Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə9/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   5   6   7   8   9   10   11   12   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
25
R.Şamiyeva 
İngilis dilində cümlə quruluşu  
Xülasə 
 
İngilis dilində tipik cümlə bir müstəqil və bir və ya daha artıq asılı 
hissələrdən ibarətdir və bu formada  olan uzun  cümlələr  uyğun  bağlayıcılar 
vasitsilə bir-birilə bağlanır. Cümlə adətən mübtəda və xəbərdən ibarət olur. 
Asılı cümlə  tərkibi  adətən  budaq  cümlə  bağlayıcısından  ibarət  olur. 
İngilis dilinin sintaksisi əsasən Mübtəda-Xəbər-Tamamlıq tərkibli olur; feli 
birləşmədə fel tamamlığından əvvəl, mübtəda isə feldən əvvəl gəlir. Mübtə-
da adətən cümlədə hərəkəti yerinə yetirən canlı və cansız subyekt ola bilər. 
İngilis  dilində  səciyyəvi  cümlə  quruluşu  cümlə  növlərinə  görə  dəyişir. 
Məsələn: nəqli cümlədə əgər cümlə MXT (mübtəda-xəbər-tamamlıq) quru-
luşlu olursa, sual, əmr və digər cümlə növlərində bu quruluş fərqlənir.  
 
Р.Шамиева 
Структура предложения на английском языке 
Резюме 
 
Типичное  предложение  содержит  один  независимый  часть  и, 
возможно, один или несколько зависимых частей, хотя также возможно 
связать  предложения  этой  формы  в  более  длинных  предложениях, 
используя координационные конъюнкции. 
В  предложение  обычно  содержится  подлежащее  (словосочета-
ние) и предикат. Зависимое предложение также обычно содержит под-
чиненную  конъюнкцию  (или,  в  случае  относительных  предложений, 
относительное местоимение или фразу, содержащую один). Синтаксис 
английского  языка  по  существу  относится  к  типу  ПГD  (подлежащее-
глагол-  дополнение);  Глагол  предшествует  его  объекту  в  глагольной 
фразе, и предмет предложения предшествует глаголу. 
 
 
Rəyçi:                Lalə Məsimova  
                 filologiya üzrə fəlsəfə doktoru 


Filologiya məsələləri, № 7, 2017 
 
26
NAHİDƏ HƏSƏNOVA  
Filologiya üzrə fəlsəfə doktoru 
Bakı Dövlət Universiteti 
h.nahide@mail.ru 
 
MÜASİR AZƏRBAYCAN DİLİNİN FONETİK NORMASI 
 
Açar sözlər : ədəbi dil, nitq normaları, orfoepik norma, orfoqrafik norma. 
Ключевые слова: литературный язык, речевые нормы, орфоэпические 
нормы, орфографические нормы. 
Keywords: a literary language, speech norms, orphoepic norms, spelling 
norms. 
 
 
Nitq  dilin,  nitq  mədəniyyəti  isə  nitqin  təzahürüdür.  Biz  nitq  mədə-
niyyətinə ona görə yiyələnirik ki, həm nitqimizi inkişaf etdirək, həm də nitq 
vasitəsilə dilimizin ifadə imkanlarını daha da genişləndirək. 
 Nitq  dilin  sayəsində  meydana  çıxır,  dildən  törəyir,  həm  də  eyni 
zamanda onu inkişaf etdirir, formalaşdırır. Beləliklə, nitq dilin əməli fəaliy-
yət  forması  olaraq  fərdi  xüsusiyyətlərə  malikdir.  Bu  baxımdan  nitqlə  dili 
eyniləşdirmək olmaz. Bu barədə dünya dilçiliyində [9; 10; 13,19-21], eləcə 
də Azərbaycan dilçiliyində [4,99; 5,35; 6,176; 7, 6-7; 8,60-61] məsələyə eyni 
aspektdən  yanaşılmış,  nitq  və  dilin  fərqi  göstərilmiş,  ayrı-ayrı  anlayışlar 
olması ortaya qoyulmuşdur. Belə ki, dil bir bazadır, oraya dilin bütün ifadə 
imkanları  daxildir.  Nitq  isə  dildə  məqbul  sayılanları  (fonetik,  leksik  və 
qrammatik  yaruslar  üzrə)  sistemləşdirərək  normanı  müəyyənləşdirir  ki, 
bununla da ədəbi dil yaranır. “Bəs norma özü nədir?” sualına ümumiləşmiş 
şəkildə  belə  cavab  vermək  olar  ki,  norma  “bir  çox  variantlardan  birinin 
seçilməsinin möhkəm təlimatıdır, dilin özünün xüsisiyyətləri və onun ictimai 
tətbiqinin ədəbi ənənələri ilə verilən təlimatıdır” [12,513]. Göründüyü kimi 
norma dildən əxz olunur, lakin ictimai tətbiqə-nitqə məxsus vahiddir. Norma 
konkretləşmiş  qayda-qanunlar  sistemidir.  Lakin  bir  daha  deyək  ki,  burada 
fərdiliyi  də inkar etmək  qeyri-mümkündür. Nitqin  fərdiliyi  üslubiliyin föv-
qündə özünə yer qazanır, zaman-zaman kütləviləşir və normativləşir(!). La-
kin bu fərdilik normadan yayınma halları ilə də müşahidə olunur ki, xüsusən, 
fonetik  normalar  üzrə  bu  məsələlərin  üzərində  dayanmaq  istərdik.  Fonetik 
norma özlüyündə iki mühüm normanı ehtiva edir: 
1.Orfoqrafik norma. 
2.Orfoepik norma. 
Fonetik norma istər orfoqrafik, istərsə də orfoepik qaydalar üzrə nə 
qədər təkmilləşərək müəyyənləşsə də, həm yazılı, həm də şifahi nitqdə hələ 
də  xətalara yol verilir. Bu gün ədəbi dili  ən çox  təmsil  edən  kütləvi infor-


Filologiya məsələləri, № 7, 2017 
 
27
masiya  vasitələrinin  dilində  (mətbuatın,  radio  və  televiziyanın,  eləcə  də 
internet saytlarının) bu, bir adət halında özünü göstərir. 
Orfoqrafik norma.                           
Azərbaycan Respublikasının Prezidentinin 26 may 2004-cü il tarixli 
Fərmanına  uyğun  olaraq  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  5 
avqust  2004-cü  il  tarixli  qərarı  ilə  təsdiq  etdiyi  yeni  orfoqrafiya  qaydaları 
əsasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun tərtib etdiyi “Azərbaycan 
dilinin  orfoqrafiya  lüğəti”  AMEA-nın  müxbir  üzvü,  professor  Ağamusa 
Axundovun  redaktorluğu  və  ön  sözü  ilə  elə  2004-cü  ildə  çapdan  çıxdı. 
Həmin  lüğətin  düzəlişlər  və  əlavələr  edilərək  təkmilləşdirilmiş  2-ci  nəşri 
110 563 söz daxil edilərək 2013-cü ildə yenidən çap olunmuşdur. 
Orfoqrafiya qaydalarına və uygun lüğətimizə əsaslanaraq demək olar 
ki, orfoqrafik normanın bir neçə cəhətlərdən pozulması hallarına hələ də rast 
gəlinir. Bunları belə qruplaşdırmaq olar: 
1.Mexaniki səhvlər (kompüter səhvləri), məsələn : şəkl 
2.Elmi səhvlər (konkret yazı qaydalarının pozulması), məsələn: şəkilin 
3.Sözün əcnəbi dildəki variantına uyğun yazılışı: 
- yazının tələffüzdə yaratdığı qüsurlar (Barack Obama, news, online ) 
- tələffüzə uyğun yazıda sabitləşmiş qüsurlar (ekonomiks) 
İstər birinci, istərsə də ikinci bölgünün özündə də müəyyən ayrıntılar 
aparmaq olar. 
1.Mexaniki səhvlər. 
- Anlaşılan səhvlər: 
Yazı zamanı müəyyən səhvlər edilir ki, onların diqqətsizlik nəticəsin-
də  buraxılmış  səhvlər  olduğu  aydınca  görünür.  Belə  qüsurların  olması  oxu 
üçün bir o qədər problem yaratmasa da, bir bilik, məlumat mənbəyi olmaq 
etibarilə məqbul sayılacaq hadisə deyildir.  
1)  O  zaman  Prezident  barak  Obama  ...  bəyan  etmişdi.  (Dünya  – 
“Kuba-ABŞ: münasibətlərin nizamlanmasına doğru ilk addım” 2015-01-24 
21:24)  
2)  Onların  arasında  V.Ə.,  İ.İ.,  N.Ə.  kimi  məşhur  ismlər  də 
var. (Siyasət - Müsavat partiyası dağılır? 2015-02-09 23:12) 
3) 2014-cü ilin yekunu üzre Azerbaycan ... (planşet kompü-
terler, radiotelefonlar ve s.) idxal edib. (Ölkə - “Ölkədə mobil telefon-
lar bahalaşır”. 2015- 02-15 14:40) 
Üçüncü nümunənin üzərində xüsusi dayanaraq qeyd etmək istərdim 
ki, bu tipli səhvlər artıq internet səhifələrində adi hala çevrilmişdir. Kompü-
terdə şrift sistemindən irəli gələn bu yazılarda artıq ə-nin e kimi, ü-nun u ki-
mi, ö-nün o kimi, ç-nın c kimi, ş-nin sh kimi yazılması hallarına çox tez-tez 
rast gəlinir. 
- Məna fərqi yaradan səhvlər: 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə