Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə121/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   117   118   119   120   121   122   123   124   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
321
geniş  istifadə  etmişdir.  Aşığın  ”Bağışla  məni”  bayatılı  qoşmasından  bir 
nümunəyə diqqət yetirək: 
 
Yerin, göyün, ərşin, kürsün nizamı, 
Əvvəl, bu cahana bağışla məni! 
Alimlər dilində, mömün əlində 
Oxunan Qurana bağışla məni! 
 
Biçarə İmanam, ey kərəm kanı, 
Bilirəm, axırda dünyadı fani. 
Rəhm eylə, bəndənin çoxdu üsyanı, 
Cənnəti- Rizvana bağışla məni! [10, 23-25]. 
 
Özünəməxsus  zənginliyi  ilə  seçilən  Azərbaycan  aşıq  ədəbiyyatı 
qədim bir tarixə malikdir. Xalqımız Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə 
Qasım,  Sarı  Aşıq,  Ağ  Aşıq  (Allahverdi),  Aşıq  Valeh  və  Şəmkirli  Aşıq 
Hüseyn kimi neçə-neçə saz- söz sənətkarları yetirmişdir. Bunların hər biri öz 
gəlişilə istər Azərbaycan aşıq sənətinə, istərsə də aşıq poeziyasına yeni bir 
təravət  gətirmişdir.  Belə  qüdrətli  şair-aşıqlardan  biri  də  Aşıq  Ələsgərdir. 
Zəngin  yaradıcılığı  ilə  Göyçə  aşıq  mühitində  yeni  bir  məktəb  yaratmış, 
dünyaca  məşhur  olan  qüdrətli  el  sənətkarı  Dədə  Ələsgərin  bənzərsiz  sənət 
incilərindən “Telli” rədifli qoşmasına diqqət yetirək: 
 
Ələsgərəm, şad olmadım dünyada, 
Səni gördüm, dərdim oldu ziyada. 
Üzün bəri döndər, ay mələkzada, 
Səni and verirəm peymana, Telli! [1, 77]. 
 
Bu poetik nümunədə işlənmiş “Səni and verirəm peymana, Telli!” 
ifadəsi  anddır.  Aşıq  nə  vaxtsa,  keçirdiyi  saz-  söz  məclisiərinin  birində  bu 
məşhur qoşmasını Telli adlı bir gözələ bədahətən söyləmişdir. Lakin böyük 
sənətkarın  nakam  sevgi  taleyindən  bir  az  küskün,  bir  az  da  gileyli  ürək 
titrədən  nidalarını xatırlatmırmı? Maraqlıdır ki,  sevgilisinin  həsrətini çəkən 
aşiq  sevgilisi  onunla  görüşsün  deyə,  aralarında  bağlanmış  əhdi-  peymana 
and verir. Beləliklə, Aşıq Ələsgər əhdi- peymanı andın ən yüksək məqamı 
hesab etmişdir. 
Göyçə aşıq mühitində şöhrət tapmış və bu sənətdə müstəsna xidmətlərilə 
seçilən  Aşıq  Nəcəf  Ələsgər  ocağının  istedadlı  nümayəndələrindən  sayılır.  O, 
ustad  aşıq  kimi  öz  fitri  istedad  və  bacarığına  söykənərək,  bir  çox  aşıq  şeiri 
şəkillərində uğurlu əsərlər (qoşma, qoşayarpaq qoşma, təcnis, gəraylı, divani və 
müxəmməslər  yaratmağa  müvəffəq  olmuşdur.)  Aşıq  Nəcəf  eyni  zamanda 


Filologiya məsələləri, № 7, 2017 
 
322
aşıq  ədəbiyyatının  ən  yaxşı  bilicilərindən  sayılırdı.Ustad  aşığın  yaradıcı-
lığında Azərbaycan ağız ədəbiyyatının arxaik janrlarından sayılan andlardan 
geniş şəkildə istifadə olunmuşdur. Poetik nümunədə oxuyuruq: 
 
Ay qaraqaş, əyil, öpüm üzündən
And verirəm, qardaşının canına. 
Anlayıram sənin kəc baxışından, 
Susayıbsan sən aşığın qanına. [4,19]. 
 
Bəllidir  ki,  əski  çağ  insanının  birgəyaşayışı  (qəbilə,  tayfa)  və  eyni 
zamanda  ailə  münasibətləri  zəminində  formalaşan,  nisbətən  dar  çevrəli, 
qohumluq, doğmalıq və şəxsi münasibəti ifadə edən andlar da çoxluq təşkil 
edir.  Təhlilə  cəlb  etdiyimiz  poetik  nümunədəki  and  məhz  bu  qəbildəndir. 
Qoşmanın  ikinci  misrasında  ifadə  edilən  ”And  verirəm,  qardaşının 
canına”ifadəsi anddır. Bu andiçmə iki sevgilinin nə vaxtsa öz aralarında baş 
vermiş incikliyin aradan qalxmasına xidmət edir. 
XIX  əsr  Göyçə  aşıq  mühitinin  yetirmiş  olduğu  ustad  aşıqlar 
içərisində  Aşıq  Musanın  adı  və  sənəti  indinin  özündə  də  dərin  hörmətlə 
xatırlanır.  Aşıq  Musa  1830-  cu  ildə  Göyçə  mahalının  Ağkilsə  kəndində 
dünyaya  gəlmişdir.  Musanın  uşaqlığı  Aşıq  Ələsgərlə  birgə  keçmiş, 
dostluqları ömürlərinin sonunadək davam etmişdir. O, belə zəngin və yüksək 
səviyyəli  aşıq  mühitində  yetişdiyindən  çox  tez  parlamış  və  qısa  müddətdə 
Göyçənin sayılıb- seçilən saz- söz ustadlarından birinə çevrilmişdir. Musanın 
sənətkar  şöhrəti  qısa  zamanda  Türküyə,  İran,  Dağıstan  və  başqa  ərazilərə 
yayımışdır.  Qeyd  edək  ki,  ustad  aşığın  “Aşıq  Musa  və  Mələknisə”  adlı 
dastanı və eyni zamanda aşıq şeirinin əksər şəkillərində bir- birindən gözəl 
gəraylı, qoşma, təcnis, divani və müxəmməs kimi mükəmməl sənət inciləri 
yaratmağa  nail  olan  sənətkar  daha  çox  müxəmməs  ustası  kimi  məşhur 
olmuşdur.  İstedadlı  sənətkar  zəngin  şeir  yaradıcılığında  yeri  gəldikcə, 
Azərbaycan  xalq  ədəbiyyatının  arxaik  janrlarından  sayılan  andlardan  da 
geniş  şəkildə  istifadə  etmişdir.  Aşığın  “Aparma”  rədifli  qoşmasına  diqqət 
edək; 
Tellərində şana, əlində həna, 
Toyumu yas edib, döndərmə qana. 
And verirəm ərşə, kürşə, asmana, 
Əldən alıb şux nigarım aparma. 
Araz, axma, Araz, yarım aparma! [3,450]. 
 
Sevgilisi  Mələknisəynən  Göyçəyə  gedərkən  Araz  çayını  keçməli 
olurlar. Bu zaman Mələknisənin atı yıxılır, onu çayın gur suları qoynuna alır. 
Baş  vermiş  təbii  hadisədən  təsirlənən  Aşıq  Musa  canından  əziz  bildiyi 


Filologiya məsələləri, № 7, 2017 
 
323
sevgilisi  Mələknisənin  Arazın  daşqın  sularından  xilas  olunması  üçün  gah 
Araza yalvarır, gah da daşqın sakitləşsin deyə, onu yerə, göyə, asimana and 
verərək,-deyir:  “And  verirəm  ərşə,  gürşə,  asmana,  əldən  alıb  ixtiyarım 
aparma!” 
XIX  əsr  Göyçə  aşıqları  və  el  şairləri  içərisində  öz  fitri  istedadı  ilə 
fərqlənən  sənətkarlardan  biri  də  Məmmədhüseyndir.  O,  Göyçə  mahalının 
Daşkənd  kəndində  anadan  olmuşdur.  Məmmədhüseynin  saz  çalması  dəqiq 
məlum  olmasa  da,  o  xalq  arasında  aşıq  yox,  şair  kimi  tanınmışdır.  (Qeyd 
İslam  Ələsgərindir)  “El  şairi  kimi  fəaliyyət  göstərən  Məmmədhüseynin 
yaradıcılığı o qədər güclü təsir imkanlarına malik olmuşdur ki, özü şəxsən 
aşıqlıq  etməsə  də,  onun  sözlərini  bütün  Göyçə  aşıqları  öz  repertuarlarının 
tərkib  hissəsi  kimi  aktiv  şəkildə  istifadə  etmişlər.  Bu  mənada  onun 
yaradıcılığı  XIX  əsr  Göyçə  ədəbi  mühiti  üçün  ciddi  bir  qaynaq  rolunu 
oynamışdır.”[6, 173]. Ustad sənətkarın əldə edilən şeirləri içərisində qoşma, 
gəraylı,  təcnis,  divani,  cığalı  təcnis  və  s.  sübut  edir  ki,  o,  aşıq  şeirinin 
müxtəlif şəkillərində çox gözəl sənət inciləri yaratmışdır. Qüdrətli el şairinin 
istər mövzu, istərsə də məzmun və forma baxımından diqqət çəkən poeziya 
nümunələrində  yeri  gəldikcə,  arxaik  janrlarımızdan  da  istifadə  etdiyinin 
şahidi oluruq. Şeirlərindən göründüyü kimi, olduqca təbli, coşqun və dərin 
zəkalı bir sənətkar olmuşdur. Söylədiklərimizə misal olaraq, ustadın “Gozəl” 
rədifli qoşmasında oxuyuruq: 
 
Hüsnünə müştaqam doymaram səndən
O püstə dəhandan, o şirin dildən. 
Tutmuşam yaxanı, qoymaram əldən. 
Dərdimə dərmanı alınca, gözəl. 
 
And olsun Tanrıya- o paki nura, 
Üzünü görməsəm, getmərəm gora. 
Fəqir Məmmədsöyün düşübdü tora. 
Mələr ahu kimi dalınca, gözəl [9, 218] 
Şeirin  məzmunundan  göründüyü  kimi,  məşuqunu  dərin  bir 
məhəbbətlə sevən aşiq hətta, onun bənzərsiz gözəlliyinə müştaq olmuş yəni 
sevgilisini  hər  zaman  arzulayan,  ona  doğru  can  atan  vəfalı  bir  aşiq  kimi 
poetik nümunədə təsvir olunmuşdur. İstəklisi onun saf məhəbbətinə inansın 
deyə,  o  Tanrının  “pak  nuruna”  and  içərək,  “Üzünü  görməsəm,  getmərəm 
gora” söyləyərkən aşiqin qəlbində sevdiyi gözələ qarşı böyük bir inam hissi 
və yəqinlik duyğusu yaşamaqdadır. Məhz o inam hissidir ki, sevən vəfalı bir 
insanı həsrətinə qovuşmadan onu ölümə təslim etmir. Deməli, bu qoşmada 
işlənmiş and sevgilisini dünyalar qədər sevən bir gənc aşiqin öz məşuquna 
qəlbində bəslədiyi həqiqi məhəbbətini öz andı ilə təsdiqləyir. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə