Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə52/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   48   49   50   51   52   53   54   55   ...   91
Mead

QAÇMAQLA QURTULMAZLAR


“Ər-rəhman” surəsinin təfsirində buyrulur: O gün birinci göy (təbəqəsi) mələklərinə əmr olunar ki, yerə enib, insanları dairəyə (mühasirəyə) alsınlar, ikinci göy mələkləri birinci göy mələklərinin dövrəsini tutsunlar. Beləcə, yeddi cərgəlik mələklərdən ibarət ilahi qoşun məhşər səhrasını dövrəyə alar. (55-ci surə, 33-cü ayə) “Ey cin və ins, bacarırsınızsa qaçın, amma bu, qeyri-mümkündür” (təfsir). O gün insan deyər: “Hara qaçım, hara gedim?” (75-ci surə, 10-cu ayə). Amma qaçmağa heç bir yer yoxdur, Allaha tərəf qayıtmaqdan savayı! (Əlbəttə, bu cəhət, yol Allahla olanlar üçündür, başqaları üçün sığınacaq yoxdur.) (75-ci surə, 11-ci ayə)

QİYAMƏTDƏ SAVAB ÜÇÜN ƏL AÇILAR


Hər kəs öz tanışına əl açar ki, öz savabından ona da versin. Lakin hər kəs savaba möhtac olduğundan, başqasına savab verməz. Ata öz övladına, onun tərbiyəsinə çəkdiyi əzab-əziyyətləri xatırladıb ondan savab istəyər. Övladsa “mən səndən də çox möhtacam”, deyə cavab verər. Beləcə, qardaş-qardaşa və s. cavab verər. Hamı çətinlikdə olduğundan, başqasının dadına çatmaz.

ƏMƏLLƏR NAMƏSİ


“Haqqə” surəsi, ayə 78: “(Sizi) Rəbbinizin hüzuruna gətirərlər, həmin gün sizin heç nəyiniz gizli qalmaz. Əməl dəftəri sağ əldən verilən kəs deyər: Yazımı alın, oxuyun, mən bu günü görəcəyimə əmin idim.”
İnandığımız dini həqiqətlərdən biri də Qur᾽anda neçə yerdə əksini tapmış əməllərin yazılmasıdır. Qur᾽an buyurur: “Kərim mələklər bütün əməlləri yazarlar.” (82-ci surə, 11-ci ayə). Digər bir yerdə bu mələklərin ən kiçik sözləri də qeyd etdiyi bildirilir. (50-ci surə, 17-ci ayə). Bu yazılışın hansı şəkildə olduğunu (qələm-kağızla, yoxsa başqa cür) biz yox, nübüvvət gözü görür. Ümumiyyətlə, heç bir şey ötürülmür. Hətta xeyir niyyətlər də yazılır.

ƏTİR QOXUSU XEYİR NİYYƏTİ BİLDİRİR


Ravi İmam (əleyhissalam)-dan soruşur ki, məlaikələr insanın xeyir niyyətindən necə xəbərdar olurlar? Həzrət buyurur: “Xeyir niyyət edən şəxsdən ətir qoxusu qalxır və onlar anlayırlar. Eləcə də, pis niyyətdən qalxan pis qoxu onları narahat edir. Yalnız xeyir niyyətə bir savab (həsənə) yazılırsa, bu niyyətə əməl edildikdə, on savab qeyd olunur (6-cı surə, 161-ci ayə). Amma icra olmuş günah üçün birdən artıq yazılmır.

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə