Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
115
məsi mərhələsində görəcəyi iĢlər və bu zaman baĢ verən qüsur və
problemlər üzərində dayanmıĢdır
130
.
Jurnalın aid olduğu elm sahəsinə dair rəyçilərin siyahısı
hazırlanmalıdır və məqalələr yalnız əlaqədar mütəxəs-
sislərə göndərilməlidir. Bu mərhələdə baĢ verən yanlıĢlar-
dan biri rəyçilərin məhdud dairədən seçilməsidir. Bu da
məqalənin mütəxəssis olmayan rəyçi tərəfindən dəyər-
ləndirilməsinə gətirib çıxarır.
Rəyçinin söylədiyi bütün qeydlər, düzəliĢlər aparıldıqdan
sonra məqalə nəĢrə verilməlidir. Bu zaman baĢ verən yan-
lıĢlardan biri rəyçinin yazdığı dəyiĢikliklərin hamısı nəzə-
rə alınmadan məqalənin iĢıq üzü görməsidir.
Jurnala təqdim olunan bütün məqalələrin rəyə təqdim edil-
məsi vacibdir. Belə ki, bəzən tanınmıĢ alimin yazısı rəyçi-
lərə verilmədən nəĢr olunur.
Məqalələr dil, üslub, orfoqrafik baxımdan normal olduğu
halda rəyçiyə təqdim olunmalıdır. Redaktorlar əsasən bu
iĢi görmürlər və bu da həm rəyçilərin zamanını alır, həm
də gecikdirir.
Məqalələrə rəy verilməsi mərhələsini inkiĢaf etdirmək üçün
bəzi yollar təklif olunur:
1. Könüllülük əsasında rəyçilik;
2. Rəyə görə müəyyən məbləğin ödənilməsi;
3. Elmi dərəcə və elmi adlar verilən zaman jurnallarda rəyçi
olmağın nəzərə alınması və bunun üstünlük kimi qəbul edilmə-
si
131
.
130
Gözen R. Dergilerin kalite güvencesi olarak hakemlik ve bazı sorunlar // 5.
Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı
Bildirileri, 2010, s. 2-6.
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/gozen.pdf
131
Gözen R. Dergilerin kalite güvencesi olarak hakemlik ve bazı sorunlar // 5.
Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı Bildirileri, 2010, s. 2-6.
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/gozen.pdf
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
116
Jurnallarda bəzən rəyçilər müəllifdən, müəlif isə rəyçidən
gizlədilir. Elmi ədəbiyyatda buna
“korluq” (Blinding) deyirlər.
Bəzən isə sadəcə rəyçi anonim saxlanılır, bu
“maskalama” (Un-
masking) adlanır. Açıq rəydə isə həm müəllifin rəyçinin, rəyçinin
isə müəllifin kimliyindən məlumatı olur
132
.
Rəyçi blankı. Bir məqalənin qiymətləndirilməsində istifadə
edilən və diqqətə alınması istənilən meyarları göstərən “rəyçi
blankı” bütün rəy müddətini özündə əks etdirən sənəddir. Burada
rəyçinin məqalə haqqındakı ayrıntılı qənaətləri yer alır: məqalənin
mövzusunun jurnalın tematikasına uyğun olub-olmadığı, elmi ye-
niliyi, mənbələrdən yararlanma səviyyəsi, sərlövhənin məqaləni
əks
etdirib-etdirməməsi, məqalənin axıcılığı, elmi üslubu və s.
Məqalənin qəbul olunub-olunmadığı da bu blankda qeyd
edilir.
132
Kapçı E.G. Hakemlik sürecindeki geliĢmelerin değerlendirilmesi: nasıl iyi
bir hakem olunur? // 5. Ulusal Sosyal Bilimlerde Süreli Yayıncılık Kurultayı
Bildirileri. 2010.
http://uvt.ulakbim.gov.tr/toplanti/uay10/kapci.pdf
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
118
Azərbaycanda elmi jurnalların nəşri vəziyyəti və
perspektivlər
Müasir dünyada minlərlə elmi jurnal nəĢr olunur. Hazırda
elmi nəĢrlərin qiymətləndirilməsi jurnal məqalələrinə istinadların
statistik analizi əsasında ABġ-dakı Elmi Ġnformasiya Ġnstitutu
(EĠĠ) tərəfindən aparılır. Bu institutu 1960-cı ildə E.Qarfild təsis
etmiĢdir. 1992-ci ildən Elmi Ġnformasiya Ġnstitutu Tomson-
Reuters korporasiyasının tərkib hissəsidir. Ötən əsrin 60-cı illərin-
dən etibarən EĠĠ qiymətləndirmədə əsas göstərici kimi jurnalların
təsir əmsalından istifadə edir.
Təsir əmsalı nəĢrdəki əsərlərin, bu
əsərlərdəki ideya və nəticələrin elmin müəyyən sahəsinin inkiĢafı-
na təsir imkanının ədədi ifadəsidir. Təsir əmsalı böyuk və kiçik
həcmli, müxtəlif dövriliklə və zaman kəsiyində nəĢr olunan jurnal-
ların qiymətləndirilmədə imkanlarını bərabərləĢdirmək baxımın-
dan
mühüm göstəricidir
133
.
2011-ci ildə BDU və AMEA Ġnformasiya Texnologiyaları
Ġnstitutunda Thomson Reuters Agentliyinin Mərkəzi və ġərqi Av-
ropa üzrə səhiyyə və elm məsələlərinə dair meneceri D.Horki və
Türkiyənin MĠKRO Bilgi Kayıt və Dağıtım A.ġ. Ģirkətinin layihə
və beynəlxalq satıĢ üzrə direktoru M.Tunç ilə görüĢ keçirilmiĢdir.
Tədbirdə dünyanın ən iri elmi informasiya mənbəyi olan
Thomson Reuters Agentliyinin elmi jurnalların impakt-faktorunun
hesablanması sahəsində fəaliyyətindən, agentliyin verilənlər baza-
sına daxil olan müxtəlif dünya ölkələrinin elmi jurnallarının im-
pakt-faktorunun hesablanması istiqamətində apardığı iĢlərdən bəhs
olunmuĢdur. Belə ki, son zamanlar elmi informasiyanın artması
qiymətləndirmə sistemində müəyyən dəyiĢikliklərin edilməsinə
zəruriyyət yaratmıĢdır və bu istiqamətdə dünya ölkələrində müx-
təlif yanaĢmaların mövcuddur.
133
Əliyev F., Ağayev ġ. Azərbaycanda elmin problemləri və inkiĢaf perspektiv-
ləri. - Bakı: 2011, s. 13-14.