Мicллиt… аdcjwллаһ сeddиv cбviлһiсedk vcсjyedб



Yüklə 1,5 Mb.
səhifə53/91
tarix11.10.2023
ölçüsü1,5 Mb.
#126796
1   ...   49   50   51   52   53   54   55   56   ...   91
Mead

GÜNAHI YUMAQ ÜÇÜN MÖHLƏT


Qeyd edən iki mələkdən biri Ətid, o biri isə Rəqibdir. Günah etmiş şəxsin günahını Ətid yazmaq istərkən, Rəqib “möhlət ver, bəlkə, peşman olub tövbə etdi”, deyir. Ona 5-7 saat möhlət verilər. Əgər tövbə etməzsə, “necə də həyasız bəndədir!”, deyib günahını yazarlar.

HƏTTA ALOVU ÜFÜRMƏK DƏ YAZILIR


Rəvayətlərdən belə anlaşılır ki, hər kəsin iki kitabı (dəftəri, naməsi) vardır-savab kitabı və günah kitabı. İnsanın bütün əməlləri, hətta alovu üfürməsi də qeyd olunur. “Əl-Qəmər” surəsinin 52-53-cü ayələrində buyurulur: “Onların etdikləri hər şey dəftərlərdədir. Hər bir kiçik və böyük günah yazılmışdır!”

BOŞ DANIŞAN CAVANLARA ƏLİ (ƏLEYHİSSALAM)-IN BUYURUĞU


Şeyx Səduqun “Əqidələr” kitabında nəql olunub ki, bir gün Əli (əleyhissalam) yoldan ötərkən boş-boş danışıb, gülən bir dəstə cavan gördü. Həzrət buyurdu:-Niyə əməl namənizi bu işlərlə qaraldırsınız? Dedilər:-Ya Əmirəl-mö᾽minin, bunlar da yazılırmı? Buyurdu:-Bəli, hətta aldığınız nəfəs də yazılır...
Bəli, insanların əziyyətini aradan qaldırmaq üçün yoldan bir tikan, daş götürüb atmaq kimi xırda əməllər də hədər olmayacaqdır.

ƏMƏL NAMƏSİNİN HİKMƏTİ


Əməl naməsi nə üçündür? Əməlisalehlərin əməl dəftərinin məlaikələrin göyə qaldırmaq, günahkarların əməl dəftərlərini siccinə (Cəhənnəmin alt təbəqəsi) endirməsi nə üçündür?
Cavab: Allah-Taala insanın günaha batmasını istəmir. Buna görə də onun üstünə nəzarətçi qoyur. Bəli, insan öz üzərində müfəttişi görəndə, ehtiyatlı olur.
Ey günahkar insan, sənin həya edib, günahdan uzaqlaşmağın üçün Allah-Taala sənin bədən üzvlərinə əlavə olaraq iki müfəttiş də müəyyən edib. (Ayıq ol!) Bu iş mö᾽minlərin də xeyrinədir-saleh əməllərin dəyəri daha da aşkarlanar.

Ə᾽LAÇI ŞAGİRDİN SEVİNCİ: “BAXIN, MƏNİM GÜNDƏLİYİMƏ BAXIN!”


Dərsindən ə᾽la qiymət almış şagird necə də sevinir, fəryad qoparır: gəlin, gəlin mənim gündəliyimə baxın, hamısı ə”ladır! Qiyamətin səhəri də əməl naməsi əlinə verilmiş mö᾽minlər beləcə sevincli, şaddırlar: Ey dostlar, ey tanışlar, gəlin mənim əməl naməmi oxuyun, namazlar, oruclar, sədəqələrim qəbul olub, baxın, mən dünyada bu günümün, hesabımın fikrində olmuşam. Belə bir şəxs xoşbəxtlikdə, əbədi rahatlıqda, böyük Behiştdə olacaqdır. Amma vay o şagirdin halına ki, “iki” alıb rədd edilib. Küçələrdə başı aşağı, asta-asta ötüb, ağlaya-ağlaya evə gəlir, ölüm arzulayır, bə᾽zən də huşunu itirib yerə yıxılır. Bu ağır halın minlərlə yuxarı mərtəbəsini düşünün-bu, əməl naməsi sol əlinə verilmiş günahkarların halıdır!

Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə