Mərhələləri İqtisadiyyat və iqtisad elmi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə31/34
tarix09.09.2023
ölçüsü0,62 Mb.
#121539
1   ...   26   27   28   29   30   31   32   33   34
IQTiSADI-NAZARIYYA-AZ-SUal

9.3.
 
Bazar mexanizmi sistemində rəqabət və onun növləri. 
 
Rəqabət əmtəə istehsalı və realizə edilməsinin (alış və satışının) ən yaxşı 
şəraitləri uğrunda bazar təsərrüfatının ayrı-ayrı subyektləri arasında mübarizədir. 
İstehsal vasitələri üzərində mülkiyyət müxtəlifliyi istehsalçılar və həmçinin 
istehlakçılar arasında rəqabətin baş verməsinə səbəb olur. Rəqabət bazar təsərrüfatı 
sisteminin ağırlıq mərkəzi, bazarda qiymətlərin və təklif olunan əmtəələrin həcmini 
müəyyənləşdirmək istiqamətində istehsalçılar arasında olan münasibətləri əks 
etdirir. İnsani rəqabət mübarizəsinə girməyə sövq edən amil bşqalarına üstün 
gəlmək arzusudur. 
Rəqabət iqtisadi tərəqqinin hərəkətverici qüvvəsidir. Marksizmə görə rəqabət 
iqtisadi bəhsləşmənin antoqonist cəmiyyətə xas olan formasıdır. Bu da öz əksini 
sahələrarası və sahələrdaxili rəqabət növlərində tapır. 


24 
Müasir nəzəriyyəçilərə görə isə rəqabət, istehsalçı və istehlakçıların bazara azad 
surətdə daxil olmalarını və çıxmalarını nəzərdə tutur. Bu da öz əksini azad 
(mükəmməl) və inhisarçı (qeyri mükəmməl) rəqabət növlərində tapır. 
9.4.
 
İqtisadiyyatda inhisarçılıq və onun növləri. 
 
İstehsalın təmərküzləşməsi və mərkəzləşdirilməsi sonda inhisarların 
yaranmasına gətirib çıxarır. 
Bu rəqabətə əks olan bir kateqoriyadır. İnhisar hər hansı bir təsərrüfat 
fəaliyyətinin həyata keçirilməsi dövlətin, müəssisənin, təşkilatın müstəsna 
hüququnu ifadə edir. 
İnhisarların aşağıdakı növləri vardır. 
a)
kartel “Bu elə bir inhisar formasıdır ki, onun iştirakçıları xüsusi 
mülkiyyət hüququnu saxlayır, istehsal və satış proseslərini müstəqil 
həyata keçirirlər. Lakin onlar müəyyən şərtlər üzrə razılığa gəlirlər. 
b)
Sindikat – şərtlər karteldə olduğu kimidir. Lakin onun iştirakçıları istehsal 
etdiyi əmtəələrin satışı və istehsalı üçün lazım olan istehsal vasitələrinin 
alınması müəyyən bir təşkilat tərəfindən həyata keçirilir. 
c)
Trestdə isə istehsal vasitələri üzərində xüsusi mülkiyyət hüquqi itirilir. 
d)
Konserndə - isə təkcə istehsal müəssisələri deyil, nəqliyyat, sığorta, 
ticarət və s. iştirak edir. 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə