11
ruhlar aləminə aid olan müstəqil başlanğıcdan ibarətdir. Kant
isə əxlaqı sırf düşüncə ilə əlaqələndirirdi. Q.Rikkert, V.Stern,
M.Şiller, E.Hartman kimi əxlaq nəzəriyyəçilərinə görə, bu
dünyada insanlar mövcud olan müstəqil əxlaqi keyfiyyətləri
ancaq duya bilər, çünki mövcud əxlaqi davranışlar ancaq
transsendental aləmdə mövcuddur. Əxlaqi keyfiyyətləri ictimai
mühitdə yaratmaq mümkün deyildir, onları ancaq kəşf etmək
olar. Neotomistlərə görə, əxlaqi qanun dəyişərsə öz gücünü
itirər. İnsanlarda olan müxtəlif əxlaqi baxışlar ancaq əbədi
dəyişməz əxlaqi hökmlərin nəticəsidir. Onlar bütün dövrlər
üçün əbədi olan obyektiv, universal əxlaqi norma və prinsiplər
yaratmaq istəyir, əxlaqı əbədi, dəyişməz ehkam şəklində başa
düşürdülər. Belə bir prinsipin doğruluğunu sübut etmək üçün
insanın mahiyyətinin dəyişməz olması fikri əsas götürülürdü.
Bu məqsədlə neotomistlər şəxsiyyətin vahid əxlaqi məzmuna
malik olması və heç bir iqtisadi və siyasi sistemin insanı
dəyişdirə bilməməsi prinsipindən çıxış edirdilər.
Hazırda fideizm, ekzistensializm, intuitivizm,
neopozitivizm, utilitarizm, hedonizm, praqmatizm kimi etik
konsepsiyalar əxlaqi sərvətləri insanların faydalanmaq, mənfəət
götürmək, həzz almaq üçün özbaşına seçdikləri normalar hesab
edir, əxlaq normalarının obyektivliyini qəbul etmirlər.
Ekzistensializm konsepsiyasına görə, fərddə yaranan müsbət
əxlaqi keyfiyyətlər onların özlərindən asılı olmayan
səbəblərdən yaranır. Müasir hedonizm cəryanının nümayəndəsi
Şeldondan gətirilən fikir diqqətəlayiqdir: “İnsan kef , ləzzət
çəkmək, həzz almaq üçün obyektləri və hərəkətləri özü seçir,
ona görə də o, öz əxlaqının hakimi və sahibidir. Əxlaqi
sərvətlərə özündən kənarda meyar axtarmaq mənasızlıqdır.”
4
Tomizmə görə əxlaq normaları Allah tərəfindən müəyyən
edilən və idarə edilən normalardır. Bu ideyaya görə, insanlar
4
Z.Göyüşov. Əxlaqi sərvətlər. Azərnəşr, Bakı, 1966, səh.6.
12
əxlaqi normalara allaha itaət etmək, dini ainləri yerinə
yetirməklə nail ola bilər.
Holland filosofu Benedikt Spinoza “Etika” kitabında
əxlaq normalarını insanların mənəvi həyatından və
davranışından yaranmış normalar hesab edir: “Burada təəcüb
doğuran şey yoxdur. Yəni, qeyri doğru hesab etdiyimiz
hərəkətlər narazılıq, doğru sayılan hərəkətlər isə razılıq
doğurur. Təcrübə bunu deməyə əsas verir. Qeyd edək ki, bu
əxlaqi münasibətlər tərbiyədən asılıdır. Belə ki, birində gözəl,
müqəddəs olan bir şey başqası tərəfindən düzgün qəbul
olunmaya bilər. Beləliklə, insanlar öz səhv hərəkətlərinə görə
peşiman olur və ya tərbiyəli davranışları ilə diqqəti cəlb
edirlər”.
5
Əxlaq normaları öz mahiyyəti etibarı ilə ictimai mühitdən
də asılı olur. “...Əxlaq da din kimi cəmiyyətin ictimai vəziyyəti
ilə bağlı olur. Belə ki, Hannibal adam əti yeməyi ən əxlaqlı iş
hesab edirdi. Feodalizmə əsaslanan sahibkarlığa təhkimçilik,
muzdlu əməyə əsaslanan sahibkarlığa kapitalist istismarı aid
edilir və bütün bunlar həmin dövrlər üçün əxlaqi mahiyyət kəsb
edir. İctimai inkişafın bütün dövrlərində hər bir dövr üçün
xarakterik olan əxlaqi münasibətlər üstünlük təşkil edir. Əxlaqi
cəhətdən ən yüksək ictimai əxlaqi vəziyyət, o vəziyyətdir ki,
insanlar bir-birinə münasibətdə azaddırlar və bərabərdirlər”.
6
Lokk əxlaqi keyfiyyətlərin fitri olduğunu inkar edirdi və
göstərirdi ki, əxlaqi dəyərlər məhz təcrübədə və tərbiyədə
qazanılır.
Spinozanın və Lokkun fitri əxlaqi keyfiyyətlərin
mövcudluğu haqqında ideyalara qarşı çıxması əxlaq
normalarının mahiyyətini başa düşməyə imkan versə də
birtərəfli qaydada şərh edilir. P.Lafarq “Karl Marksın iqtisadi
determinizmi” adlı əsərində göstərirdi ki, əxlaq normaları
5
Б.Спиноза. «Этика», М., 1932, стр. 132.
6
А.Бебель. Женщина и социализм. Госполитиздат, М., 1959, стр. 516.
13
haqqında təsəvvürlər və ona münasibət ancaq sinfi
mənsubiyyətdən asılı olaraq meydana gəlir. Misal üçün, ədalət
haqqında fikirlər kapitalist və fəhlə sinfi üçün eyni ola bilməz.
7
Əxlaq normaları real tarixi zərurətdən irəli gəlir, tarixi
münasibətləri ifadə edir, obyektiv gerçəkliyi dəyişdirməkdə,
ictimai həyatı zənginləşdirməkdə əsas rol oynayır. Əxlaq
normaları insanların mövcud olduqları ictimai həyatın
məhsuludur. Materializmə görə, əgər bir ovuc adam özünü
pozğun və eybəcər hala salaraq milyonlarla adamı müsbət
keyfiyyətləri dərk etmək qabliyyətindən məhrum etmişdirsə,
buna həmin insanlar müqəssir deyildir, istismar olunan sinif
müqəssirdir.
8
Əxlaqi normalar, əxlaqi baxışlar əvvəlki
dövrlərdən götürülür, şəklini dəyişir və lazım olmayan əxlaqi
dünyagörüş öz yerini yeni iqtisadi münasibətlərə və yeni
cəmiyyətdə mövcud olan qanunlara verir. Köhnə və təzə
ictimai münasibətlər arasında ümumi əlamətlər olduqda
müəyyən əxlaqi normalar yeni şəraitə uyğunlaşdırılır. Yəni,
həyatın mənəvi və əxlaqi prosesləri üçün əsas şərt mövcud olan
istehsal üsuludur. Əxlaq normaları insanlar arasında mövcud
olan real qaydaların insanların şüurunda inikasıdır. Əsrlər boyu
insanlar əmək prosesində cəmiyyətə olan münasibətlərini
tənzim edən prinsiplər, qaydalar yaratmışlar. Onlar bu prinsip
və qaydalar əsasında iqtisadi münasibətləri, ictimai istehsalı
həyata keçirmişlər. Əməyin təşkili problemi adət və ənənələrin
gücü ilə müdafiə edilmişdir. Əmək prosesində ədalətlilik,
qarşılıqlı yardım, birlik kimi əxlaqi normalar yaranmış, düzlük,
cəsarət kimi öz keyfiyyətləri ilə fərqlənən əxlaqi prinsiplər
formalaşmışdır. Sonralar zaman keçdikcə cəmiyyətdə
insanların bir-birinə münasibəti- qadın, kişi və uşaqlar
arasındakı münasibətlər hamı tərəfindən qəbul edilmiş davranış
normalarına çevrildi. Əxlaq normaları haqqında fikirlər
7
П.Лафарг. «Экономический детерминизм Карла Маркса». Соцэкгиз,
1938, стр. 28.
8
Ф.Дзержински. “Gündəlik və məktublar”. Azərnəşr, B, 1958, səh. 24.
Dostları ilə paylaş: |