Mərhələləri İqtisadiyyat və iqtisad elmi


Dövlət bazar iqtisadiyyatının subyekti kimi. Dövlət sahibkarlığı



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə27/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

7.5. Dövlət bazar iqtisadiyyatının subyekti kimi. Dövlət sahibkarlığı. 
 
Dövlət müxtəlif hökumət təşkilatları simasında çıxış edərək iqtisadi 
subyektlərin normal fəaliyyətinə təminat verən siyasi və hüquqi hakimiyyətdir. 
Həm iqtisadi subyektlərin, həm də bütövlükdə cəmiyyətin mənafelərinin normal 
reallaşdırılmasına nəzarət edir. 
Dövlət ictimai məqsədlərə çatmaq üçün təsərrüfat subyektləri və bazar üzərində 
lazım olanda nəzarəti təmin etmək üçün hüquqi və siyasi hakimiyyəti həyata 
keçirən müxtəlif hökumət idarələri ilə təmsil olunur. Dövləti təmsil edən büdcə 
təşkilatlarının məqsədi mənfəət əldə etmək yox, iqtisadiyyatın dövlət tərəfindən 
tənzimlənməsi funksiyasını həyata keçirməkdir. Dövlət sahibkarlığı fəaliyyəti 
adətən iqtisadiyyatın ya çox yüksək ilkin kapital qoyuluşu tələb olunduğu, ya 
xərclərin ödənilməsi müddəti çox uzun olduğu, ya da cəmiyyət üçün zəruri 
məhsulun istehsalının ziyan gətirəcəyi qabaqcadan məlum olduğu sahələri əhatə 
edir. 


21 
Mövzu 8. Bazarın sistem yaradan elementləri. 
8.1.
 
Nemət və xidmətlər. Əmtəə və onun xassələri. İstehlak dəyəri. 
Mübadilə dəyəri. 
 
Bazar təsərrüfatı nəzəriyyəsinin əsas kateqoriyası əmtəə olsa da, bundan öncə 
tarixi və məntiqi olaraq “nemət kateqoriyası” gəlmişdir. 
Nemət dedikdə insanların müəyyən tələbatını ödəyən əşyalar daha doğrusu 
şeylər nəzərdə tutulur. Nemətlər təbii və iqtisadi nemətlərə ayrılır. Təbii nemətlər 
dedikdə hava, su, günəş, külək və s. başa düşülür. İqtisadi nemətlər dedikdə isə 
təbii nemətlər vasitəsi ilə insanların fəaliyyəti nəticəsində istehsal olunmuş madii 
nemət və xidmətlər nəzərdə tutulur. Xidmət də insan əməyinin nəticəsidir, lakin 
onlar əsasən maddiləşmirlər. Əmtəə-mübadilə üçün nəzərdə tutulmuş və insanın 
hər hansı tələbatını ödəyə bilən əmək məhsuludur. Əmtəə bir tərəfdən istehlak 
dəyəri, digər tərəfdən isə mübadilə dəyəri xassəsinə malikdir. İstehlak dəyəri 
dedikdə əmtəənin faydalılığı, insanın bu və ya digər tələbatını ödəməsi başa 
düşülür. Mübadilə dəyəri xassəsi dedikdə müxtəlif istehlak dəyərlərinin bir-biri ilə 
mübadilə oluna bilmək qabiliyyətidir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə