Mərhəmətli, rəhmli Allahın adı ilə! Uca Allah buyurur: (İslamı) ilk əvvəl qəbul edib



Yüklə 367,88 Kb.
səhifə2/5
tarix14.05.2018
ölçüsü367,88 Kb.
#43465
1   2   3   4   5

Osmanın (r.a.) fəzilətinə dair


ayə və hədislər:
1) Uca Allah buyurur:



«Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz, (bilin ki) Allah onun hamisi, Cəbrail, əməlisaleh möminlər və bun­lardan sonra (bütün) mələklər də onun köməkçiləridir!»92
İbn Abbas (r.a.) İbn Məsud (r.a.) İbn Ömər (r.a.) və başqaları bu ayədəki əməlisaleh möminlərin Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) Əli (r.a.) və başqalarının olduqlarını təfsir etmişlər.93

2) Uca Allah buyurur:




«Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan (atəşdən) uzaq­laş­dı­­­rı­lar. O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) tə­miz­lə­nər. O şəxsin boynunda heç kəsin bir min­nəti yoxdur ki, onun əvəzi ve­ril­­­sin. O ancaq ən Uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər. And olsun ki, o (öz Rəbbinin cənnətdə ona verəcəyi nemətlərə gö­rə) razı olacaqdır»94
Əksər təfsir alimlərinin rəyinə görə bu ayələr Əbu Bəkr (r.a.) üçün nazil olub və Osman (r.a.) da daxil olmaqla bütün möminlərə şamil edilir.95

3) Uca Allah buyurur:





«Haqqı (Quranı) gətirən və onu təsdiq edənlər əsl müttəqi­lərdir»96
Onu təsdiq edənlər Əbu Bəkr (r.a.) Ömər (r.a.) Osman (r.a.) və başqa möminlərdir.97

4) Əbu Musa əl-Əş‘ari (r.a.) rəvayət edir ki, «Bir dəfə Osman bin Əffan (r.a.) Peyğəmbərin (s.a.s.) yanına daxil olmaq üçün izn istədi. Mən bunu Peyğəmbərə (s.a.s.) çatdırdıqda, o dedi: "İzn ver gəlsin və onu cənnətlə müjdələ!"…»98

5) Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, «Peyğəmbər (s.a.s.) demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə) hətta yarısına belə çata bilməz."»99

6) Übeydullah bin Adiyyin (r.a.) rəvayət etdiyi hədisdə deyilir ki, «Bir nəfər gəlib Osmana (r.a.) Validdən (r.a.) şikayət etdikdə o demişdir: "Həqiqətən, Uca Allah Məhəmmədi (s.a.s.) haqq (Quran) ilə göndərmişdir. Mən Allaha və Onun elçisinə itaət edənlərdən, onun gətirdiyinə iman gətirən, iki dəfə (əvvəl Həbəşistana, sonra Mədinəyə) hicrət edənlərdən, onun (s.a.s.) ən yaxın səhabələrindən və ona beyət edənlərdən oldum. Allaha and olsun ki, vəfat etdiyi günə qədər ona asi olmadım və onu aldatmadım. Həmçinin, Əbu Bəkr və Ömərə olan münasibətim də belə idi».100

7) Ənəs (r.a.) rəvayət edir ki, «Bir dəfə Peyğəmbər (s.a.s.) Əbu Bəkr (r.a.) Ömər (r.a.) və Osmanla (r.a.) bərabər Uhud dağına qalxdılar. Bu vaxt dağ silkələndi və Peyğəmbər (s.a.s.) ona dedi: «Sakit ol, ey Uhud! Sənin üzərində peyğəmbər, siddiq və iki şəhid var»101.

Qeyd: Bəli, Peyğəmbərin (s.a.s.) Uhud dağına müraciət etməsi bəzi oxucularımıza qəribə gəlsə də, bu, faktdır. Çünki bu, Allah tərəfindən olan bir möcüzədir. O, Öz elmindən istədiyi bəndəsinə bəxş edər:



«Allah istədiyi şəxsə hikmət (elm, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər»102
8) Peyğəmbər (s.a.s.): «Rumə quyusunu alan cənnətlikdir» – dedikdə, Osman (r.a.) o quyunu aldı (və müsəlmanların ixtiyarına verdi). Peyğəmbər (s.a.s.): «Qoşunu təchiz edən cənnətlikdir» – dedikdə, Osman (r.a.) qoşunu təchiz etdi.103

9) Osman bin Məuhəb (r.a.) rəvayət edir ki, «Misir əhlindən olan bir şəxs həcc etdiyi zaman bir qövmün arasında olan şeyx haqqında soruşdu. Onun Abdullah bin Ömər (r.a.) olduğunu bildikdən sonra ona yaxınlaşdı və dedi: "Osmanın Uhud döyüşünü tərk etdiyini bilirsən?" Abdullah (r.a.) dedi: "Bəli". O yenə: "Osmanın Bədr döyüşünü tərk etdiyini bilirsən?" – deyə soruşduqda Abdullah: "Bəli" – deyə cavab verdi. O, bir daha: "Osmanın Rizvan beyətini tərk etdiyini bilirsən?" – deyə soruşduqda, Abdullah: "Bəli" – deyə cavab verdi. Sonra o: "Allahu əkbər" deyib etirazını bildirdi. Abdullah ona dedi: "Mən şəhadət verirəm ki, Allah onu Uhud döyüşünü tərk etdiyinə görə bağışlamışdır104. Bədr döyüşündə isə Peyğəmbər (s.a.s.) özü ona xəstə olan zövcəsini (Peyğəmbərin (s.a.s.) qızı Ruqiyyəni) ziyarət etmək üçün icazə vermişdir. Hətta Peyğəmbər (s.a.s.) onu: "Həqiqətən, Bədrdə iştirak edən şəxsin qazandığı savab qədər sənə də savab yazılır və ona çatan pay qədər sənə də qənimətdən pay çatır" – deyə xəbər vermişdir. Rizvan bey‘əti isə, Osmanın (r.a.) Peyğəmbər (s.a.s.) tərəfindən Məkkəyə göndərilməsindən sonra olmuşdur. Peyğəmbər (s.a.s.) Osmanın (r.a.) beyətdə iştirak etmədiyini görüb sağ əlini qaldırdı və dedi: "Bu, Osmanın əlidir". Sonra da onu sol əlinin üzərinə qoydu və dedi: "Bu, Osmanın əvəzinə olan beyətdir".

Sonra Abdullah bin Ömər (r.a.) ona dedi: "İndi isə arxayın gedə bilərsən"».105

10) Abdullah ibn Ömər (r.a.) demişdir: «Osmanı söyməyin! O, bizim xeyirlilərdən (fəzilətli olanlardan) idi».106

11) Əlinin (r.a.) tərəfdarları ondan soruşdu: «Sabah xaricilər bizdən Osman (r.a.) haqqında soruşduqda, biz onlara nə cavab verək?» Əli (r.a.) dedi: «Deyin ki, o, iman gətirib saleh əməl edənlərdən, Allahdan qorxub yaxşılıq edənlərdən idi».107

12) Əli bin Əbu Talib (r.a.) Allahın bu kəlamını nəql edib demişdir108:





«(Yaxşı əməllərin mükafatı olaraq) öncədən özlərinə nemət (cənnət, əbədi səadət) yazılmış kəslər cəhənnəmdən uzaqda olacaqlar»109. Osman da onlardandır».110

13) Əli bin Əbu Talib (r.a.) Kufə məscidində xütbə verdiyi zaman demişdir: «Ey insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən, mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq" – deyib bu ayəni oxudu:





"Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər"»111
14) Əli (r.a.) demişdir: «Əbu Bəkrə, Ömərə, Osmana beyət gətirmiş adamlar onlara beyət gətirdikləri məsələdə mənə də beyət gətirmişlər. Onlarda qayda belə idi ki, orada iştirak edən adam özü istəyəni seçə bilməz, o zaman orada olmayan isə seçilmiş adamı rədd edə bilməzdi. Yalnız mühacirlərin və ənsarların şurası bir adam haqqında eyni fikirdə olub onu imam adlandıranda, Allahın bu işə razılığı əlaməti sayılardı. Əgər bir nəfər tənə edərək və ya bidətlə onların işindən özünü kənara çəksəydi, onu fikrindən daşındırardılar. Etiraz etsəydi, möminlərin yolu ilə getmədiyi üçün ona qarşı üsyan edərdilər və Allah da ona layiq olduğunu verərdi».112

15) Məclisi istinadla Cəfər əs-Sadiqdən, o da babalarından, onlar da Əlidən (r.a.) rəvayət etmişdir ki: «Peyğəmbərimizin (s.a.s.) səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən (s.a.s.) sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər (s.a.s.) də belə vəsiyyət etmişdir».113

16) Xaricilər Əlinin (r.a.) yanına gəlib Osmandan (r.a.) şikayət edəndə, o Osmanın (r.a.) yanına gəlib belə demişdir: «Arxam­dakı adam­­lar məni səninlə özləri arasında səfir etmişlər. Allaha and olsun ki, bilmirəm sənə nə deyim. Elə bir iş yoxdur ki, mən bilim, sən yox. Biz nəyi bilirik, sən də bilirsən. Bir şeydə səndən irəlidə deyilik ki, sənə onun haqqında məlumat verək.114 Səndən bir şey də gizlətməmişik ki, indi onu sənə çatdıraq. Sən bizim gördüklərimizi görmüsən, eşitdiklərimizi də eşitmisən, sən də Allahın elçisinin (s.a.s.) səhabələrin­dən olmusan. Nə ibn Əbu Quhafə (Əbu Bəkr) nə də İbn əl-Xəttab haqq işində səndən irəli deyillər. Sən Allahın elçisinin (s.a.s.) atasına, qan qohumluğuna görə onların hər ikisindən də yaxınsan. Sən onun o biri iki kürəkəninin115 nail olmadığına nail olmusan116».117

17) Səid bin Zeyd (r.a.) demişdir: «Mən şəhadət verirəm ki, Peyğəmbərin (s.a.s.) belə dediyini eşitdim: "On nəfər cənnətlikdir: Əbu Bəkr, Ömər, Osman, Əli, Talhə, əz-Zubeyr ibnu-l-Əvvam, Sə‘d bin Malik, Əbdü-r-Rəhman bin Auf, Səid bin Zeyd, Əbu Ubeydə ibnu-l-Cərrah"».118

18) Əli (r.a.) demişdir: «Mən Məhəmməd peyğəmbərin (s.a.s.) əshabını gördüm. İçinizdə onlara bənzər bir adam belə görmürəm. Onlar saçları dağılmış, toz-torpağa bulanmış bir halda sabahı açar, gecələrini namazla keçirərdilər. Kimi alnını torpağa sürtərdi, kimi üzünü, qiyaməti xatırlayanda köz kimi yanardılar. Alınları səcdə etməkdən keçinin dizlərinə dönmüş, qabıq bağlamışdı. Allahı yada salanda əzab qorxusundan, savab ümidindən göz yaşı tökərdilər. Hətta elə ağlayardılar ki, yaxaları islanar və yelin əsdirdiyi ağac kimi titrəyərdi­lər».119



IV XƏLİFƏ:

ƏLİ BİN ƏBU TALİB (r.a.)

Adı: Əli bin Əbu Talib

Atasının adı: Əbu Talib120 bin Əbdü-l-Müttəlib

Anasının adı: Fatimə bint Əsəd

Künyəsi: Əbu-l-Həsən

Ləqəbi: Əbu əs-Sibteyn121, Əbu Turab122

Anadan olduğu tarix: Fil ilindən 30 il sonra (təxminən 600-cü il) Məkkə şəhərində anadan olmuşdur.
Əli (r.a.) islamı qəbul edən ilk şəxslərdən123 biridir. O, 10 yaşında islamı qəbul etmiş, Peyğəmbərin (s.a.s.) ən yaxın səhabələrindən və cənnətlə müjdələnmişlərdəndir. Bir çox döyüşlərdə iştirak etmiş, malı və canı ilə islam dininə yardım etmişdir. Osman (r.a.) şəhid olduqdan sonra, səhabələrin şurası tərəfindən xəlifə seçilmişdir. O, 4 il 9 ay xəlifə olmuş və islam dininə fayda verən bir çox xeyirli işlər görmüşdür:

1) Sayı 12 minə yaxın, qəlbində mərəz olan xaricilər Peyğəmbərin (s.a.s.) yolu ilə gedən Əlinin başçılıq etdiyi camaatdan ayrılıb, ona qarşı çıxdılar və Əlini (r.a.) kafir saydılar. Əli (r.a.) nəsihət etmək üçün Abdullah bin Abbası (r.a.) onların yanına göndərdi. Onlar Əlini (r.a.) günahkar saydılar və üç məsələdə onu ittiham etdilər:

1-ci: Nə üçün Əli Müaviyə ilə sülh bağladıqda «əmirə-l-möminin124» ifadəsini qeyd etmədi?

2-ci Nə üçün Əli Müaviyə tərəfdən cariyə125 götürmədi?

3-cü: Nə üçün Əli Quran və Sünnə (hədis) ilə yox, iki nəfərin126 danışığı nəticəsində əldə edilən razılıq ilə sülh bağladı?

Abdullah bin Abbas (r.a.) onların etirazlarını dinlədikdən sonra onlara dedi:

1–ci etirazınıza cavab: Məhəmməd (s.a.s.) Hudeybiyyə zamanı müşriklərlə sülh müqaviləsi bağladıqda, "rəsulullah" (Allahın elçisi) ifadəsini qeyd etmədi. Həmçinin, Əlinin (r.a.) etdiyi bu əməl Sünnəyə müvafiqdir.

2-ci etirazınıza cavab: Deyin görək Peyğəmbərin (s.a.s.) zövcəsi və möminlərin anası127 sayılan qadından (Aişədən) cariyə olarmı?

3-cü etirazınıza cavab: Həqiqətən Əli Quran ilə hökm vermişdir, çünki Uca Allah müqəddəs kitabında buyurur:

«[Ey möminlər!] Əgər onların (ər-arvad və s.) arasında ixtilaf olacağından qorxsanız, o zaman hər tərəfdən bir münsif (vasitəçi) təyin edib göndərin. Əgər bu iki vasitəçi onları barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) bilən və (hər şeydən) xəbərdardır.»128
Bu cavablardan sonra onların əksəriyyəti düz yola qayıtdı. Yerdə qalanı isə fitnə-fəsad törətməkdə davam etdilər. Onlar Abdullah bin Xabbəbi (r.a.) onun zövcəsini və onlarla olan üç qadını da öldürdülər. Bu hadisə Əliyə (r.a.) çox təsir etdi. Bu dəfə o, əl-Hərb bin Murranı (r.a.) onların yanına göndərdi. Onlar Əlinin (r.a.) bu elçisini də öldürdülər. Əli (r.a.) onlardan öldürülənlərin qatillərini tələb etdikdə, onlar qatilləri Əliyə (r.a.) verməkdən imtina etdilər və: «Biz hamımız qatilik» – dedilər. Səbri tükənmiş Əli (r.a.) qoşun hazırlayıb onların üzərinə hücum etdi və Bağdad şəhərinin cənub-şərqində yerləşən Nəhrəvan adlı yerdə onların hamısını məhv etdi.129

2) «Səffeyn» və «Cəməl» döyüşləri. Əli (r.a.) bunu İslam ümmətini islah etmək üçün etmişdir.


Əlinin (r.a.) zövcələri və övladları:130

1. Məhəmməd peyğəmbərin (s.a.s.) qızı Fatimə. Övladları: Həsən, Hüseyn, Zeynəb, Ümm Gülsüm.



Qeyd: Əli (r.a.) Fatimə (r.a.) vəfat edənə qədər heç bir qadınla evlənməmişdir. Fatimə (r.a.) Peyğəmbərdən (s.a.s.) 6 ay sonra Əbu Bəkrin (r.a.) xilafəti zamanında vəfat etmişdir.

2. Ummu-l-Bənin bint hizəm. Övladları: Abbas, Cəfər, Abdullah, Os­­man131.

3. Leyla bint Məsud. Övladları: Ubeydullah, Əbu Bəkr.

4. Ummu Həbib bint Rabiyə. Övladları: Ömər, Ruqiyyə.

5. Umamə bint Əbi-l-As. Övladı: Məhəmməd132.
Vəfat etdiyi tarix: Hicri tarixi ilə 40-cı ildə sübh namazını qılmağa gedərkən Əbdürrəhman bin Mülcəm tərəfindən qılıncla vurulub şəhid olmuşdur.


Yüklə 367,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə