Mərhəmətli, rəhmli Allahın adı ilə! Uca Allah buyurur: (İslamı) ilk əvvəl qəbul edib



Yüklə 367,88 Kb.
səhifə3/5
tarix14.05.2018
ölçüsü367,88 Kb.
#43465
1   2   3   4   5

Əlinin (r.a.) fəzilətlərinə dair


ayə və hədislər:
1) Uca Allah buyurur:



«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»133

İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) və başqalarının olduqlarını təfsir etmişlər.134

2) Uca Allah buyurur:




«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»135
Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil olub və Əli (r.a.) də daxil olmaqla bütün möminlərə şamil edilir.136

3) Uca Allah buyurur:





«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»137
Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) və başqa möminlərdir.138

4) Əli bin Əbu Talib (r.a.) Kufə məscidində xütbə verdiyi zaman demişdir: «Ey insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən, mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq" – deyib bu ayəni oxudu:






"Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"139»140
5) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz"»141.

6) Səhl bin Sə‘d (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.a.s.) demişdir: «Bayrağı sabah elə bir adama verəcəyəm ki, Allah onun əli ilə müsəlmanlara zəfər bəxş edəcək. Hamı səhərə qədər bayrağın kimə veriləcəyi haqqında düşündü. Səhabələr səhər peyğəmbərin (s.a.s.) yanına gəldilər. Onlardan hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər (s.a.s.) Əli bin Əbu Talibin harada olduğunu soruşduqda, səhabələr onun gözlərindən şikayət etdiyini Peyğəmbərə (s.a.s.) xəbər verdilər. O, Əlini çağırtdırdı və onun üçün dua etdikdən sonra onun gözlərinin ağrısı keçdi. Peyğəmbər (s.a.s.) bayrağı ona verdi».142

Başqa bir rəvayətdə Peyğəmbər (s.a.s.) demişdir: «Bu bayrağı Allahın və Onun elçisinin sevdiyi bir insana verəcəyəm».143

7) Sə‘d bin Əbi Vəqqas (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Harun Musaya yaxın olduğu kimi, sən də mənə yaxınsan"»144

8) Peyğəmbər (s.a.s.) demişdir: «Əliyə əziyyət verən, mənə əziyyət vermiş kimidir».145

9) Peyğəmbər (s.a.s.) demişdir: «Əli məndən sonra hər bir möminin dostu, sevimlisidir».146

10) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Nəfsim əlində olan Allaha and olsun ki, əhli beytimi qəzəbləndirən cəhənnəmə vasil olar"».147

11) Ummu Sələmə (r.a.) demişdir: «Mən peyğəmbərdən (s.a.s.) belə eşitdim: "Əlini sevən məni sevmiş, məni sevən isə Allahı sevmiş olur. Əliyə nifrət edən mənə nifrət etmiş, mənə nifrət edən isə Allaha nifrət etmiş olur"».148

12) Peyğəmbər (s.a.s.) demişdir: «Ey Əli! Səni yalnız mömin sevər və sənə yalnız münafiq olan nifrət edər».149

13) İbn Abbas (r.a.) rəvayət edir ki, «Ömər (r.a.) demişdir: "Bizim içərimizdə ən gözəl Quran oxuyan Ubeyy və ən gözəl qazi (ədalətlə hökm verən) isə Əlidir"».150

14) Cabir bin Abdullahdan (r.a.) Əli (r.a.) haqqında soruşduqda o demişdir: «O, bəşərin (insanların) xeyirlisindən idi».151

15) Əbu Harun deyir ki, İbn Ömərlə (r.a.) oturmuşdum, birdən Nafi ibnu-l-Əzraq gəldi və onun başının üzərində dayanıb dedi: «Allaha and olsun, Əliyə nifrət edirəm». İbn Ömər (r.a.) başını ona tərəf döndərib dedi: «Allah sənə nifrət etsin! Dünya və onun içindəkilərdən üstün olan bir insana nifrət edirsən?!»152

16) Əhməd bin Hənbəl demişdir: «Əlinin fəzilətləri ilə bağlı olan xüsusiyyətlər peyğəmbərin (s.a.s.) başqa səhabələrinə verilməmişdir».153

17) Müdrik olmağı da onun fəzilətlərindən biridir. Bunu ondan rəvayət olunan çoxsaylı kəlamlar154 da təsdiq edir:

Elm peyğəmbərlərdən, mal isə (xüsusən) Qarun və Fironlardan mirasdır.

– Elm sahibini, malı isə sahibi qoruyur.

– Elm sahibinin dostu, mal sahibinin isə düşməni çox olar.

– Elmin oğrudan qorunmasına lüzum yoxdur, malın isə qorunması vacibdir.

– Elm sahibi şərəfli ünvanlar, mal sahibi isə (çox vaxt) simic və xəsis kimi ad qazanar.

– Xərclədikcə elm artar, mal isə azalar.

– Zaman keçdikcə elm cilalanır (artır) mal isə çürüyüb tələf olur.

– Elm qəlbi qüvvətləndirir, mal isə əksinə, zəiflədir.

– Elm təvazökarlıq, mal isə lovğalıq (təkəbbürlük) gətirir.

– Elm insanda mərhəmət, mal isə (çox vaxt) xəbislik (tamah­karlıq) doğurur.





V XƏLİFƏ:

HƏSƏN BİN ƏLİ (r.a.)

Adı: əl-Həsən bin Əli (r.a.)

Atasının adı: Əli bin Əbu Talib (r.a.)

Anasının adı: Fatimə (r.a.) bint Məhəmməd (s.a.s.)

Künyəsi: Əbu Məhəmməd

Anadan olduğu tarix: hicrətin 3-cü ilində ramazan ayının ortalarında Mədinə şəhərində anadan olmuşdur.


O, Peyğəmbərin (s.a.s.) ən yaxın səhabələrindən və cənnətlə müjdə­lən­­­miş­­­lər­­dən­dir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə islam dininə yardım etmişdir. Əli (r.a.) şəhid olduqdan sonra, səhabələrin şu­ra­­sı tərəfindən xəlifə seçilmişdir. O, 6 ay xəlifə olmuş və islam dininə fa­yda verən bir çox xeyirli işlər görmüşdür.

Gördüyü işlərin ən fəzilətlisi, iki müsəlman tayfasının arasına düşə­cək qardaş qırğınının qarşısını almasıdır155. Artıq bu barədə Peyğəmbər (s.a.s.) sağlığında xəbər vermişdir: Əbu Bəkr (r.a.) rəvayət edir ki, «Pey­ğəmbər (s.a.s.) Həsəni (r.a.) göstərib demişdir: "Bu övladım (nəvəm) se­yid­dir156. Allah təala onun əli ilə müsəlmanlardan olan iki tayfanı islah edəcək"».157


Vəfat etdiyi tarix: Həsən (r.a.) hicri tarixi ilə 50-ci ildə zəhər­lən­di­ri­lə­rək şəhid olmuşdur.158
Həsənin (r.a.) fəzilətinə dair ayə və hədislər:
1) Uca Allah buyurur:




«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bunlardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»159
İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) Həsən (r.a.) və başqalarının olduqlarını təfsir etmişlər.160

2) Uca Allah buyurur:





«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»161
Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil olub və Həsən (r.a.) də daxil olmaqla bütün möminlərə şamil edilir.162

3) Uca Allah buyurur:





«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»163
Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) Həsən (r.a.) və başqa möminlərdir.164

4) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz."»165

5) Bəra bin Azib (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) Həsəni (r.a.) boynunda otuzdurub demişdir: "Allahım, həqiqətən mən onu sevirəm və Sən də onu insanlara sevdir!"»166

6) Uqbə ibnu-l-Haris rəvayət edir ki, «Əbu Bəkr (r.a.) Həsəni (r.a.) qucağına götürüb dedi: "Bu, Əlidən çox Peyğəmbərə (s.a.s.) oxşayır". Bunu eşidən Əli gülümsədi».167

7) İbn Ömər (r.a.) rəvayət edir ki, Əbu Bəkr (r.a.) demişdir: «Məhəmməd peyğəmbərin (s.a.s.) əhli-beytini (ev əhlini) qorumaqla on­la­­rı mühafizə edin!»168

8) İraq əhli ibn Ömərdən (r.a.) həcc zamanı milçəyin (başqa rəvayət­də: ağcaqanadın) öldürülməsi haqqında soruşduqda o demişdir: «Onlar milçək haqqında soruşurlar, halbuki Peyğəmbə­rin (s.a.s.) reyhan kimi nəvəsini qətlə yetirmişlər. Həsən və Hüseyn (r.a.) onun reyhan qoxulu nəvələri idi».169

9) Peyğəmbər (s.a.s.) demişdir: «Həsən və Hüseyn cənnətdə olan cavanların seyyididir (yüksək mərtəbədədir)».170

10) Peyğəmbər (s.a.s.) demişdir: «Həsən məndəndir».171

11) İbn Kəsir rəvayət edir ki, «Həsən (r.a.) sübh namazını qıldıq­dan sonra gün çıxana qədər Allahı zikr edib, sonra da gedib Peyğəmbərin (s.a.s.) zövcələrinə salam verərdi».172



Peyğəmbər (s.a.s.) ilə bu xəlifələr arasında olan

qohumluq əlaqələri:
1. Əbu Bəkr (r.a.) Peyğəmbərin (s.a.s.) qayınatasıdır. O, qızı Aişəni (r.a.) Peyğəmbərə (s.a.s.) ərə vermiş və beləliklə də onunla qohum olmuşdur.

2. Ömər (r.a.) Peyğəmbərin (s.a.s.) qayınatasıdır. O, qızı Həfsanı (r.a.) Peyğəmbərə (s.a.s.) ərə vermiş və beləliklə də onunla qohum olmuşdur.

3. Osman (r.a.) Peyğəmbərin (s.a.s.) kürəkənidir. O, Peyğəmbərin (s.a.s.) qızları Ruqiyyə və Ummu Gülsüm (r.a.) ilə evlənmiş və beləliklə də onunla qohum olmuşdur.

4. Əli (r.a.) Peyğəmbərin (s.a.s.) əmisi oğlu173, həm də kürəkənidir. O, Peyğəmbərin (s.a.s.) qızı Fatimə (r.a.) ilə evlənmişdir.

5. Həsən (r.a.) Peyğəmbərin (s.a.s.) nəvəsidir.





Dahi şairlərin

şerlərindən
Mürsəl nəbidən sonradır mötəbər,

Əbu Bəkrə tay olmamış bir nəfər.

Ömər dini-islama verdi rəvac,

Müsəlmanlığın başına qoydu tac.

Çatıb vəsf üçün Osmanın növbəti,

Həmi izzəti vardır, həmi isməti.

Xəlifə olub növbət ilə Əli,

Məhəmməd onu vəsf edibdir, bəli!

Demiş ki: «Əli olmasaydı əgər,

Qazanmazdı islam bunca zəfər».




Yüklə 367,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə