Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə37/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   33   34   35   36   37   38   39   40   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

92



 Qan içə-içə yaşlı gözüm ləlini görər.  

 (Qövsi Təbrizi) 

 Üç bəlalı kimsə olmuş həmdəmim. 

 Rəhm edərsən halimə şol qanlı peykanın görüb. 

 (Mürtəzaqulu xan Zəfər Şamlu)  

Odlu rəftarımdan aramımı bim edüb bəndən qaçar. 

Çü dağlı yerə etsən güzar, fəryad et. 

 

Duzlu sözlərdən bəni süzəndə etmiş ləblərin. 



 Gögə qanadlı quş kibi şövqindən uçaram. 

 (Vəhid Qəzvini) 

Qurutma tərli üzarın içində badeyi-nab. 

Müjganı alıb qanlı yaşından rəgi-yaqut... 

 

Aşiq qanını vəsməli qaşın nihan içər, 



Cövhərli tiğ qınara peyvəstə qan içər. 

  

 



 (Saib Təbrizi) 

Saleh, nə kibriyadur ol nazlı dilbərdə. 

 (Mirzə Saleh Təbrizi)  

Yuxulu nərgisin dövründə bimar olmuşam, neylim? 

  

 

 



(Məlik bəy Avcı) 

 Yüzlərində cidəli gözlər, qılıclı qaşlar. 

  

 

 (Vaiz Qəzvini) 



  

 Yuxarıdakı  nümunələrdə  işlənmiş  odlu,  qanlı,  tərli,  ağulu,  qarlı, 

yaşlı, duzlu, bəlalı, dağlı, qanadlı, vəsməli, cövhərli, nazlı, yuxulu, cidəli, 

qılıclı  kimi  düzəltmə  sifətlər  müxtəlif  isimlərə  -lı

şəkilçisinin  artırılması 



yolu ilə əmələ gəlmişdir. Bəzi düzəltmə sifətlərin poetik kontekstdə yaratdığı 

obrazlılıq da diqqətdən yayınmır. Məsələn, Vaiz Qəzvininin işlətdiyi cidəli 

(cidalı) gözlər, qılıclı (qılınclı) qaşlar ifadələrindəki düzəltmə sifətlər bu ba-

xımdan  maraqlıdır.  Odlu  rəftar,  duzlu  sözlər  kimi  ifadələrdə  işlənmiş 

düzəltmə  sifətlər  də  analoji  bədiilik  imkanlarına  malik  olmaqla  epitet 

yaradılmasında  iştirak  etmişdir.Çağdaş  dilimizdə  işlənən  zəhər  isiminin 

əvəzinə  vaxtı  ilə  işlənmiş  ağu  sözündən  düzəlmiş  ağulu  sifəti  də  diqqəti 

çəkir.Görünür ki, on yeddinci əsrdə ağu sözü hələ arxaikləşməmişdi. 

 On  yeddinci  əsr  ədəbi  dilimizdə  isimlərdən  sifət  düzəldən  -lı

4

 



şəkilçisinin yazılışında bəzi fərqliliklər də müşahidə olunur. Daha dəqiqi, bir 

sıra  sözlərdə  -lı  əvəzinə  -lu,  -li  əvəzinə  isə  -lü  (bəzən  də  -lu)  işlənməsini 

qeydə alırıq. Məsələn:  

Çəməndən tərlü rüxsar ilə, yarəb, sənmi ötdün kim, 

Gülü şəbnəm, biyenih, çeşmi-heyrət, əşki-həsrətdir. 

 



Filologiya məsələləri, №4, 2017 

 

93



 

 

Gərdunə qarlu dağ kimi çulqaşır səda. 



  

 

(Qövsi Təbrizi) 



  

 

Qanlu yaşın gülə-gülə tökülür. 



 

Dağlu canım güvənər öz baharü bağına. 

Zəhr xəndindən bənə dərdi-dilim dərmanludur. 

  

 



 

 

 (Vəhid Qəzvini) 



 

  

 



 

Göz yaşlu, sinə dağlu, qayğulu, başlu. 

  

 

 



 (Mirzə Saleh Təbrizi) 

Ol qəmluyə gör kim oldu qəmxar. 

  

 

(Məsihi) 



Yuxarıdakı  nümunələrdə  müvafiq  dəyişiklik  baş  vermişdir:  Qarlı  – 

qarlu; tərli - tərlü; ülfətli -ülfətlü; qanlı - qanlu; dağlı - dağlu; dərmanlı - 

dərmanlu, qəmli - qəmlu və s. Qeyd olunduğu kimi, -lı

4

 şəkilçisi adətən isim-



lərdən  sifət  əmələ  gətirir.Amma  istisnalar  da  vardır.  On  yeddinci  əsr 

Azərbaycan  ədəbi  dilində  də  bəzi  belə  nümunələrə  rast  gəlirik.  Məsələn, 

aşağıdakı misrada işlənmiş nəmli düzəltmə sifəti müvafiq şəkilçinin köməyi 

ilə isimdən deyil, nəm sifətindən yaranmışdır:  

  

 

Nəm yerdə nəmli pərdə çürür, sərmədin günə. 



  

 

 (Qövsi Təbrizi) 



 

 -sız/-siz/-suz/-süz şəkilçisi 

 

Bu  şəkilçi  də  adətən  isimlərdən  sifət  yaradılmasında  iştirak  edir. 



Mahiyyət  etibarı  ilə  -sız

4

  şəkilçisi  –lı



4

  şəkilçisi  ilə  əks  funksiyanı  yerinə 

yetirir. Başqa sözlə desək, bu iki fərqli şəkilçinin köməyi ilə düzələn sözlər 

əks  mənaları  ifadə  edir.  Məsələn,  ağıllı-  ağılsız;  güclü-gücsüz  və  s.  On 

yeddinci  əsr  ədəbi  dilimizdə  də  -sız

4

  şəkilçisi  ümumən  işlək  olmuşdur. 



Məsələn: 

Əsərsiz ahimə sən verginən əsər, yarəb... 

Xanimansız bülbülə darüləmandır novbahar. 

Görün, görün ki, nə od yandırır bu odsuz dud. 

Anlamaz hər kimsə dilsiz xəstənin imasını... 

  

 



 (Qövsi Təbrizi) 

Dilsiz ağız belə dedi bunu bir verin mənə. 

Xətasız ovlara seyd cəlbi-pişə düşməndir. 

Su verdi susuz cigərə bu əqiqlər. 

 

  

Degilsən gərçi tarı, leyk ağrısız göftguyin var. 



 (Vəhid Qəzvini) 


Filologiya məsələləri, №4, 2017 

 

94



  

Bu heyrət vadisi, yarəb, nə payansız biyabandur. 

 (Məhəmməd Məczub) 

  

Gözüm artıq qamaşdı bu işıqsız tutiyalərdən. 



 (Məlik bəy Avcı) 

  

Qalmışam yerdə qanadsız quş təki pərvazidən. 



 (Saib Təbrizi) 

Yuxarıdakı  misralarda  işlənmiş  əsərsiz  (təsirsiz)  ah,  xanimansız 

(məskənsiz)  bülbül,  odsuz  dud  (tüstü),  dilsiz  xəstə,  dilsiz  ağız,  xətasız  ov, 

susuz cigər, ağrısız göftgu (danışıq), payansız (sonsuz) biyaban, işıqsız tutiya 

(gözə sürtülən dərman), qanadsız quş ifadələrindəki düzəltmə sifətlər məhz –

sız


4

 şəkilçisinin köməyi ilə yaranmışdır. Şəkilçi artırılmaqla düzəltmə sifətə 

çevrilmiş bəzi sözlərin (aşiyan, payan və s.) müasir dilimiz üçün işlək olma-

yan alınmalar olduğunu da qeyd edək.  

Hazırda  olduğu  kimi,  on  yeddinci  əsr  ədəbi  dilimizdə  də  düzəltmə 

isimlərə -sız

4

 şəkilçisinin qoşulması yolu ilə əmələ gələn düzəltmə sifətlərə 



rast  gəlirik.  Məsələn,  aşağıdakı  nümunədə  işlənmiş  qapuçisiz  (qapıçısız) 

sifəti  qapuçi  düzəltmə  isiminə  -siz  şəkilçisinin  artırılması  yolu  ilə 

yaranmışdır: 

 Bəli, qapuçisiz olmaz şahənşah.  

 (Vəhid Qəzvini) 

–sız


4

  şəkilçisi  adətən  isimlərdən  sifət  düzəldir.  Bununla  belə,  bəzi 

digər  nümunələr  də  var.  Müasir  dilimizdə  olduğu  kimi,  on  yeddinci  əsr 

Azərbaycan  ədəbi  dilində  də  bu  şəkilçinin  əvəzliyə  artırılması  yolu  ilə 

yaranmış düzəltmə sifətə də təsadüf olunur. Məsələn: 

  

 



 

 Hər yetən kimsə gülür gül kimi sənsiz günümə. 

  

 

 



  

(Qövsi Təbrizi) 

 -dakı/-dəki şəkilçisi 

 

 Sifət düzəldən bu şəkilçini bəzi alimlər ayrıca götürmür, -da



2

 və -kı


2

 

şəkilçilərinə ayırırlar. Lakin –dakı şəkilçisini tam halda qəbul edənlər daha 



çoxdur.  

Bu  şəkilçinin  köməyi  ilə  düzələn  sifətlərə  adətən  necə?,  yaxud  nə  cür? 

sualını  vermək  olmur,  onlar  hansı?  sualına  cavab  verir.  Həmin  sifətlər 

əşyanın  əlamət  və  ya  keyfiyyətini  daha  çox  məkan,  bəzən  də  zaman 

kontekstində  təyin  edir.  On  yeddinci  əsr  ədəbi  dilimizdə  də  bu  şəkilçi  ilə 

düzələn bır sıra sifətlər işlənmişdir. Məsələn: 

  

 

Həvayi-kakilin ilə nə eyb, başına dönsəm 



 Ki, çərxi çərxə gətirmiş mənim başımdakı sevda. 

Məgər ol şax kəmanın qğnçeyi-peykanı qalmışdır 

Ki, gül-gül qan axar sinəmdəki möhlik cərahətdən. 

 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə