Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə4/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   2   3   4   5   6   7   8   9   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
10
    QIZILGÜL ABDULLAYEVA 
 Baki Dövlət Universiteti 
 Filologiya üzrə fəlsəfə doktoru, dosent 
qizilgulabdullayeva@gmail.com 
 
XVII ƏSR AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ «QARDAŞ» SÖZÜ: 
ETMOLOGİYASI, FONOFORMA VƏ SEMANTİK TUTUM 
VARİANTLARI 
 
Açar sözlər: Arxaik sözlər, fonoforma, leksik fakt, lüğəvi dil nümunəsi, 
məna tutumu, lüğət fondu, lüğət tərkibi, semantika... 
Ключевые слова: архаичные слова, фоноформа, лексический факт, 
словарная языковая единица, семантический объем, лексический фонд
лексический состав, семантика 
Keywords: archaic words, phonoform, lexical fact, dictionary language unit, 
semantic volume, lexical foundation, lexical composition, semantics 
 
Arxaikləşmə prosesi sistemli şəkildə XVII əsrdən başlasa da, təkcə bu 
tarixi mərhələnin leksik sistemində yer alan və arxaikləşməyə doğru yön alan 
lüğəvi dil nümunələri deyil, bu zaman kəsiyinəqədərki klassik ədəbiyyatın, 
eləcə də türkdilli xalqlar üçün müştərək olan qədim türk yazılı abidələrinin 
leksik  tərkibinə  mənsub  olan,  hətta  dilimizdə  intensivlik  nümayiş  etdirən 
sözlərin  belə  müasir  Azərbaycan  ədəbi  dilində  tarixi  məna  tutumu  baxı-
mından qeyri-müstəqil şəkildə qorunması faktı da bir reallıqdır. Xüsusi ma-
raq doğuran bu leksik vahidlərdən biri də bu gün dilimizin lüğət tərkibində, 
eləcə də lüğət fondunda qərarlaşan, ədəbi dil norması səviyyəsində işləkliyi-
ni davam etdirən qardaş sözüdür. Təbii ki, müasir Azərbaycan ədəbi dilində 
normativlik qazanan bu lüğəvi dil nümunəsinin tarixən müxtəlif fonoforma-
lara malikliyi qeydə alınır. İlk növbədə onu deyək ki, XVII əsr Azərbaycan 
əsəbi dilində bu lüğəvi dil nümunəsinin müasir dildə işlənən fonetik tərkibi 
ilə ekvivalentlik nümayiş etdirən fonoformasına rast gəlirik:  
 Sirdaşımız olan qardaş, Könül istədügi yoldaş,  
 Fəda yoluna canü baş, Şükrülillah, gördüm səni (ƏS, 2,s. 324)  
Leksemin  fonetik  cild  baxımından  dilimizin  lüğət  fondunda  yer  alan 
qardaş  sözü  ilə  uyğunluq  tapdığı  danılmaz  həqiqətdir.  Bu  da  reallıqdır  ki, 
müasir dilimizdə olduğu kimi, XVII əsr Azərbaycan ədəbi dilində də qardaş 
fonoforması işlək vəziyyətdədir.  
Qeyd etdiyimiz  kimi, sözün  bu  fonetik  cildi  müasir  didə  normativlik 
səviyyəsindədir. Amma XVII əsr təmsilçilərinin dilində haqqında danışılan 
leksik vahidin bu günümüz üçün arxaikləşən fonovariantını da qeydə alırıq:  
 


Filologiya məsələləri, № 7, 2017 
 
11
 Zahir sənə olsun, ey qərindaş,  
 Munlar qəmudur başına şabaş (M, 8,s.92).  
 
Bizə görə sözün elə ilk şəkli əlaməti həm bu (qərindaş), həm də bu fo-
novariantla  müqayisədə  kiçik  fonetik  variantlılıq  nümayiş  etdirən  qarındaş 
leksemidir. Yəni ilkin fonovarianlar sözün qərindaş // qarındaş fonetik cild-
ləridir. XVII əsrəqədərki klassik ədəbiyyatın dilində də sözü bu fonetik tər-
kibdə qeydə alırıq: 
 Qazan bəgün qarındaşı Qaragünə bindi. – KDQ (6,s.42); Ol qarındaş-
lar sənə qul alalar (SF, 11,s.10).  
 Haqqında danışılan lüğəvi dil nümunəsinin başlanğıc samitində k ~ q 
müvaziliyi  ilə  də  qarşılaşırıq  ki,  bu  da  karındaş  fonoşəklidir  (4,  s.  495). 
Etimologiyasının açarı isə sözün tərkib komponentlərinin semantik və qram-
matik məzmun vəhdətinə (qarın + da + eş) söykənir. Hamıya bəllidir ki, bu, 
«qarında ortaq» semantikası ilə səsləşir ki, təbii ki, bu da qohumluq, gen mə-
sələsi məzmunun mərkəzində dayanır. Daha çox «bacının qardaşı» anlamın-
da intensivliklə müşayiət olunan bu leksik vahidin semantik yük baxımından 
sırf «qohum» sözü ilə ekvivalentlik təşkil etdiyi də qeydə alınır. Buna XVII 
əsr Azərbaycan ədəbi dilində də rast gəlinir. Bu sözün tarixi məzmunların-
dan  birinin  «qohum»  olduğunun  sübutu  üçün  leksemin  bəzi  fonofariantları 
bizə  yardım  edir.  Məsələn,  qardaş  sözünün  qadaş  //  kadaş  fonetik  cildli 
variantlarına da rast gəlirik ki, bu da onun ka + daş tərkib hissələrinə bölün-
məsini imkanlaşdirir. Fikrimizcə, birinci komponentin ən ilkin fonetik cildi 
kan olmuşdur. Bizə görə, dilin sonrakı inkişaf pillələrində sözün daxilindəki 
tərkib komponenti olan kan → ka inkişaf istiqamətini (qapalı hecadan açıq 
hecaya  doğru  inkişafı)  nəzərə  alsaq,  bu  lüğəvi  dil  nümunəsinin  aşağıdakı 
vonovariant istiqmətlənməsinə məruz qaldığı qənaətinə gələ bilərik:  
 kandaş → ka
n
daş → kadaş. 
  
Yenə də söz «qan ortağı», yəni «eyni qandan olan» mənasınının daşı-
yıcısı  anlamındadır.  Bu  gün  Türkiyə  türkcəsində  başqa  bir  qadının  südünü 
əmərək,  yaxud  bir-birinə  yad  olan  hər  hansı  iki  şəxsin  bir-birinin  qanını 
yalayaraq qan qohumuna çevrilməsi anlamında kanka leksik vahidindən isti-
fadə edilməsi (12, s.1061) və bunun həmin dildə çox geniş işlənmə əhatəsi 
qazanması fikrimizin təsdiqi kimi də başa düşülə bilər: 
 1. Göderce muhtarının kızıyla kan kardeşi olduk – dedi (12, s.1061-
1062). 
2. Buğaç, biz kankayız hiç ben sana yalan söylermiyim?  
 3. Ersin, sen benim kankamsın, bunu bana nasıl yaparsın?  
(Nümunə Kanal «D» proqramında yayımlanan «Çok güzel hareketler 
bunlar» verilişində personajların dilindən götürülmüşdür). 


Filologiya məsələləri, № 7, 2017 
 
12
 Təbii  ki,  nümunələrdəki  kan  kardeşi,  eləcə  də  kanka  dil  vahidi 
«qan qohumu» semantikasının daşıyıcısıdır. Deməli, həqiqətən də, qardaş 
sözü «qohum» mənasını özündə ehtiva edir. Bizcə, kadaş leksemi qardaş 
sözünün  başqa  fonetik  cildə  malik  paralellərindən  biri  kimi  qəbul  edil-
məlidir. ....... 
 Fonetik cild baxımından qardaş sözü ilə variantlılıq yaradan və öz 
tarixi  məzmununu  («qohum»)  yaşadan  qadaş  (//  qardaş)  sözünün 
mənbələrdə  məhz  bu  məna  ilə  paralelləşən  nümunələrini  reallıq  olaraq 
qeydə ala bilirik. Həm də həmin lüğəvi dil nümunəsinin müstəqil işlənmə 
faktı ilə də qarşılaşırıq:  
 1.  Kadaşım  eren  eşükeyi  yoğladıŋız  /  Qohumlarım,  igidlər(im) 
məni qumaşa bürüyərək dəfn etdiniz − Minusinsk muzeyindən abidə, III 
tərəf (10, s.296);  
 2.  Künim kadaşım sizime, oğlanım sizime, örünüm  karam siz beş 
igirme sizime /Arxamca gələnim, qohumlarım, sizdən; gənclərim, sizdən; 
parlağım, mal qaram, sizdən; siz – on beş sizdən... − Kejilik-xobu abidəsi 
(10, s.303).  
 Eyni  fonoformalı  lüğəvi  dil  nümunəsi  ilə  (kadaş)  Yusif 
Balasaqunlunun  «Qutadğu  bilig»  əsərində  də  rastlaşırıq.  Orada  da  bu 
leksem «qohum-qardaş, əqrəba» mənalarının ifadəçisi kimi təqdim olunur 
(3,  s.178).  Hətta  bu  mənanın  ifadəçisi  olan  kadaş  leksik  vahidinin 
«Qutadğu bilig» əsərində derivatları da qeydə alınır: 
 kadaş (yəni qohum) → kadaşlığ // kadaşlık (yəni «qohumluq») ( 
5, s.32).  
Bu  cür  derivatlığa  müasir  Azərbaycan  ədəbi  dilində  olduğu  kimi, 
klassik ədəbiyyatın dilində də rast gəlinir. «Dədə Qorqud kitabı»nın dilin-
də işlənən qardaşlı (yəni «dostu, qardaşı olan», qardaşsız (yəni «kimsə-
siz, köməksiz») sözləri bunun faktik sübutudur (7, s.95). Müasir Azərbay-
can dilinin leksik sistemində bu lüğəvi dil nümunəsinin müstəqil işlənmə 
faktı  qeydə  alınmasa  da  (kadaş  //  qadaş  variantları  nəzərdə  tutulur), 
mürəkkəb  quruluşlu  qohum-qardaş  sözünün  tərkibində  bu  söz  kiçik 
fonetik  dəyişikliklə  ikinci  komponent  kimi  öz  qeydini  tapır.  Güman  ki, 
sözün  ortasındakı  [r]  titrək  sonor  samitinin  düşümü  nəticəsində  tarixən 
dildə bu fonoforma reallığa çevrilib. Nəticədə eyni məzmunluluq paraleli 
bu  mürəkkəb  sözdən  də  yan  keçməyib  və  eyni  semantik  yükü  özündə 
yaşadan  müxtəlif  fonetik  tərkibli  iki  söz  əslində  «qohum-qohum» 
mənasının  ifadəçisinə  çevrilib.  Hal-hazırda  Bakı  şivəsində  yaxın  adama 
müraciət  formasında  işləklik  tapan  qədeş  lüğəvi  dil  nümunəsi  də  bunun 
aydın təzahürüdür. Bu leksik vahidin kağadaşım variantına da rast gəlinir: 
kağa  (Azərbaycan  dilinin  şifahi  qolunda,  yəni  danışıq  dilində  işlənən 
qağa sözünü yada salmaq kifayətdir) ‒ qohumluq termini; daş = da (yerlik 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə