20
məşğul olsa da, həmişə eqoist olaraq qalacaqdır. O insanların
hər hansı bir fəaliyyətlə bağlı əməkdaşlığını inkar edir və qeyd
edirdi ki, hər hansı bir fədakarlıq eqoist mənafeyin ifadəsidir və
bu hər şeydən əvvəl zövqlərin instinktindən başqa bir şey
deyildir.
Yunan stoiklərinin davamçısı olan Zenon cəmiyyəti fəal
siyasi mübarizədən çəkinməyə çağırırdı. Bunun əvəzində onlar
insanları əxlaqi cəhətdən təkmilləşməyə və onları hökmdarlara
qarşı əxlaqi etirazlara çağırırdılar. Seneka stoiklərin yaratdığı
quldarların mənafeyinə xidmət edən ideyaları daha da inkişaf
etdirdi. O insanların mənəvi bərabərlik ideyasını irəli sürdü və
bu ideya altında itaətkarlıq ideyasının təbliğatçısına çevrildi. O,
köləliyi taleyin hökmü hesab edirdi. O, əmlakı olmayan
qulların və azad adamların üsyan edəcəyindən ehtiyat edərək,
məsləhət bilirdi ki, onlara qarşı sərt üsullardan istifadə
edilməsin.
Roma stoiklərindən olan Epiktet də qulları fəal mübarizə-
dən çəkinməyə, əxlaqi cəhətdən təkmilləşməyə çağırırdı. O,
var-dövlətin əleyhinə çıxır və onları şər qüvvə adlandırırdı. O
da istismarı pisləyir və quldarların qullara qarşı münasibətində
onları vicdanlı olmağa çağırırdı.
Azərbaycan fılosofu Şihabəddin Suhraverdinin (1154-
1191) “İşraq fəlsəfəsi” əsərində şiraqilik təliminə dair
əhəmiyyətli məsələlər vardır. Müəllif ədalətsizliyə qarşı çıxırdı.
O, bədxah insanları əjdahaya və ilana bənzədirdi. O qeyd edirdi
ki, siyasət ləyaqətli adamlar tərəfindən aparılarsa, zaman işıqlı
olar. İnsanın cəmiyyətdəki mövqeyi mənəvi kamilliklə, əxlaqla
şərtləndirilməlidir. Müəllifə görə, mövcud olan elmlərə sahib
olmaq hər hansı bir fərdin problemi deyil, bu başlıca olaraq
bütün cəmiyyətin problemidir. O belə hesab edirdi ki, idarə
edənlər ancaq ayrı-ayrı təbəqələrin deyil, bütün insanların
mənafeyini müdafiə etməlidir. O rəhbərin başqa
keyfıyyətlərinə görə deyil, ancaq elmi keyfıyyətinə görə
qiymətləndirilməsini məsləhət bilirdi.
21
Klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724-
1804) insanın davranış problemlərini nəzərdən keçirir. O
“Aroktiki zəkanın tənqidi” əsərində əxlaq ilə insanın
əməllərinin qanuniliyi arasındakı fərqi müəyyənləşdirməyə səy
göstərir. Müəllifə ğörə, əgər fərdin davranışı obyektiv olaraq
əxlaq qanunun tələblərinə zidd deyilsə, lakin hər hansı niyyətlə
- acgözlüklə, şöhrətpərəsliklə, xoşbəxtliyə can atmaqla həyata
keçirilirsə, bu halda insanın davranışı leqal, yəni aşkar hesab
edilir. Əxlaq qanunun tələblərinə aşkar əməl olunmazsa
insanlar arasındakı münasibətlər hüquq sferasına aid edilir.
Müəllif əxlaqla hüquq arasındakı münasibətləri müəyyən
edərkən qanunları mənəviyyatın ilk mərhələsi hesab etmişdir.
Hüququn vəzifəsi ayrı-ayrı şəxslərin hərəkətlərinin qanuniliyini
təmin etməkdən ibarətdir. Zahirən bu hüquq elə təşkil
edilməlidir ki, o, obyektiv olaraq əxlaq qanunlarının tələbləri
ilə eyniyyət təşkil etsin. Hüquqi tələblərin yerinə yetirilməsi və
onların pozulmasına yol verməmək üçün onun məcburetmə
qüvvəsi olmalıdır.
Əgər əxlaq qanunlarına uyğun hüquq mövcuddursa,
onda, bir nəfərin azad iradəsi başqa birisinin azadlığına qarşı
çevrilmiş olur. Kanta görə, hüquq sistemi xüsusi və ümumi
hissələrdən ibarətdir. Xüsusi hüquq azad fərdlər arasındakı
münasibətləri əhatə edir. Ümumi hüquq isə ictimai hüquqi
münasibətlər üçün zəruri olan qanunlardır. Kanta görə, əgər
ümumi hüquq bütün insanların qarşılıqlı münasibətinə
toxunursa, bu dünya vətəndaşının hüququdur.
Müəllif qeyd edir ki, ictimai müqavilə təfəkkürə
əsaslanan ideyalardan ibarət olur. Ancaq bu o zaman praktiki
reallığı əhatə edir ki, xalqın iradəsinə xidmət etsin. Beləliklə,
müəllif konkret olaraq qanunların ədalətli olması ideyasını irəli
sürmüşdür.
Kant eyni zamanda öz yaradıcılığında hüquqi dövlət
haqqında müasir təlimlərin əsas ideya və prinsiplərini qeyd
etmişdir. Müəllif “Əxlaqın metodikası” əsərində qeyd edir k i ,
22
dövlət qanunlara tabe olan insanların birliyidir. Dövlətin ən
əsas əlaməti qanunun aliliyidir. Hüquqi prinsiplərə təminat
verən dövlət ictimai müqavilə və xalq suverenliyi əsasında
təşkil olunmalıdır. Kant qanunverici hakimiyyətin xalq
tərəfindən həyata keçirilməsini, vətəndaşların bərabər
hüquqlarını nəzərdə tutan qanunların qəbul olunmasını
istəyirdi. Kant dövləti azadlığın hüquqi təminatı adlandırırdı.
Belə bir mövqedən çıxış edən filosof zəruri olaraq dövlətdə üç
başlıca orqanın fəaliyyətini qeyd edirdi. Bunlar qanunları
hazırlayan- parlament, qanunları icra edən- hökumət, qanunları
müdafiə edən- məhkəmədir. Kant hakimiyyətin bölünməsi və
aşağıların yuxarılara tabelik prinsipinə əsaslanan dövləti ideal
dövlət adlandırırdı. Kanta görə, cəmiyyətin hüquqi vəziyyətini
hüquqa zidd vasitələrlə aradan qaldırmaq olmaz. Bu mənada o,
zorakı, yəni inqilabi yolla ideal dövlətə keçidi qəbul etmirdi.
Kant gələcəkdə bəşəriyyətin dünya konfederasiyası formasında
hüquqi respublika idarəçilik formasında təşkil ediləcəyini
söyləyirdi.
Beləliklə, o, monarxiyanı saxlamaq şərti ilə idarəetmənin
parlament formasına üstünlük verirdi. Beləliklə, Kant beynəl-
xalq hüquq sistemində əbədi sülhün qərarlaşması ideyasını irəli
sürürdü. Müəllif xalqların bərabərliyi və dövlətlərin daxili
işlərinə qarışmamaq prinsipinə əsaslanan beynəlxalq hüquq
sisteminin yaranmasını istəyirdi. O, müdrikliklə insanları
əxlaqi prinsiplərə əsaslanmaqla ümumdünya vətəndaşlığı
hüququnu qəbul etməyə çağırırdı.
Əxlaqın məzmunu dövrün konkret ictimai-tarixi şəraiti
ilə bağlıdır. SSRİ dövründə proletar əxlaqı sinfi mübarizənin
tələbinə uyğun tərbiyə funksiyasını yerinə yetirirdi. Bu dövrdə
əxlaqi münasibətləri həyata keçirmək üçün müəyyən tələblər
irəli sürülürdü. Bunlardan kollektivçilik, beynəlmiləlçilik,
istismara qarşı nifrət kimi keyfiyyətlər proletar əxlaqının
formalaşması işinə xidmət edirdi.
Dostları ilə paylaş: |