Mərhəmətli, rəhmli Allahın adı ilə! Uca Allah buyurur: (İslamı) ilk əvvəl qəbul edib



Yüklə 367,88 Kb.
səhifə4/5
tarix14.05.2018
ölçüsü367,88 Kb.
#43465
1   2   3   4   5

Firdovsi


«Şahnamə», səh.19

Bu evə yeddi səqf yaratdın yenə,

Tapşırdın onu da dörd xəlifənə.

Siddiq174 sədaqətə olmuşdur rəhbər,

Faruqi175 fərq-dən uzaq bildilər.

O, Allahdan qorxan həyalı qoca176,

Tanrının şiriylə177 həmdərs olunca.

Dördü də bir yolun sarbanı oldu,

Dördü də bir ləkin reyhanı oldu.

Bu dörd xəlifəylə güldü məmləkət,

Hər ev dörd divarla qurular, əlbət.

Bu dördlük birləşdi qoca dünyada,

Bu dördbucaq evi gətirdi dada.

Nizami Gəncəvi,


«Leyli və Məcnun», səh.35

Gözəldir, səpərək can gövhərini,

Tərifə başlasam dörd yavərini.

Dörd gövhər satan var, dörd gövhər alan,

Artıq-əskiyinə qarışmaz satan.


Əlinin eşqinidə sabitqədəməm,

Ömər sevgisindən uzaq deyiləm.

Hər ikisi nur ilə nurlanır dimaq:

Əbu Bəkr bir şamdır, Osman bir çıraq.

Bu dərviş sifətli dörd böyük soltan,

Dünyaya olmuş dörd təkbir oxuyan.




Nizami Gəncəvi,


«İskəndərnamə», səh.28


«Quran» xəzinədir, şair, gərək sən,

Hər sözü alasan bu xəzinədən.

«Quran»a inandı Məhəmməd, Osman,

Özlərini ona etdilər qurban.

«Quran»ı bəzədi Osmanın qanı178,

Din yolunda şəhid etdi o canı.

Şəriətdən kənar elm yoxdur, bil,

Varsa qara xaldır, heç bilik deyil.

Qara xalı üzə heç çıxarma sən,

Gizlət ağ xal kimi iman əhlindən.

Xəqani Şirvani

«seçilmiş əsərlər» səh. 52

SON SÖZ

Peyğəmbərlər179 və elçilər180 bir-biri ilə qardaş olduğu kimi, səhabə­lər, xüsusən də xəlifələr bir-biri ilə qardaş idilər. Baxmayaraq ki, onlar­dan sonra çox fitnələr olmuş, lakin onlar öz zamanında bir-birinə qarşı çox mehriban, rəhmli olmuşlar. Uca Allah peyğəmbərlərin, elçilərin bi­ri­ni digərindən üstün etdi:





«Biz peyğəmbərlərin bə‘zisini digərlərindən üstün etdik»181


«Biz elçilərin bə‘zisini digərindən üstün etdik»182
Allah eləcə də səhabələrdən bəzilərini digərlərindən üstün etdi. Xü­su­sən də xəlifələr digərlərindən seçilirdi. İrbad bin Səriyə (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.a.s.) vəsiyyət edib demişdir: «Sizə Allahdan qorx­­­mağı və əmirə (xəlifəyə) qulaq asıb, ona itaət etməyi tövsiyə edi­rəm. Həqiqətən, məndən sonra çox ixtilaflar görəcəksiniz. O zaman mə­nim və xəlifələrimin sünnəsinə183 riayət edin».184 Onlar Peyğəmbərin (s.a.s.) əmri ilə Mədinə şəhərinə hicrət etmiş və beləliklə də bir-birinə qar­daş olmuşlar. Peyğəmbər (s.a.s.) demiş­dir: «Mühacirlər dünya və axi­­rət­­də bir-birinin vəlisidir185».186

Bu müsəlman ümmətinin hər bir fərdinə səhabələrə münasibətdə mə­həb­bət, itaət, tabeçilik nümayiş etdirmək, onlardan nümunə götürmək, on­lar­la fəxr etmək, haqlarını müdafiə etmək və onlar üçün Allahın razı­lı­ğı­­nı diləmək vacibdir. Bu onların müsəl­manlar üzərindəki haqlarıdır. Çünki onlar Peyğəmbərdən (s.a.s.) sonra bu ümmətin yolunu işıqlandı­ran çıraqlardır.

Məhz onlar barəsində Uca Allah buyurur:

«(İslamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaq­layan mü­ha­­cirlərə və ənsarlara, həmçinin, yaxşı işlər gör­məkdə onların ardınca ge­dən­­lərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdılar. Allah on­­lar üçün əbədi qalacaq­ları, (ağacları) altından çaylar axan cənnətlər ha­zırlamış­dır. Bu, ən böyük qurtuluş və uğurdur!»187
Bu qısa oçerkdə biz Peyğəmbərin (s.ə.s) ən yaxın səhabələrindən olan, cən­nət­lə müjdələnən, nübuvvət məktəbində tərbiyə alan, islam həyatını onun ilk çağlarından yaşayan, otuz il islam ümmətinə rəhbərlik edən beş raşidi xəlifə barəsində danışdıq. Onların hamısı Peyğəmbərin (s.a.s.) xət­tini davam etdirmiş, onun sünnəsini rəhbər tutmuş və yolu ilə get­miş­lər.

Biz həmçinin öyrəndik ki, Əbu Bəkrdən (r.a.) başlayaraq Həsənə (r.a.) kimi onlardan heç biri hakimiyyətə öz istəyi ilə gəlməmiş, bu mə­su­liy­yətli işi onlara müsəlmanların şurası tapşırmışdır.



Allah onlardan razı olsun və yaxşı işlərdə bizi onların davamçısı etsin! Amin!



BƏZİ SÖZLƏRİN İZAHI:


  1. Fil ili: 570-ci (vəya 571) ildə kitab əhlindən olan Əbrəhə adlı birisi qoşun toplayıb müqəddəs Kəbəni dağıtmaq üçün Məkkəyə yola düşür. Kəbə yaxınlaşdığı zaman UCA-ALLAH ona böyük bir bəla göndərir və qoşunu ilə bərabər onu məhv edir. Bu münasibətlə də bu il Fil ili adlandırılır

  2. Səhabə: Peyğəmbər (s.a.s.) ilə sağlığında görüşüb ona iman gətirmiş və mömin olaraq vəfat etmiş şəxsə səhabə deyilir.

  3. Fəcr: Sübh namazı.

  4. Ənsar: Peyğəmbərə (s.a.s.) yardım etmiş Mədinə şəhərinin sakinləri (müsəlmanlar).

  5. Fəzilətli: Hörməti, savabı və s. üstün cəhətləri çox olan şəxs.

  6. Qövmün: Tayfanın

  7. Müşrik: İbadətdə Allaha şərik qoşan.

  8. Münafiq: İki üzlü, (daxildən bir cür olub, zahirdən başqa cür olan)

  9. Nübuvvət: Peyğəmbərlik.

  10. Raşidi: Ədalətli, düz yolda olan şəxslər.

  11. Beyət: Hər hansı bir şəxsin əlini sıxaraq onun xəlifə olmasını və ya hər hansı bir əhdin yerinə yetirilməsini təsdiq etmək.

Kitabçada istifadə olunan ədəbiyyat


  1. Qurani Kərim

  2. Qurani Kərimin tərcüməsi (Z.Bünyadov, V.Məmmədəliyev)

  3. Səhihu-l-Buxari

  4. Səhih Muslim

  5. Malikin «Muvatta» əsəri

  6. Əhməd ibn Hənbəlin «Müsnəd» əsəri

  7. Əbu Davudun «Sünnə» əsəri

  8. ən-Nəsainin «Sünnə» əsəri

  9. ət-Tirmizini «Sünnə» əsəri

  10. ibn Macənin «Sünnə» əsəri

  11. Abdurrəzzaqın «əl-Musənnəf» əsəri

  12. əl-Hakimin «Müstədrək» əsəri

  13. ibn həcərin «Təqribu-t-Təhzib» əsəri

  14. əl-Albaninin «Səhih hədislər silsiləsi»

  15. Təbarinin «Tarixu-l-Uməm vəl-Muluk» əsəri

  16. İbn kəsirin «əl-Bidayətu vən-Nihayə» əsəri

  17. İbn Əsirin tarixi

  18. Zəhəbinin «Siyəru Ələmun-Nubələ» əsəri

  19. Əkrəmin «Siratu-n-Nəbi» əsəri

  20. Tabarinin təfsiri

  21. İbn Kəsirin təfsiri

  22. Qurtubinin təfsiri

  23. Şövkaninin təfsiri

  24. Bəğavinin təfsiri

  25. Razinin təfsiri

  26. Sə’dinin təfsiri

  27. Şinqitinin təfsiri

  28. Əlusinin təfsiri

  29. Hikmət Bəşirin təfsiri

  30. «Nəhcül-Bəlağa» Əli bin Əbu Talib (r.a.)

  31. «Nəhcül-Bəlağa» nın Azərbaycan dilində tərcüməsi.

  32. Meysəmin «Nəhcül-Bəlağa» ya verdiyi şərhi

  33. Məclisinin «Biharul-Ənvar» əsəri

  34. Ərbilinin «Kəşful-Ğummə fi mərifəti-l-əimmə» əsəri

  35. Əli ibn əl-Hüseynin (əl-Mürtəza) «əş-Şafi» əsəri

  36. Kuleyninin «ər-Rovzə minə-l-Kafi» əsəri

  37. Kuleyninin «əl-Kafi fil-furu» əsəri

  38. Ət-Tabrisinin «əl-İhdicac» əsəri

  39. Əbulqasim Firdovsinin «Şahnamə» əsəri-Bakı 1987-ci il

  40. Nizami Gəncəvinin «Leyli və Məcnun» əsəri-Bakı 1982-ci il

41. Nizami Gəncəvinin «İskəndərnamə» əsəri-Bakı 1982-ci il

42.Xəqani Şirvaninin «Seçilmiş əsərləri»- Bakı 1987-ci il

MÜNDƏRİCAT




Yüklə 367,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə