Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə32/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   28   29   30   31   32   33   34   35   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

80



həm  də  latın  dilindəki  qarşılıqları  ilə  tam  uyğundur.  İngilis  dilinə  keçmiş 

yunan  sözlərinin  alındığı  mənbənin  təyin  olunması  prinsipial  əhəmiyyət 

daşımır.  Yunan  –  latın  elementləri,  demək  olar  ki,  hər  bir  xronoloji  sözdə 

müşahidə  olunur.  Misal  üçün,  idea  yunan  dilində  idea  “obraz,  tamaşa” 

sözündəndir;  epik  sözü  yunan  dilindəki  epikos  sözündəndir.  Sözün 

etimologiyası epos “nitq” məfhumu ilə əlaqədardır. Lyre sözü lyra şəklində 

yunancadan  latın  dilinə  və  sonra  da  ingilis  dilinə  keçmişdir.  Scene  latın 

dilindən  scena  şəklindən  alınmış  yunan  skene  sözüdür,  söz  “çardaq” 

mənasındadır.  Böyük  miqdarda  yunan  mənşəli  terminlər  elmin  müxtəlif 

sahələrinə aiddir. Botanikaya aid olan terminlər: botany, protoplasm, spora, 

petal,cryptogram, parasite və s. Erkən alınma sözlərin böyük bir qrupu orta 

latın  dilindən  və  başqa  mənbələr  vasitəsilə  xalq  danışıq  dilinə  daxil 

olmuşdur: fancy,  idea, ecstasy, sympathy  və s. Yunan  məınşəli alınmaların 

bir  qrupu  xalq  etimologiyası  yolu  ilə  fonetik  dəyişikliyə  məruz  qalmış  və 

xalq  dilində  geniş  işlənməkdədir.  Məsələn:  yunan  dilindəki  karuophyllon 

gillyflower  sözünə  çevrilmişdir.  Yunan  dilindəki  hydropsis  ingilis  xalq 

etimologiyasına əsasən dropsy kimi deyilir. Yunan dilindəki paralysis “iflic” 

sözü ingilis xalq dilində palsy şəklinə düşmüşdür. Yunan mənşəli athanasia 

“ölməzlik” ingilis ilində tansy sözünə çevrilmişdir. Dirçəliş dövründə antik 

ədəbiyyat,  fəlsəfə  və  başqa  elmlərlə  məşğul  olan  alimlər  latın  və  fransız 

dillərindən  deyil,  bir  başa  yunan  dilindən  xeyli  miqdarda  yunan  sözləri 

almışlar. Bu tipli sözlər əsasən kitab sözləri olub, yunan orfoqrafiya şəklinə 

uyğun olaraq eyni saxlanılmışdır. Onlara aşağıdakı sözləri misal göstərmək 

olar: acme yunan dilindəki akme “nöqtə”, “iti” sözündən; apotheosis yunan 

dilindəki  a-potheosis  “apofeoz”;  enthusiasm  yunan  dilindəki  enthusiasmus 

“ilahi ruh”; apathy yunan dilində a-pothos “hissiyyatsızlıq”; athelete yunan 

dilindəki  atheletes  “güləşçi”;  atlas  yunan  dilində  Atlas  “çiynində  yer 

kürəsini  tutan  mifoloji  nəhəngin  adı”;  catastrophe  yunan  dilindəki 

katastrophe  “çevriliş”;  lexicon  yunan  dilindəki  lexic  “söz”  və  s.Böyük 

miqdarda yunan sözlərinin alınması dirçəliş dövründə baş vermişdir. Həmin 

dövrə  aid  yunan  alınmaları  arasında  aşağıdakı  sözlərə  rast  gəlmək  olar: 

analysis,  botany,  comedy,  chorus,  democrat,  dialogue,  epilogue,  episode, 

epos,  gymnastics,  physics,  pholology,  problem,  scheme  və  s.  Gördüyümüz 

kimi, bu leksik təbəqə elmin, mədəniyyətin, ədəbiyyatın, teatrın inkişafı ilə 

bağlı  olan  sözlərdən  ibarətdir.  Bundan  başqa  ingilis  dilinə  qədim  yunan 

mənşəli şəzs adları da daxil olmuşdur: Dorian yunan dilindəki doriyalı tayfa 

adındandır;  Agatha  latın  dili  vasitəsilə  alınmış  yunan  sözüdür  və  yunanca 

“mərhəmətli,  yaxşı”  deməkdir;  Eugene  yunan  dilindəki  Eugeneios  şəxs 

adındandır və “nəcib nəsilli” deməkdir; Leon yunan dilindəki “aslan, şir” 

sözündəndir; Napaleon yunan dilindəki Neapolis “yeni şəhər “ sözündəndir; 

Nicholas  yunanca  nike  “qələbə”  və  loas  “xalq”  sözlərindəndir;  Stephen 



Filologiya məsələləri, №4, 2017 

 

81



yunanca  “əklil”  sözündəndir;  Narcissus  yunan  dilindəki  Narkissos  gül 

adındandır və s.  

Yunan  dilindən  sözlərin  alınması,  onların  ingilis  dilinin  lüğət 

tərkibində tutduğu yer, tarixi şərait sözlərin daxil olduğu birbaşa mənbələr və 

başqa məsələlər O.B.Şaxrayın “İngilis dilinin leksikasında yunan elementi” 

adlı tədqiqatında geniş işıqlandırılmışdır. Əsərdə müxtəlif dövrlərdə alınmış 

yunan  sözləri  öz  işləndikləri  sahə  ilə  birlikdə  təsvir  edilir.  O  göstərir  ki, 

yunan  mənşəli  sözlər  ingilis  dilinə  ən  qədim  çağlardan  başlayaraq  daxil 

olmuşdur.  Orta  əsrlərdə  söz  alınması  davam  etmiş,  lakin  ən  çox  yunan 

sözləri yeni dövrdə daxil olmuşdur. Son ən güclü alınma prosesini bu şəkildə 

qruplaşdırmaq olar: 

1.  XVI əsr və XVII əsrin birinci mərhələsi

2.  XVI əsri ikinci yarısı və XVIII əsrlər; 

3.  XIX – XX əsrlər. 

Yunan  dilində  ən  çox  sözlərin  alındığı  mərhələ  XVI  əsrin  ikinci 

yarısına və XVII əsrin 

birinci  yarısına  düşür.  Məhz  bu  mərhələdə  ingilis  dilinə  yunan  dilin-

dəki  söz  yaradıcılığı  tipinə  uyğun  olan  psevdoyunanizmlərin  yaranması 

prosesi  yayılmışdır.  Bu  zaman  həm  də  əvvəllər  alınmış  yunan  sözləri 

əsasında  sonralar  daxil  edilmiş  yunan  mənşəli  şəkilçilərin  birləşməsi  ilə 

psevdoyunan  sözləri  əmələ  gəlmişdir.  Sonrakı  yüzilliklərdə  belə  yunan 

sözlərinin əmələ gəlməsi davam etmişdir. XX əsrdə yunan mənşəli sözlərin 

ingilis dilinə daxil olması dayanmışdır.  

  Yunan  mənşəli  sözlər  demək  olar  ki,  elmin  bütün  sahələrini  əhatə 

edir  və  onların  bir  çoxu  ümumxalq  dilində  də  məhsuldar  şəkildə  işlən-

məkdədir. Tibb elminin yeni sahələrinin inkişafında qədim yunan sözlərinin 

işlənməsi  geniş  müşahidə  olunur:  pediatry,  onkology,  psychiatry;  dərman 

adları: aspirin, iodine, insulin, morphine və s. Kimya sahəsində klassik söz 

köklərindən  düzəlmiş  terminlər  üstünlük  təşkil  edir:  acid,  cyanide,  valency 

və s. Fizika sahəsində də yunan mənşəli klassik alınmalardan geniş istifadə 

edilir: atom, calorie, energy relativity və s. Texnika sahəsində klassik yunan 

mənşəli aşağıdakı alınma sözlər işlədilir: radiator, engine, airplane, antenna, 

aerial, frequency, modulator, condenser, transmission, transformer və s.  

  Yunan  mənşəli  alınma  sözlərə  həmçinin  siyasət  və  fəlsəfə 

orientasiyalı sahələrinterminologiyasında geniş rast gəlinir, eləcə də ictimai-

iqtisadi,  incəsənət  leksikasında  geniş  təmsil  olunur:  futurism,  sosialism, 

imperialism, communism, capitalism, feudalism, militarism və s.  

  Müasir  ingilis  dilində  qədim  yunan  mənşəli  sözlərin  sayı  xüsusilə 

çoxalmışdır.  Qədim  yunan  dilindən  alınmış  sözlər  əksər  hallarda  elm  və 

ədəbiyyatda  işlənir.  Yunan  söz  kökləri  əsasında  əmələ  gəlmiş  bir  çox 

terminlər geniş yayılmışdır. Onların bir çoxu kəşfləri bildirmək üçün istifadə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə