bazarın tipologiyası. 
Bazarın tipologiyası dedikdə inkişaf etməmiş, azad, tənzimlənən və 
deformasiya edilmiş bazar başa düşülür. İnkişaf etməmiş bazarda bazar 
münasibətləri təsadüfi, əsasən əmtəə (barter) səciyyəlidir.Burada cəmiyyət 
üzvlərinin təbəqələşməsi və digər əmtəənin istehsalına maraq güclənir.
Azad (klassik) bazar özünü tənzimləmə mexanizmi əsasında fəaliyyət göstərir. 
Burada tələb əsasında qiymətlər vasitəsilə istehsala kapital qoyuluşu 
istiqamətləndirilir.
Tənzimlənən bazar cəmiyyətin sivilləşməsi və humanistləşməsinin nəticəsidir 
ki, bu zaman dövlət cəmiyyətin ayrı-ayrı üzvlərinin maraqlarına bazarın zərbəsini 
zəiflətməyə çalışır. Dövlət müəyyən dərəcədə bazarın fəaliyyəti üçün şərait yaradır 
və onun bazar münasibətlərinə həddən artıq qarışması onların deformasiyası ilə 
nəticələnir. İnzibati amirlik iqtisadi sistemində bazar deformasiyaya uğrayır. 
6.4.
 
Bazarın strukturu. Bazarın növləri.
Bazarın strukturu dedikdə bazarın ayrı-ayrı elementlərinin daxili quruluşu, 
yerləşməsi, düzülüşü, onların bazarın ümumi həcmində xüsusi çəkisi başa düşülür. 
Bazarın obyektləri üzrə strukturu aşağıdakı bazar növlərini yaradır. 
Əmtəə və xidmətlər bazarı, iş qüvvəsi bazarı, istehsal vasitələri bazarı, qiymətli 
kağızlar və valyuta bazarı, innovasiya bazarı, informasiya bazarı, lisenziyalar 
bazarı və s. 
Subyektlərinə görə bazar strukturu aşağıdakı bazar növlərini yaradır. Bura alıcı 
bazarı, satıcı bazarı, dövlət təşkilatları bazarı, aralıq satıcı-vasitəcilər bazarı 
daxildir. 
6.5. Bazar infrastrukturu. 


19 
“İnfrastruktur” məfhumu latın sözləri infra-aşağı, altında, struktura – tikili, 
birləşmədən əmələ gəlib. İnfrastruktur dedikdə istehsal, sosial və bazar 
infrastrukturu növləri başa düşülür. 
Bazar infrastrukturu əmtəə və xidmətlərin hərəkətlərini, alqı-satqı aktlarını və 
ya bazara xidmət edən və onun normal rejimdə fəaliyyətini təmin etmək üzrə 
müəyyən funksiyaları yerinə yetirən institutlar, sistemlər, xidmətlər, müəssisələrin 
cəmini əhatə edən təşkilati-hüquqi formaların məcmusudur. 
Bazar infrastrukturunun elementləri içərisində əsas yerlərdən birini birjalar 
təşkil edir. Birjaların əsasən əmtəə, fond və valyuta növləri mövcuddur. 
Birjanın digər elementləri içərisində hərraclar, yarmarkalar, lizinq xidməti və s. 
xüsusi əhəmiyyət təşkil edir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə