Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə50/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   46   47   48   49   50   51   52   53   ...   91
Mead

GÜNAHKARLAR TANINAR


Məhşərin ilk dayanacağında, Qur᾽ani Məcidin neçə yerində zikr edilmiş bir heyrət vardır ki, gözlərin hərəkəti dayanar. Günahkarların hansı günaha sahib olmasından hamı xəbərdar olar. Dünyada sərxoşluq edənlər məhşərə əlində şərab şüşəsi daxil olarlar. Allah-Taala Öz izzət və cəlalına and içib demişdir ki, hər bir şərabxora içdiyi şərab miqdarında Cəhənnəm həmimi içirdəcəkdir.

QİYAMƏTDƏ ŞƏRABXORUN MƏNZƏRƏSİ


Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-dən nəql olunmuşdur ki, buyurdu: “Şərabxor Qiyamətdə çöhrəsi qara, gözləri göyərmiş, dodaqları sinəsindən ayağına sallanmış, dili ağzından çıxmış vəziyyətdə gələr. Yanından ötənlər onun qoxusundan əzab çəkərlər.”
Yenə bu barədə buyurmuşdur: “Məni peyğəmbərliyə məb᾽us etmiş Allaha and olsun ki, şərabxor təşnə (susuz) ölər, təşnə halda qəbrə gedər, təşnə halda məhşur olar, min il təşnəlikdən nalə çəkdikdən sonra ona Cəhənnəm həmimi içirdilər.”

SƏLƏMÇİ VƏ TƏNBURÇUNUN (MUSİQİ ALƏTİ) ÇÖHRƏSİ


Sələmçi (ribaxor) qəbirdən baş qaldırdığı zaman qarnı o qədər böyük olar ki, yerə dəyər. Durmaq istərkən bacarmaz və başını aşağı salar. Hamı onun sələmçi olduğunu bilər. Qina (haram çalğı) əhlinin çalğı aləti onun yanında olar. “Ənvari-nö”maniyyə” kitabında Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən rəvayət olunub ki, buyurdu: “Tənbur sahibi üzü qara məhşur olar, əlində alovdan olan və başına çalınmış tənbur tutar, 70 min əzab mələyi başını, üzünü qamçılayar. Qina əhli-istər çalan, istərsə də oxuyan-kar, kor və lal məhşur olar.

İKİÜZLÜLƏR VƏ İKİ ALOV DİL


Rəvayət olunmuşdur ki, xalqla münasibətdə ikiüzlü, ikidilli olanların, adamların yanında bir cür, arxasında başqa cür danışanların Qiyamətdə alovdan iki dili olacaqdır. Öz dilləri ilə adamları incidənlərin dilləri boyunlarının arxasından çıxarılacaq.

QİYAMƏTDƏ TƏKƏBBÜRLÜLƏR VƏ ZİNAKARLAR


Bir dəstə adam qarışqa tək zəif halda ayaqlar altında əzilər-bunlar dünyada özünü yuxarı tutub, təkəbbür göstərənlərdir. Zinakarların ovrətlərindən axan çirkin qoxusundan məhşər əhli nalə çəkər.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə