Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə35/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   31   32   33   34   35   36   37   38   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

87



yənliyə  malik  olan  vahidlər,  başqa  bir  baxımdan  isə  kök  morfemlər  kimi 

qiymətləndirilə bilər. Vaxtilə akademik Şerba ümumiyyətlə söz nədir sualina 

cavab verərkən yazırdı ki, hər bir dildə söz müxtəlif keyfiyyətlərdə təzahür 

edə bilər. Eyni fikri morfem səviyyələrinin vahidləri haqqında da söyləmək 

olar.  Təsadüfi  deyil  ki,  morfem  müasir  dilçiliyin  ən  dolaşdırılmış 

anlayışlarından biri hesab edilir. Elə dillər var ki, burada kök bir çox hallarda 

sözün tərkib hissəsi olur. Kökə müstəqil məna vermək olmur. O yalnız sözün 

tərkib  hissəsi  kimi  mənaya  və  mənalılığa  malikdir.  Belə  dillərdə  bir  köklü 

sözlər,  yəni  kök  morfem  və  söz  kimi  işlənən  vahidlər  istisna  hallar  kimi 

qiymətləndirilir.  Bu  dillərdə  bəzən  söz  kökünə  ümumiyyətlə  məna  vermək 

olmur. Sözün morfoloji vahidlərini, yəni şəkilçilərini çıxdıqdan sonra qalan 

hissə kök adlandırılır və söz kökü sözün tərkib hissəsi olduğu üçün mənalı və 

ya mənalılıq olan vahid kimi qiymətləndirilir. 

Azərbaycan  dilində  (ümumən  türk  dillərində)  bunun  tam  əksini 

müşahidə  edirik.  Əl,  gəl,  gül  və  s.  kimi  vahidlər  həm  leksik-qrammatik 

müəyyənliyə malikdir, həm də daha kiçik hissəsinə bölünməyən mənalı kiçik 

vahidlərdir,  yəni  morfemlərdir.  Əlbəttə,  biz  bu  iki  səviyyə  vahidini 

eyniləşdirmək  fikrindən  uzağıq.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  türk 

dillərində söz köklərinə, kök morfemlərə Hind-Avropa dillərinin ölçüləri ilə 

yanaşmaq  düzgün  deyil.  Sözün  də  söz  olması  üçün  onun  tərkibində  heç 

olmasa  bir  kök  morfemi  olması  zəruridir.  Sözü  morfemlərdən  fərqləndirən 

başlıca  cəhət  onun  leksik-qrammatik  müəyyənliyə  malik  olması  və  sərbəst 

forma  kimi  qiymətləndirilə  bilməsidir.  Morfemin  sözün  daxilindəki  yeri 

sabitdir. Türk dillərində sözün önü onu morfoloji cəhətdən passiv edir. Əvvəl 

söz və söz kökü, sonra isə leksik şəkilçilər, sonra qrammatik şəkilçilər gəlir. 

Məsələn,  Azərbaycan  dilində  isimlərin  qrammatik  şəkilçilərinin  sözdəki 

ardıcıllığı belədir: 

 Söz  +  kəmiyyət  şəkilçisi  +  mənsubiyyət  şəkilçisi  +  hal  şəkilçisi  + 

xəbərlik  şəkilçisi  (kitab+lar+ımız+da+dır).  Bu  sıranı  dəyişmək  mümkün 

deyil.  Şəkilçinin  biri  işlənməyəndə  onun  yeri  boş  qalır.  Söz  isə  cümlədə 

müxtəlif  sözlərlə  əlaqə  və  münasibətlərdə,  müxtəlif  sintaktik  vəziyyətlərdə 

işlənə bilir. Məsələn, Azərbaycan dilində "daş" sözü ilkin şəklində cümlənin 

mübtədası, tamamlığı, təyini, xəbəri və qoşmalarla birlikdə zərfliyi ola bilir. 

Söz dilin universal vahididir. 

Vaxtilə  F.de  Sössür  "Ümumi  dilçilik  kursu"  əsərində  sözün  dil 

sistemində  nəsə  mərkəzi  bir  yerə  malik  olduğunu  göstərmiş,  lakin  dil 

vahidlərinin konkretliyindın danışarkən belə fikrə gəlmişdir ki, söz bizim dil 

vahidlərinin  konkretliyi  haqqındakı  fikrimizə  uyğun  gəlmir.  Dilin  konkret 

vahidini  sözdə  axtarmaq  lazım  deyil.  Sössürün  bu  fikrini  inkişaf  etdirən 

strukturalistlər nəticə etibarilə sözü inkar etdilər. 




Filologiya məsələləri, №4, 2017 

 

88



Deskriptiv dilçilikdə ağırlıq mərkəzi sözdən morfemə keçirilir. Mənalı 

kiçik vahid kimi morfem dilin modelləşdirilməsinin əsasına qoyulur. Lakin 

nəzərə almaq lazımdır ki, söz adı altında müxtəlif tipli vahidlər öyrənilsə də 

söz dildə sintaqmatik və paradiqmatik koordinatorların kəsişməsinə xidmət 

edən mərkəzi dil vahididir. Söz hər şeydən əvvəl lüğət vahididir. Başqa bir 

tərəfdən,  söz  virtual  işarə  kimi  müxtəlif  leksik-semantik  və  qrammatik 

formalarının vəhdətindən mövcud olan dil vahididir. 

Söz  həm  də  aktual  işarə  kimi  mətndə  konkret  formaya  və  mənaya 

malik olur. Bu baxımdan morfem və sözün formal olaraq üst-üstə düşməsi 

onların  eyniləşdirilməsinə  əsas  vermir.  Sözdə  söz  kökünün  və  ya  kök 

morfemlərinin fərqləndirilməsi baxımından feli köklərə diqqət yetirək. Fellər 

dilin  morfoloji  sistemində  isimlərə  qarşı  durur.  Fellərə  xas  olan  hərəkət, 

isimlərə məxsus əşyavilik, fellərin təsriflənmə, isimlərin hallanma, fellərdəki 

xəbərlik,  isimlərdəki  mübtəda,  tamamlıq  vəzifələri,  eləcə  də  fellərin  və 

isimlərin  sözdüzəldici  şəkilçilərinin  differansiallığı  onların  bir-birinə  qarşı 

qoyulmasına  əsas  verir.  Fel  və  isimlərin  mənşəyi  haqqında  da  müxtəlif 

fikirlər  vardır.  Türkoloqların  bir  qismi  adların, bir  qismi  fellərin  ilkinliyini 

əsaslandırmağa  çalışmış,  bəzi  tədqiqatçılar  isə  pradildə  ad  və  fellərin 

differensiallaşmaması sinkretik şəkildə olması qənaətini əldə etmişlər. Belə 

sinkretik sözlər müasir dildə işlənməkdədir. Məsələn: ac-ac (maq), köç-köç 

(mək), don- don (maq) və sair sinkretikliyi bərpa edilən sözləri buraya daxil 

etdikdə türk dillərində tarixən ad-fel uyğunluğu olması fikri ilə razılaşırıq. 

Müasir Azərbaycan dilində hər bir fel təsdiqdə və inkarda əmr bildirir 

və  ikinci  şəxsin  təkinə  aid  olur.  Feli  söz  həm  də  əmr  paradiqmasına  daxil 

olur və söz forma kimi qimətləndirilə bilir. Bu baxımdan deyə bilərik ki, feli 

köklə,  əmr  şəklinin  ikinci  şəxsinin  təkini  bildirən  feli  forma  fərqli 

vahidlərdir.  Azərbaycan  dilində  əmr  şəklinin  ikinci  şəxsinin  təkini  bildirən 

fel,  fellərin  çıxış  nöqtəsi  deyil.  Əmr  informasiyası  və  sıfır  morfemlə  ifadə 

edilən  məna  başqa  formalarda  artıq  neytrallaşır.  Məsələn,  yaz+dı+n, 

yaz+ar+san  və  sair.  Fellərin  lüğətlərə  məsdər  formada  salınması  təsadüfi 

deyil.  Türk  dillərində  fel  kökü  tarixən  feli  ad  məzmununa  da  malik 

olmuşdur. Fellərin hərəkət adı şəkilçilərinin zənginliyi, bu şəkilçilərin müasir 

türk  dillərində  bəzən  təsriflənən,  bəzən  təsriflənməyən  forma  şəkilçiləri, 

bəzən  isə  leksik  şəkilçi  kimi  işlənməsi  fel-feli  ad  əsasında  sonrakı 

differensiallaşmanın  nəticəsidir.Azərbaycan  dilində  sözün  və  söz  kökünün 

fərqləndiriməsini,  müxtəlif  səviyyə  vahidləri  kimi  qiymətləndirilməsini 

zəruri edən başqa amillər də vardır. Azərbaycan dilində elə söz kökləri vardır 

ki, sinxron baxımdan söz kimi işlənə bilmir, lakin tərkib hissəsi, sözün kökü 

kimi  yaşayır  və  fərqləndirilə  bilir.  Eyni  yuvadan  törəyən  sözlər  bəzən  əks 

sözdüzəltmə  münasibətində  olur,  belə  sözlərin  kökü  ayrılır,  mənası  bərpa 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə