Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə29/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   ...   26   27   28   29   30   31   32   33   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

8.4. Pulun funksiyaları. 
Pul ümumi ekvivalent rolu oynayan əmtəədir. O əmtəələrin dəyərini ölçür və 
onların mübadiləsində vasitəçi rolunu oynayır. Pulun mahiyyəti, öz əksini onun 
funksiyalarında tapır. Bunlar aşağıdakılardan ibarətdir. 
1)
Pul dəyər ölçüsüdür. Bu o deməkdir ki, pul tədavül dairəsində olan 
əmtəələrin dəyərini ölçür. 
2)
Pul tədavül vasitəsidir. Pul bu vəzifəni yerinə yetirərkən əmtəə ilə öz yerini 
dəyişir. 
3)
Pul tədiyyə vasitəsidir. Pulun bu vəzifəsi əmtəələrin möhlətlə satılması 
zərurəti ilə əlaqədardır. 
4)
Pul yığımdır. Yığım dedikdə pulun tədavüldən götürülməsi ilə əlaqədardır. 
5)
Pul dünya puludur. Bu öz əksini qızılda və dollarda tapır.Ölkələr arası 
mübadiləyə xidmət edir. 
 
 
 
8.5. Pul sistemləri və onların təkamülü. 
Pul sistemi ölkədə tarixən yaranan və mili qanunvericiliklə təsbit edilən pul 
tədavülünün təşkili formasıdır. Pul sistemlərinin aşağıdakı tipləri mövcuddur. 
a)
pul əmtəəsinin bilavasitə tədavül etdiyi və pulun bütün funksiyalarını yerinə 
yetirdiyi, kredit pulların isə metala dəyişdirilə bildiyi metal tədavülü sistemləri 
b)
qızılın tədavüldə sıxışdırılıb çıxarıldığı kredit və kağız pulların tədavül 
sistemidir. 
Ölkədə ümumi ekvivalent və pul tədavülü bazası kimi qəbul olunmuş metaldan 
asılı olaraq bimetalizm və monometalizm fərqləndirilir. 
Bimetalizm ümumi ekvivalent rolunu iki nəcib metalın (qızıl və gümüş) 
oynadığı tədavlü nəzərdə tutulan pul sistemidir. 
Bazarın inkişafı sabit pul, vahid ümumi ekvivalent tələb edirdi. Ona görə də 
bimetalizm yerini monometalizmə verdi. 
Monometalizm bir metalın (qızıl və ya gümüş) ümumi ekvivalent və pul 
tədavülünün əsası olduğu pul sistemidir. 
Mövzu 9. Bazar mexanizmi: mahiyyəti, əsas elementləri və qanunlar 


23 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə