Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə1/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
  1   2   3   4   5   6   7   8   9   ...   133


Filologiya məsələləri, № 7, 2017 
 
1
  
 
 
 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
M.FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU 
 
 
 
 
 
ÔÈËÎËÎÜÈÉÀ 
ÌßÑßËßËßÐÈ 
 
 
№ 7 
 
Топлу Азярбайъан Республикасы Президенти йанында 
Али Аттестасийа Комиссийасы тяряфиндян рясми гейдиййа-
та алынмышдыр (Filologiya elmləri bюлмяси, №13). 
Азярбайъан Республикасы Ядлиййя Назирлийи Мятбу 
няшрлярин рейестриня дахил едилмишдир. Рейестр №3222. 
 
 
 
 
 
«Елм вя тящсил» 
Бакы – 2017 
 


Filologiya məsələləri, № 7, 2017 
 
2
 
 
 
Ъурналын тясисчиляри: Азярбайжан Милли Елмляр Академийасы  
                                 Ялйазмалар Институту вя «Елм вя тящсил» няшриййаты  
 
 
 
 
 
РЕДАКСИЙА ЩЕЙЯТИ: академик Иса Щябиббяйли, академик Васим 
Мяммядялийев, академик Теймур Кяримли, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., 
проф. Низами Ъяфяров, АМЕА-нын мцхбир цзвц, ф.ü.е.д., проф. Мющсцн 
Наьысойлу, АМЕА-нын мцхbир цзвц, ф.ü.е.д., проф. Ябцлфяз Гулийев, ф.ü.е.д., 
проф. Вилайят Ялийев, ф.ü.е.д., проф. Fəxrəddin  Veysəlli, ф.ü.е.д., проф. Гязянфяр 
Казымов, ф.ü.е.д., проф. Рцфят Рцстямов, ф.ü.е.д., проф. Надир Мяммядли
ф.ü.е.д., проф. İsmayıl  Məmmədli, ф.ü.е.д., проф. Мясуд Мащмудов, ф.ü.е.д., 
проф. Buludxan Xəlilov, ф.ü.е.д., проф. İlham  Tahirov,  ф.ü.е.д., prof. Əzizxan 
Tanrıverdiyev, ф.ü.е.д., проф. Мцбариз Йусифов, ф.ü.е.д., проф. Гязянфяр Пашайев, 
ф.ü.е.д., проф. Ябцлфяз Ряъябли, ф.ü.е.д., проф. Nizami Xudiyev, ф.ü.е.д., проф. 
Ъялил Наьыйев, ф.ü.е.д., prof. Камиля Вялийева, ф.ü.е.д., prof. Азадя Мусайева, 
ф.ü.e.d. Paşa Kərimov, фil.ü.f.d., dos. Нязакят Мяммядли 
 
Бурахылыша мясул: академик Теймур Кяримли  
Ряйчи: filologiya elmləri doktoru, professor Надир Мяммядли 
 
 
 
Филолоэийа мясяляляри. Бакы, 2017, № 7 
 
 
 
 
 
ISSN 2224-9257 
 
 
 
 
© ”Elm və təhsil” nəşriyyatı, 2017 


Filologiya məsələləri, № 7, 2017 
 
3
 
 
DİLÇİLİK 
 
 
ÇİNGİZ QARAŞARLI 
Filologiya üzrə elmlər doktoru, professor 
garasharli@yahoo.com 
 
NOSTRATİK DİLÇİLİK NƏZƏRİYYƏSİ VƏ TÜRKLƏRİN  
VƏTƏNİ MƏSƏLƏSİ 
 
Ачар сюзляр: Ностратика, гядим тцркляр, диллярин гощумлуьу, дил аиляляри
тройалылар, туруккиляр 
Кей wордс: Ностартиъс, олд Туркс, ланэуаэе кинсщип, ланэуаэе фамилиес, 
Трожанс, Туруккис. 
Ключевые слова: Ностратика, древние тюрки, языковое родство, 
языковые родство, языковые семьи, троянцы, 
турукки 
 
Aralıq  dənizi  hövzəsində  yunan  və  romalılardan  öncə  yaşamış  xalq-
ların kimliyinə dair avropalı alimlərin uzun araşdırmalarının yeganə nəticəsi 
budur  ki,  həmin  regionun  erkən  sakinləri  hindavropalı  deyildilər.  Yunanıs-
tanın  erkən  sakinləri  pelasqların,  İtaliyada  romalilardan  əvvəl  yaşamış  et-
ruskların, eyni soy-kökdən olmuş troyalıların hansı dildə danışdıqları hələ də 
sirr olaraq qalır. Lakin o da aydın duyulmaqdadır ki, bu sirr bir çox halarda 
həmin xalqların dil və yazıları ilə deyil, Qərb tədqiqatçılarının Avrasiyanın 
etnik tarixi haqqında qeyri-obyektiv yanaşmaları ilə bağlıdır. Əksər Avropa 
tədqiqatçıları bölgənin erkən etnik keçmişinə hindavropaçılıq prizmasından 
yanaşaraq,  etnik  gerçəkliklərə  işıq  sala  biləcək  bir  çox  dil  faktlarını  ya 
görmür, ya da görmək istəmirlər. 
Avropanın və Asiyanın etnik keçmişi haqqında oxşar baxışları payla-
şan  sovet  alimləri  də  dil  faktlarını  düzgün  dəyərləndirməmişlər.  Buna 
ümumiləşdirici bir  misal  kimi  bir sovet tədqiqatçısının  etrusk  dilindəki ars 
(«arslan»)  sözünün  türk  dillərindəki  arslan  ilə  eyni  kökdən  olduğuna  dair 
qəribə yorumunu göstərmək yerinə düşər. Onun fikrincə, bu uyğunluq heç də 
etrusk  və  türklərin  etnik  qohumluğu  ilə  deyil,  onların  tarixi  kontaktları  ilə 
bağlı olmuşdur, yəni arslan türk dillərinə etruskların vətəni olmuş Anadolu-
nun erkən dillərindən alınmış olmalıdır, çünki türklərin «vətəni» olan Mər-
kəzi Asiyada aslanlar yaşamır [5, s.96]. 
 
 


Filologiya məsələləri, № 7, 2017 
 
4
Bu  fikrin  yanlışlığını  və  gülünclüyünü  aşağıdakı  iki  əks  arqumentdə 
aydın görmək olar: 
1.  Əgər  ilk  türklər  Anadoluya,  iddia  olunduğu  kimi,  orta  əsrlərdən 
gəlmədirlərsə,  onlar  bu  ərazinin  miladdan  öncəki  sakinləri  etrusklarla  necə 
kontaktda olar və onlardan söz ala bilərdilər? 
2. Ən düşündürücü arqument isə budur ki, əgər hansısa türkdilli xalq 
miladdan  öncəki  çağlarda  Anadoluda  məskunlaşaraq,  etrusklardan  ars(lan) 
sözünü almışdırsa, bu söz Çinədək yayılmış çoxsaylı türk dillərinə necə daxil 
olmuşdur? 
Əgər miladdan öncə Anadoluda turklər mövcud olmuşlarsa, o zaman 
naməlum mənşəli sayılan etruskların özləri türk mənşəli ola bilməzdilərmi? 
Axı  yalnız  ars(lan)  deyil,  etrusk  və  türkləri  birləşdirən  onlarca  sözlər 
dilçilərə məlumdur. Latın dilində turski adlanmış etrusklar nə üçün sanskrit 
və  qədim  İran  dillərində  turuşka/turuska  adlanmış  türklər  olmasınlar?  Bu 
vaxtadək  hansı  dilçi  etrusk  yazılarını  oxuyaraq,  onların  türk  mənşəli 
olmadıqlarını  sübut  etmişdir?  Naməlum  mənşəli  sayılan  bir  dilin  türkcə 
olmadığını  iddia  etmək,  təbii  olaraq,  düzgün  deyildir.  Oxuculara  təqdim 
olunan  kitabda  sirli  sayılan  etrusk  mətnləri  tərəfimizdən  məhz  qədim  türk 
dillərində  oxunur  və  bu  isə  miladdan  öncə  etruskların  Anadoluda  yaşamış 
əcdadlarının türk mənşəli olduqlarını heç də istisna etmir.  
Lakin  tamamilə  başqa  tarixi  məntiq  və  meyarlara  malik  sovet  və  Qərb 
müəlliflərinin «tanıdıqları» türklər yeni era daxilində Mərkəzi Asiyadan Qərbə, 
yəni  Qafqaza,  Kiçik  Asiyaya,  indiki  İran  ərazilərinə  və  s.  yerlərə  miqrasiya 
etmiş türklərdir. Onlar üçün Anadolunun ilk türkləri yaxın tarixi keçmişdə Kon-
stantinopola  və  bütün  Türkiyə  ərazisinə  yiyələnmiş  türklərdir.  Halbuki  tarixi 
mənbələrin məlumatları və dil faktları başqa bir tarixi gerçəklikdən xəbər verir: 
Səlcuq  türklərinin  Anadoluya  gəlməsindən,  Konstantinopolun  alınmasından 
hələ xeyli əvvəllər бу ъоьрафийада тцркляр йашамышлар. 
Öncə  troyalıların  türk  olduqlarını  bildirən  VII-XV  əsr  Avropa  qay-
naqlarını xatırlatmaq yerinə düşər. Tarixi gerçəkliklərə daha yaxın olan qədim 
yunan, Roma, german və skandinav müəlliflərinin troyalıları açıq-aşkar türk he-
sab etmələrini [20] qeyri-elmi sayan çağdaş avropalı yorumçular bu məlumat-
ların əfsanələrdən gəldiyini sübut etməyə çalışmışlar. Birincisi, əfsanələrin юзля-
ринин дя tarixi gerç
əklikdən qaynaqlandığı йахшы мялумдур.  «İliada»da 
troyalıların  daşıdıqları  qədim  türk  adları  da  bunu  sübut  edir.  Onlara  məxsus 
Priam, Alber, Askan, Dardan, Aytilla kimi onlarca şəxs adlarını həm də qədim 
türklərin  daşıması  troyalıların  türk  olmalarına  dair  deyilənlərin  gerçəkliklə 
bağlılığını  göstərir:  qədim  türk  eposunun  turanlı  qəhrəmanı  Priyam,  hunların 
rəhbəri Askan, qədim və çağdaş türklərə məxsus Alper, Dardan, Aytilla və digər 
şəxs adlarını «İliada»da troyalılar daşımışlar. 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə