Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
173
nəĢriyyat-poliqrafiya muəssisələri ilə satınalma muqavilələri bağ-
lanmıĢ, dərslik və müəllim üçun metodik vəsaitlər cap edilərək,
Nazirliyin Maddi-Texniki Təchizat Ġdarəsinə təhvil verilmiĢdir
163
.
Ədəbiyyat
Canıyeva U. Tədris ədəbiyyatının tipoloji xüsusiyyətləri və növləri
// Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2007,
N 3, s. 193-197.
Canıyeva U. Tədris ədəbiyyatının strukturu üzərində redaktor iĢi //
Bakı Universitetinin Xəbərləri, Humanitar elmlər seriyası, 2005, N
2, s. 201-205.
Dərslik necə olmalıdır / tərcümə ed. N.Qaramanlı, A.Həsənov və
G.Məmmədova. Bakı, Oka ofset, 2003, 88 s.
Антонова С.Г., Тюрина Л.Г. Современная учебная книга:
Учебное пособие. М., 2001.
Бейлинсон В.Г. Арсенал образования: Характеристика,
подготовка, конструирование учебных изданий. М., 1986.
Зуев Д.Д. Школьный учебник. М., 1983.
Редактирование отдельных видов литературы / Под ред. Н. Си-
корского. – Москва: Книга, 1987.
163
http://www.edu.gov.az/upload/file/HESABAT/hesabat 2011/derslik.pdf
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
174
VIII FƏSĠL
UġAQ ƏDƏBĠYYATININ NƏġRƏ HAZIRLANMASI
Uşaq ədəbiyyatı və onun növləri
UĢağın yaĢına, maraq və ehtiyaclarına uyğun kitablar onun
inkiĢafına təsir göstərməkdədir. UĢaq ədəbiyyatı ən çox nəĢr olu-
nan, xüsusi diqqət və həssaslıq tələb edən ədəbiyyat növüdür.
Müasir uĢaq ədəbiyyatı keçmiĢ ənənələrdən faydalanaraq, bugün-
kü uĢaqların mənəviyyatını, biliyini, dünyagörüĢünü zənginləĢdir-
məyə imkan verən ədəbiyyat növü kimi qəbul edilir və bütün
dünyada əsas nəĢriyyat məhsulu kimi sayca və həcmcə xüsusi yer
tutur
164
.
Nizami Gəncəvidən baĢlamıĢ Məhəmməd Füzuli, Seyid
Əzim ġirvani, Sabir, RəĢid bəy Əfəndiyev, Mirzə Cəlil, Süleyman
Sani Axundov, Mikayıl MüĢfiq kimi ən dəyərli Ģair və
yazıçılarımız uĢaq tərbiyəsini formalaĢdırmağa xidmət edən
əsərlər ortaya qoymuĢlar. Azərbaycanda uĢaq ədəbiyyatının
inkiĢaf yolu spiralvari, fasiləli olub. Belə ki, müəyyən zaman-
məkan daxilində uĢaq ədəbiyyatının inkiĢaf etdirilməsi dövlətin
maraq dairəsində dayanıb, dövlət səviyyəsində qərarlar qəbul
edilib, vəsait ayrılıb. Bəzənsə bu
sahə tamamilə unudulub
165
.
Azərbaycan Yazıçılar Birliyi “UĢaq ədəbiyyatı Ģöbəsi”nin
müdiri Q.Nəcəfzadə müasir uĢaq ədəbiyyatımızın problemlərini
aĢağıdakı kimi qruplaĢdırmıĢdır:
Bugünkü uĢaq Ģeirimiz xalq ruhundan, xalqın intonasiyasından uzaq
düĢüb. UĢaq Ģeirimiz folklora qayıtmalıdır. Və təbii Ģəkildə uĢaq düĢün-
cələrinə ictimai-sosial məzmun verilməlidir;
164
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002, s. 137.
165
Hüseynoğlu S. UĢaq ədəbiyyatımızın problemləri // Türk xalqları ədəbiyyatı.
Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s. 713.
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
175
Ən böyük problemlərdən biri də uĢaq və böyük ədəbiyyatının arasında
kəskin fərq qoyulmasıdır. Bu fərq pedaqoji tərəfi saxlanılmaqla aradan
qaldırılmalıdır;
Bugünkü uĢaq Ģeirimizin fəlsəfəsi çatmır;
Bugünkü uĢaq ədəbiyyatımızın dili bərbad vəziyyətdədir. Ədəbiyyat hər
Ģeydən əvvəl canlı
dildən ibarətdir;
Ən ciddi problemlərdən biri də uĢaqları böyük kimi danıĢdırmaqdır;
Süni vətənpərvərliklə üfürülmüĢ kütləvi uĢaq obrazlarına son qoymaq
lazımdır;
Əsas problemlərdən biri də oxucu problemidir. Bu gün uĢaq mətbuatının
orta məktəblərdə oxucusu yoxdursa, deməli, biz oxucu yetiĢdirmirik,
deməli, gələcək ədəbiyyatımızı oxuyan olmayacaq...
166
.
Müasir uĢaq ədəbiyyatı dünya ədəbiyyatının ayrılmaz hissəsi
kimi inkiĢaf edir. Ona görə də dünya ölkələrində uĢaqlar üçün ki-
tablar çap edən nəĢriyyatlar Ģəbəkəsi, müəlliflər, redaksiya -
nəĢriyyat kollektivləri formalaĢır.
UĢaq ədəbiyyatı mənən zəngin olan estetik zövqə malik hər-
tərəfli Ģəxsiyyətin formalaĢması üçün nəzərdə tutulduğu üçün na-
Ģirlər bütün səylərini dünya klassikasının görkəmli nümunələrinin,
müasir müəlliflərin bədii cəhətdən ən kamil əsərlərinin buraxılma-
sı hesabına uĢaq ədəbiyyatının repertuarının inkiĢafına yönəldir-
lər
167
. UĢaqlar üçün ədəbiyyatın spesifikliyi hər Ģeydən öncə onun
pedaqoji-tərbiyəvi vəzifələri ilə, həmçinin uĢağın təbiəti, uĢaq
qavrayıĢının xarakteri ilə Ģərtlənir. UĢaq kitablarının pedaqoji yö-
nü onun hər bir uĢağın həyatında vacib olan tərbiyəvi əhəmiyyəti-
ni nəzərdə tutur. Deməli, onun keyfiyyətinin müəyyən edilməsinin
ən vacib elementlərindən biri tərbiyəvi cəhətdir.
“Göyərçin” jurnalının baĢ redaktoru, Ģair və alim R.Yu-
sifoğlu uĢaq ədəbiyyatında varislik prinsipinin olduqca vacib mə-
sələ olduğunu qeyd edir: “Bizdən əvvəl müxtəlif dillərdə yazılan
166
Nəcəfzadə Q. Müasir uĢaq ədəbiyyatının problemləri // Türk xalqları ədə-
biyyatı. Beynəlxalq uĢaq ədəbiyyatı konqresi materiallar. Bakı: 2008, II kitab, s.
658.
167
Vəliyev Ġ. Ədəbi-bədii və uĢaq kitablarının redaktəsi. – Bakı: 2002, s. 137.