Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
112
məyəcəyindən əmin olmalıdır. Rəyçi hesabatları üzərində aparılan
analizlər gənc alimlərin yaĢlı alimlərdən daha çox zaman ayıraraq,
daha diqqətli hesabatlar hazırladığını üzə çıxarmıĢdır.
Rəyçiliyi obyektiv olaraq analiz edə bilmək və onu daha tə-
sirli və məhsuldar edəcək qaydalar yaratmaq üçün əhəmiyyətli
tədqiqatlar aparılmıĢdır. Belə ki, məqalə müəlliflərinin adının ano-
nim olmasının əhəmiyyətini qiymətləndirən 9 tədqiqatdan 4-ü bu-
nun müsbət keyfiyyət olduğunu vurğulamıĢdır. Digər 5 tədqiqat-
dan isə normal nəticə alınmamıĢdır
121
.
Müxtəlif ölkələrdə məqalələrə rəy verilməsi və elmi nəĢr
mərhələsini izləmək üçün bir sıra mərkəzlər yaradılmıĢdır. Ġngil-
tərə mənĢəli "Committee on Publication Ethics" (COPE) təĢkilatı
müəlliflik, redaktorluq və məqalələrin rəyinin mexanizmlərini mü-
əyyən edir
122
.
ABġ-da isə rəy mərhələsinə dövlət tərəfindən nəĢr olunan
"Peer Review Bulletin" ilə nəzarət olunmaqdadır
123
.
Elmi məqalələr nəĢr olunmazdan öncə jurnal redaktorları tə-
rəfindən qiymətləndirilmək və dəyərləndirilmək üçün iki, bəzən
üç rəyçiyə göndərlilir.
Elmi məqalələrin qiymətləndirilməsi üçün seçilən rəyçilərin
öz sahələrində nəĢrlərə sahib olması kafi deyil. Bir rəyçinin izlə-
yəcəyi, diqqət yetirəcəyi ünsürlərə önəm verməsi, o sahədə bilik-
lərinin hərtərəfli olması, araĢdırmaları izləməsi, tədqiqatlarına ara
verməməsi, müəyyən olunan müddət içərisində məqaləni qiymət-
ləndirib təqdim etməsi vacib Ģərtlərdəndir.
Məlumdur ki, alimlərə və tədqiqatçılara rəyçiliklə bağlı
dərslər keçilmir, mühazirələr oxunmur. Ancaq qiymətləndirilcək
məqalə ilə birlikdə göndərilən formalardakı bəzi suallar rəyçinin
dəyərləndirmədə diqqət yetirəcəyi xüsuslar üçün ipucu olmaqda-
121
Özdağ H. Bilimsel yayın sürecinde hakemlik müessesesi // Süreli yayıncılık
2. editörler çalıĢtayı, TÜBĠTAK, ULAKBĠM, 2008, s. 58.
122
www.publicationethics.org
123
www.whitehouse.gov
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
113
dır. Zaman-zaman eyni məqalə üçün iki fərqli rəyçidən çox fərqli
iki rəy gəlir. Bir rəyçi üçün cox önəmli görünən bir cəhət, digəri
üçün ikinci dərəcəli olur. Bəzi rəyçilərin ciddiliyi və obyektivli-
yində Ģübhə oyandıracaq vəziyyət ortaya cıxarsa, rəyçi siyahısın-
dan cıxarılır.
Heç bir mütəxəssis, alim məqaləsinin rədd olunmasını istə-
mir. Elmdə olan insanlar da hər hansı bir elmi jurnaldan gələn
rədd yazısı qarĢısında bəzən ciddi Ģəkildə ümidsizliyə qapıla bilir-
lər
124
.
Tədqiqatçıların böyük əksəriyyəti məqalələrinin nəĢr olun-
mayacağını öyrənərkən narahat olurlar. Aparılan araĢdırmalar gös-
tərmiĢdir ki, elmi jurnallara göndərilən məqalələrin 15 % birinci
dəfə, 7,71 % ikinci dəfə rəyçilər tərəfindən qəbul edilməmiĢ və
nəĢrinə icazə verilməmiĢdir
125
.
Belə ki, məqalələri qəbul edilməyən tədqiqatçıların çox az
hissəsi rəyçi və redaktoru günahlandırır. Əslində məqalənin qəbul
edilməməsi rəyçilər tərəfindən yaradılan əngəl deyildir.
Məlum olduğu kimi, elmi məqalələr XVII əsrin ortalarından
nəĢr olunmağa baĢlamıĢdır. Elmi jurnallara rəyçilərin təyin olun-
ması isə 1750-ci ilə təsadüf edir
126
.
Rəyçi kimdir və əsl rəyçi necə olmalıdır? Sahəsinin mütə-
xəssisi olan hər hansı bir tədqiqatçı eyni zamanda elmi jurnala
rəyçi ola bilərmi?
Əlli ilə yaxın elmi jurnallarda rəyçi olan Parkesə görə rəyçi
məqaləni dəyərləndirməzdən əvvəl özü-özlüyündə bu suallara ca-
vab verməlidir:
a)
Mən bu məqalə üçün uyğun bir rəyçiyəmmi? Bəzi redaktor-
lar rəyçilərin fikirlərini öyrənmədən onlara məqalə gön-
124
Cassey P. and Blackburn TM. Publication rejection among ecologists.
Trends in Ecology and Evolution. 2003, Vol. 18.No: 8. s. 375-376.
125
Yenə orada.
126
Yüksel A. Writing publishable papers. 2003, s. 437-446.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
114
dərir, bəzi rəyçilər isə məqalənin mövzusu ilə əlaqəli olma-
dıqları halda onu qiymətləndirməyə çalıĢırlar.
b)
Bu məqaləni obyektiv olaraq qiymətləndirə biləcəyəmmi?
Bəzən gələn məqalələrin müəllifləri ilə rəyçilər arasında so-
yuq münasibət olur. Rəyçilərin çoxu "akademik düĢ-
mən"lərinin məqalələrini yoxlamırlar. Yəni rəyçi bu zaman
obyektiv olmayacağından qorxur.
c)
Bu məqalə nəticələri mənim tədqiqat sahəm və obyektimlə
üst-üstə düĢürmü?
d)
Ġfadə və düzəltmələr aydındırmı?
Aparılan araĢdırmalara görə nüfuzlu elmi jurnallara təqdim
edilən 10 məqalədən 9-u qəbul olunmur
127
. Məqalələrin 74%-i
metoduna, 60% əhəmiyyətinə, üslubuna, ədəbiyyatın azlığına, 3
%-i isə xülasəyə görə rəyçilər tərəfindən qəbul edilməmiĢdir
128
.
Müəllif məqaləni nə üçün yazdığını (giriĢ, bazis və hipotez),
hansı nəticəni aldığını müəyyən etməlidir. Əgər bu suallar mə-
qalənin müvafiq yerlərində öz cavabını taparsa o zaman məqalənin
qəbul olunma Ģansı artacaq
129
.
Bir jurnalın keyfiyyəti onun kağızı, görünüĢü, cildi, tərtibatı
və s. kimi texniki xüsusiyyətlərindən deyil, içindəki məqalələrin
keyfiyyətindən asılıdır. Jurnalın və məqalələrin elmi səviyyəsi
rəyçinin nə qədər doğru, elmi, obyektiv və nizamlı iĢləməsi ilə ya-
xından bağlıdır.
Məqalələrin rəyə verilməsi mərhələsi özü də 4 pillədən iba-
rətdir: redaktor – rəyçi formu, rəyçi seçimi, rəyçinin məqaləni qiy-
mətləndirməsi. Prof. R.Gözen redaktorun məqalənin rəyə veril-
127
McKercher B., Law R., Weber K., Song H. and Hsu C. 2007. Why referees
reject manuscripts. Journal of Hospitality and Tourism Research. Vol: 3. No: 4.
p. 455-470.
128
Yenə orada. s. 455.
129
Aytekin M. Bilimsel yayınlarda hakemlik sistemi // Tarım, veteriner ve
biyoloji bilimleri süreli yayıncılık 2. çalıĢtayı. TÜBĠTAK, ULAKBĠM, 2008, s.
65.
Dostları ilə paylaş: |