14
müxtəlif amillərin təsiri altında yaranır. Burada insanların
həyati tələbatına və onların mənafeyinə məxsus keyfiyyətlər
həlledici təsir göstərir. Əxlaq normalarının təbiəti və mahiyyəti
haqqında fikirlərə və determinizm prinsipinə əsasən materialist
elmi dünyagörüşünə ğörə şəxsiyyət öz əxlaqi davranışları üçün
məsuliyyət daşıyır. Cəmiyyətdə iqtisadi münasibətlər müəyyən
sinfin mənafeyinə uyğun olaraq yaranır və mövcud əxlaqi
normaların əsasını təşkil edir. Göründüyü kimi iqtisadi
münasibətlər əxlaq normalarına təsir göstərir. Ona görə də
əxlaq normaları obyektiv ictimai məzmuna malikdir.
Materializmə görə, cəmiyyətdə mütərəqqi inkişafın
mövcudluğu
şəraitində, ictimai-iqtisadi formasiyaların
qanunauyğun şəkildə bir-birini əvəz etməsi şəraitində müvafiq
olaraq maddi və mənəvi sərvətlər, o cümlədən əxlaq və hüquq
münasibətləri inkişaf edir. Deməli, cəmiyyət inkişaf etdikcə
insanların maddi həyat şəraiti və istehsal münasibətləri
dəyişdikcə onların əxlaqi və hüquqi təsəvvür və təfəkkürləri də
dəyişir. Deməli, əxlaqi və hüquqi keyfiyyətlərin dəyişməsində
və inkişafında maddi-iqtisadi amillərin təsiri vardır. Eyni
zamanda ideoloji problemlərin maddi-iqtisadi şəraitə təsiri də
qeyd edilməlidir. F.Engelsin qeyd etdiyi kimi “...tarixi inkişaf
iqtisadi şəraitdən asılıdır. Siyasi, hüquqi, fəlsəfi, dini, ədəbi-
bədii inkişaf və s. iqtisadi inkişafa əsaslanır. Lakin, iqtisadi
vəziyyət yeganə dinamik səbəb deyildir. Burada iqtisadi zərurət
əsasında qarşılıqlı təsir vardır ki, bu da son nəticədə həmişə
özünə yol açır.”
9
İctimai şüurun formaları kimi əxlaq və hüquq
da cəmiyyətin istehsal üsulu əsasında müəyyən edilir. Eyni
zamanda qeyd edilməlidir ki, əxlaq və hüquq ictimai şüurun
müxtəlif formalarının qarşılıqlı təsiri nəticəsində yaranır.
Beləliklə, əxlaq və hüquq normaları tarixi hadisələr
oldugu üçün onlara ictimai şüurun spesifik forması kimi
baxmaq olar. O tarixən formalaşır və sonra cəmiyyətin bütün
9
Marks və Engеls. Seçilmiş məktublar. Azərnəşr, Bakı, 1955, səh. 493.
15
üzvləri üçün məcburi xarakter kəsb edir. Mənəvi sərvətlər
əxlaqi dəyərlər vasitəsi ilə müəyyən edilir.
Göründüyü kimi insanın malik olduğu əxlaqi dəyərlər
heç də idealistlərin qeyd etdikləri kimi “anadangəlmə” “əbədi
və dəyişməz” deyildir. Əxlaqi keyfiyyətlər öz mahiyyətinə görə
istehsal və mübadilə etmək üsulundan yaranmışdır. Hər bir
cəmiyyətdə siniflərin maddi varlıqlara olan münasibətindən
asılı olaraq əxlaqi dəyərlərə də münasibət dəyişir. Hər bir
antaqonist siniflərə malik olan cəmiyyətdə istismar edənlə
istismar olunan siniflərin əxlaqi dəyərləri eyni ola bilməz.
K.Marks qeyd edirdi ki, cəmiyyətin inkişafı prosesində əvvəlcə
maddi istehsalda, sonra da şüur və əxlaqda tərəqqi müşahidə
edilir. Yəni, əvvəlcə kollektiv və cəmiyyət qarşısında öz
mənəvi-siyasi məsuliyyətini başa düşən yeni insan tərbiyə
etmək lazımdır. Məsələn, islami dəyərlər əsasında qurulmuş
cəmiyyətdə çoxarvadlılıq mövcuddur. Kişi və qadın
münasibətləri siğə adlanan hüquqi sənədə əsaslanır. Həmin
hərəkətlər qəbahət hesab edilmir. İslam ölkələrində mövcud
olan bu nikah münasibətləri əxlaqsızlığın qarşısını almaq
məqsədi daşıyır. Qadın və kişi tərəfindən ailə nikah
münasibətlərinin dini əsaslarla rəsmiləşdirilməsi heç bir orqan
tərəfindən rəsmi hüquqi əhəmiyyət daşımayan fahişəliyin
qarşısının alınmasına gətirib çıxaran amillərdən biridir.
Beləliklə, dini qaydada çoxarvadlılığın rəsmiləşdirilməsi
heç də analıq hüququnun, ləyaqətinin alçaldılması kimi
qiymətləndirilməməlidir. Nəzərə almaq lazımdır ki, fahişəliyə
əsaslanan övladın doğulması onun mənşəyinin
müəyyənləşməsi problemini yaratdığı halda, siğəyə əsaslanan
çoxarvadlılıq zamanı doğulan övladların mənşəyi (ata və anası)
sözsüz ki, məlum olur. Bu da ailə-nikah münasibətlərinin
əxlaqi dəyərə malik olmasını göstərir.
Bəzi Qərb sosioloqları elmi biliyin nisbiliyini, mütləq
həqiqətin dialektikasını qəbul etmir və əxlaqi sərvətlərin
təbiətinə idealist, subyektiv əsasda yanaşırlar. Onlar insanların
16
ifadəsini, arzu və mənafeyini müəyyən edən iqtisadi şəraiti
nəzərə almırlar. Etik relyativizm cərəyanının tərəfdarları əxlaqa
elmi əsaslarla yanaşmanı qəbul etmir və belə hesab edirlər ki,
insanlar baş verən hadisələrə nəzarət etmə imkanlarına malik
deyillər. Praqmatistlər obyektiv əxlaqi sərvətlərin mövcud
olmadığını və insandan kənarda əxlaqın olmaması fikrini irəli
sürürlər ki, bu da subyektiv idealist məntiqə əsaslanır. Ceyms
qeyd edir ki, insan öz fəaliyyəti nəticəsində əxlaqi sərvətləri
yaradır. Müəllifə görə, insan iradə, arzu və inamına
əsaslanmaqla yüksək əxlaqi keyfiyyət kəsb edə bilər.
Onu da qeyd etmək lazımdır ki, əxlaq normaları xüsusi
mülkiyyətin və istismarın olmadığı bir cəmiyyətdə
yaranmışdır. Ümumi bərabərliyə əsaslanan ibtidai-icma
quruluşunda insanlar təbiətin kortəbii qüvvələrinə qarşı birgə
mübarizə aparmışlar.
“...Tayfa üzvlərini təhqir etmək, bütün qəbilənin təhqir
edilməsi kimi başa düşülürdü. Nikah, mülkiyyət və intiqam
məsələləri kollektiv xarakter daşıyırdı”.
10
Məlum olduğu kimi
quldarlıq dövründə barbar psixologiyasına malik olan təsərrüfat
sistemində müqəssirin vəhşiliklə öldürülməsi tələb edilirdisə,
insanların bir-birinə və maddi nemətlərə münasibəti
dəyişdikdən sonra, ona vurulmuş ziyana adekvat olan yəni, onu
əvəz edən yeni ideyalar irəli sürüldü.
Cəmiyyətin mədəni inkişafı nəticəsində əxlaq norma-
larında qoca, xəstə və uşaqlara qayğı qaydaları formalaşdı.
Eyni zamanda xüsusi mülkiyyətin və siniflərin meydana
gəlməsi ilə yeni davranış qaydaları formalaşdı. Cəmiyyətdə
müsbət xarakterli əxlaqi normalarla yanaşı, oğurluq, yalan,
hiylə, satqınlıq kimi normalar da yaranmış oldu. Müsbət əxlaqi
keyfiyyət hesab edilən düzlük prinsipial olaraq qeyri əxlaqi
keyfiyyət kəsb etməyə başladı. “Aldatmasan satmazsan”
10
П.Лафарг. «Экономический детерминизм Карла Маркса». Соц.энгиз,
1931. стр. 52
Dostları ilə paylaş: |