Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
167
sından asılıdır. Bu baxımdan qeyd etmək lazımdır ki, qavramanın
səviyyəsi təkcə mətnin öz xüsusiyyətindən deyil, həm də oxucu-
dan asılıdır.
Oxucunun mətni qavramasına aĢağıdakı Ģərtlər təsir göstərir:
Texniki amillər – Ģriftlər, sətirlərin uzunluğu, kağızın key-
fiyyəti;
Mətndə verilən ideyalar;
Ġdeyaların ifadə üsulları – forma, leksika, cümlələrin quru-
luĢu.
Dərsliklərin soraq-məlumat aparatı
Dərslik forma cəhətdən elə qurulmalıdır ki, funksiyasından,
məzmunundan, məqsədindən asılı olmayaraq ondan istifadə edən-
lər müxtəlif situasiyalarda və müxtəlif məqsədlərlə ondan yarar-
lansınlar. Soraq-məlumat aparatı informasiya axtarıĢında oxucu-
nun iĢini yüngülləĢdirmək üçün müəlliflərin nəzərdə tutduğu vasi-
tədir. Bu bələdçi vasitələr maksimum informasiyadan maksimum
faydalanmağa imkan verir.
Dərsliklərdə istifadə olunan soraq-məlumat aparatının aĢağı-
dakı növləri vardır
160
:
dərsliklərdən istifadəyə kömək edən texniki soraq-məlu-
mat aparatı: mündəricat, göstəricilər, qeydlər;
fənni öyrənməyə kömək edən pedaqoji soraq-məlumat
aparatı: xülasə, lüğət, pedaqoji prinsiplərin izahı və s.
Dərsliklərdə təqdim olunan soraq-məlumat vasitələrinin va-
riantları çoxdur. Onlardan bəzilərinə diqqət yetirək.
Minnətdarlıq – müəllif öz həmkarlarına, redaktora, rəyçiyə
minnətdarlığını bildirir.
Biblioqrafiya – konkret mövzuya aid olan kitabların siyahısı.
160
Yenə orada, s. 68.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
168
GiriĢ – nəĢrin əvvəlində verilən bu mətndə nəĢrin məqsədi,
öyrənilən mövzular, dərsliyin daxili strukturu göstərilir.
Müqəddimə - veriləcək daha vacib informasiya üçün giriĢdir.
Təlimat – dərslikdən istifadə üsullarının izahı.
Dərslikdən necə istifadə etməli? – Burada dərslikdən istifadə
üsullarının izahı və ya dərsliyin təyinatı və tətbiqi barəsində müəl-
lifin təsəvvürlərinin Ģərhi verilir.
Leksika – dərslikdə istifadə olunan spesifik leksikadan, yeni
və ya mürəkkəb terminlərdən ibarət kiçik həcmli lüğət.
Metodoloji qeydlər – məqsədlər, metodlar, qiymətləndirmə-
lər barəsində xüsusi qeydlər.
Müəllif haqqında qısa məlumat.
Oxucuya müraciət – dərsliyin bəzi cəhətlərinə oxucunun diq-
qətini cəlb edən müqəddimə.
Mündəricat – bütün bölmələrin, fəsillərin baĢlanğıc səhifəsi
göstərilməklə nəĢrin planı.
Ön söz – müəllif tərəfindən yazılmıĢ, kitabın əvvəlində yer-
ləĢdirilən mətn. Bu mətndə kitabın məzmunu ümumi Ģəkildə veri-
lir və dərslik bütövlükdə nəzərdən keçirilir.
Əlavələr – kitabı oxuyarkən lazım olmayan və kitabın so-
nunda yerləĢdirilən ayrı-ayrı elementlər, texniki vəsait, əlavə mə-
lumat.
Qeydlər – mövzuya birbaĢa bağlı olmayan, səhifənin aĢağı-
sında yerləĢdirilən əlavə informasiya.
Ġllüstrasiyaların siyahısı – səhifə, rəssamın adı göstərilməklə
illüstrasiyalara dair bütün Ģəkilaltı sözlərin siyahısı.
Cədvəl – sətirlər və sütunlar üzrə sistemləĢdirilmiĢ qaydada
yerləĢdirilən məlumatlar qrupu.
Göstərici – səhifələri göstərilməklə kitabda adı çəkilən əsas
anlayıĢların əlifba qaydası ilə yerləĢdirilməsi.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
169
Azərbaycanda dərsliklərin nəşri məsələsi və müasir durum
Azərbaycan Respublikasında dərslik siyasətini Azərbaycan
Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Dərslik siyasətinin məqsədi məktəbliləri müasir standartlara
uyğun bilik, bacarıq və vərdiĢlərə yiyələndirmək, Vətəninə, xalqı-
na, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəĢəri dəyər-
lər zəminində formalaĢan, fiziki və mənəvi cəhətdən sağlam, müs-
təqil həyata hazır və demokratik düĢüncəli vətəndaĢlar kimi yetiĢ-
dirməkdir.
Dərslik siyasəti bu iĢdə əsas icra orqanı funksiyasını yerinə
yetirən Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının, elmi qu-
rumların, özəl təĢkilatların və ictimai orqanların vasitəsilə həyata
keçirilir.
Dərslik siyasəti həyata keçirilərkən Azərbaycan Respubli-
kası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları və “Ümumi təhsil sistemində dərs-
lik siyasəti” əsas götürülür.
“Dərslik siyasəti” sənədi Nazirlər Kabineti tərəfindən təsdiq
olunur. “Dərslik siyasəti” sənədinə aid olan “Dərslikləri Qiymət-
ləndirmə ġurasının Əsasnaməsi”, “Dərsliklərin qiymətləndirilməsi
meyarları”, “Yeni dərsliklərin yaradılması qaydaları”, “Dərsliklə-
rin texniki və gigiyenik standartları” müvafiq olaraq Təhsil Nazir-
liyi tərəfindən təsdiq olunur.
Dərsliklərin məzmununa verilən əsas tələblər:
Dərsliklərdə:
- Ģagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni də-
yərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını,
vətənini sevməsinə, insan haqlarına və bəĢəri dəyərlərə hömrət
etməsinə yönələn ideyalar olmalıdır;
- Ģagirdlərin yaĢ psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə
alınmalıdır;
- dünyəvilik prinsipinə riayət edilməlidir;
Dostları ilə paylaş: |