Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
179
zamanı “əcnəbiləĢdirmək”, yoxsa “olduğu dildə saxlamaq” daha
məqsədəuyğun olardı?
Uşaq ədəbiyyatının janr və formaları
UĢaq və yeniyetmələr üçün kitablar bədii və ya tərbiyəvi xa-
rakterli ədəbiyyatı əhatə edən, 17 yaĢına qədər oxucular üçün nəĢr
olunmuĢ və xüsusi bədii və poliqrafik tərtibatına görə fərqlənən
nəĢrdir. Material konstruksiyasına görə uĢaq nəĢrləri kitablara,
dövri nəĢrlərə və oyuncaq kitablara ayrılır.
Strukturuna görə uĢaq kitabları aĢağıdakı növlərə ayrılır:
toplu, mononəşr, seriyalı nəşr, əsərlər toplusu.
UĢaqlar üçün hazırlanmıĢ
toplular hər hansı bir mövzu və ya
bir janrda (Ģeirlər, nağıllar toplusu) yazılmıĢ əsərləri əhatə edir.
Böyük yaĢlı məktəblilər üçün antologiyalar, almanaxlar, müntəxə-
batlar da nəĢr olunur.
MononəĢrlər də müxtəlif janrlarda yazılmıĢ əsərlər əhatə edə
bilər. Məsələn,
atalar sözü, tapmaca, Ģeir.
Ġnformasiyanın xarakterinə və məqsəd təyinatına görə uĢaq
ədəbiyyatını aĢağıdakı növlərə ayırmaq olar:
elmi-kütləvi;
soraq-məlumat;
praktik vəsait;
müxtəlif sənətlərə aid nəĢrlər;
asudə vaxt üçün nəĢrlər.
UĢaq kitablarının təsnifatı elmi və təcrübi baxımdan müəy-
yənləĢdirilmiĢdir. Buraya elmi-əyləncəli ədəbiyyat, uĢaqlar üçün
nəĢr olunmuĢ ədəbi-bədii əsərlər, uĢaqlar üçün iĢlənmiĢ və nəĢr
olunmuĢ xalq poeziyası nümunələri, tədris proqramına uyğunlaĢ-
dırılmıĢ ədəbi-bədii nəĢrlər, müntəxəbatlar daxildir.
Müasir uĢaq ədəbiyyatını üç ədəbi növ üzrə - uĢaq Ģeiri, uĢaq
nəsri, uĢaq ədəbi tənqidi kimi qruplaĢdırmaq olar ki, burada da