Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə10/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   6   7   8   9   10   11   12   13   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
28
Bəzən elə orfoqrafik qüsurlara rast gəlmək olur ki, edilən hər hansı 
bir hərf səhvi nitqdə məna fərqinə belə, gətirib çıxarır. Yazılı nitqdə bu cürə 
fikirlərə aydınlıq gətirmək bəzən mümkün olsa da, bəzən çətinlik yaradır.  
1)  “...”,  -  deye  vurğulayın  Tomas  de  Vaal  ...  (Gündəm  – 
“Qarabağda savaş qaçılmazdır” 2015- 02-13 10:58) 
  
2)  Danışıqlarda  səfirliklərin  aşılması,  ...  məsələləri  müzakirə  olunub. 
(Dünya - “Kuba-ABŞ: münasibətlərin nizamlanmasına doğru ilk addım” 2015-
01-24 21:24:22) 
 
Birinci cümlədəki “vurğulayın” sözündə a hərfinin yerinə işlənən ı hərfi 
feili sifət şəklindən əmr formasında, ikinci cümlədə isə “açmaq” sözü “aşmaq, 
yəni ötürmək ” mənasında anlaşıla bilər. 
2. Elmi səhvlər (qaydaların pozulması) 
- Qrafik prinsipə əsasən:  
 Mürəkkəb adların yazılmasında, ən əsası, sözlərin ilk hərfləri böyük 
yazılmaqla şərtlənən abreviaturların yazılmasında qaydasızlıq açıq-aşkar hiss 
olunur.  
   1)  Almaniya  Federativ  Respublikasının  Kansleri  Angela  Merkel...  . 
Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin… . (Cəmiyyət 
– “İnkar zəifliyin təsdiqidir” 2015-01-27 13:34:49)  
2) Neqliyyat  Nazirliyinin  ...  tedbirler  planı  tesdiq  edilib.  ... 
tedbirler  Planı  çerçivesinde  artıq  bir  sıra  layiheler  başa  çatdırılıb. 
(Ölkə - “Bakıda bir neçe böyük yol salınacaq”. 2015-02-13 16:34)  
Çoxsaylı  nümunələr  göstərir  ki,  bu  tip  birləşmələrin  böyük  və  ya 
kiçik yazılmasında edilən xətalar elmi dəqiqliyin olmamasından irəli gəlir. 
 
- Fonetik prinsipə (tələffüzə) əsasən: 
 
Bəzi  nümunələrdə  yazının  tələffüz  norması  ilə  əvəz  olunması 
hallarına rast gəlinir. Bu da yenə elmi səviyyənin aşağı olmasından irəli gəlir 
və qətiyyətlə demək olar ki, bu, fonetik prinsipə əsaslanma savadsızlığın ən 
bariz formasıdır.  
  1) Ədalət meyarı arxa plana keçirsə, burda qərəzə, böhtana məruz qalan 
ölkə... . (Cəmiyyət – “İnkar zəifliyin təsdiqidir” 2015-01-27 13:34:49 ) 
2)  Müsavatda  vəziyyət  isə  doğurdan  da  düşündürücüdür.       
( Siyasət - Müsavat partiyası dağılır? 2015-02-09 23:12)  
3)  O  deyib  ki,  ...nun  oppanentliyi  də  adama  xüsusi  zövq 
verirdi. 
...  və  təfərdarlarının  oppanentliyindəki  kəm-kəsiri  ...  şərh  edib.      
( Siyasət - Müsavat partiyası dağılır? 2015--09 23:12)  
- Qrammatik prinsipə əsasən : 
Mürəkkəb  sözlərin  yazılışında  və  ya  köməkçi  nitq  hissələrinin 
tələffüzə,  vurğuya  uyğun  olaraq  düzgün  müəyyənləşdirilməsində  edilən 
səhvlərə də tez-tez təsadüf olunur. 


Filologiya məsələləri, № 7, 2017 
 
29
1) Bura həm bankdaxili, həm də bank xarici amillər daxildir. 
( Əhaliyə şad xəbər – “Kredit faizləri aşağı salınır” 2014-11- 24 22:26)  
2) O bunun üçündə pulunu bankdan alıb... . (İqtisadiyyat – “Bakıda 
banklar boşaldılır” 2015-01-10 16:10:09) 
3)  Ə.Ə.  bu  dərəcədəmi  əvəzedilməz  insandır?  (Mədəniyyət  -  “Bakı 
Mədəniyyət və Turizm İdarəsində biabırçı vəziyyət” 2014-12-29 18:46:24) 
 
Orfoepik norma. 
“Azərbaycan  Respublikası  ərazisində  teleradio  yayımı  sahəsində 
Dövlət dillindən istifadənin təmin edilməsi ilə bağlı XÜSUSİ QAYDALAR” 
tərtib olunmuşdur ki, onları olduğu kimi vermək istərdik.  
   Qeyd: Aparıcıların  nitqində  aşağıdakı  qüsurlar  xüsusilə  yolveril-
məzdir: 
• 
aparıcının nitqində əsas tonun titrəməsi; 
• 
mexaniki səs – nitqin birtonluluğu, nitqin qeyri-təbii səslənməsi; 
• 
dəyişkən ton, sərt ton, fasiləli səs; 
• 
nitqdə olan fasilələrdə müxtəlif kənar səslərin olması; 
• 
"burunda danışmaq"; 
• 
pəltəklik – "l", "r" və s. sonorlarının təhrif edilməsi
• 
yüksək templi nitq və s.  
Yuxarıda göstərildiyi kimi ədəbi tələffüz təkcə səs və sözlərin düzgün 
deyiliş qaydalarından ibarət deyildir. Vurğu, ritm, tembr, pauza kimi proso-
dik ünsürlər də bu anlayışa daxildir. “Səsli nitqin məna dəqiqliyi, ilk növbə-
də, tələffüzün dəqiqliyi, intonasiya palitrasının dəqiqliyi, söz vurğusunun və 
məntiqi  vurğunun  dəqiqliyi  deməkdir”  [6,  210].  Ümumiyyətlə,  “natiqlik 
sənətində  də  intonasiya auditoriyanı  ələ  alan  ən  mühüm  vasitə  kimi  özünü 
göstərir” [7, 41] ki, biz bunu mədəni nitqin bütün təqdimat sahələrinə aid edə 
bilərik.  Əgər  aparıcılar  “həyəcanlı”  olmazsa,  onlar  intonasiyalarını  idarə 
edərsə,  onda  məntiqi  vurğunu  düzgün  qoyar  və  yaxşı,  təsirli  səsə  də  sahib 
olar [11]. Əks halda, yolverilməz qüsurlar olaraq göstərilən bu cəhətlərin ək-
səriyyəti, təəssüf ki, teleradio dilinin “üslubi normasına” çevrilmişdir. Belə 
ki, həyəcanlı tonla, yüksək intonasiya ilə danışma, sözlərin yerli-yersiz vurğu 
ilə  deyilişi,  sözlərin  “burunda”  və  ya  “dilin  ucunda  əzərək”  tələffüzü  kimi 
hallar mütəmadi olaraq müşahidə olunur. Bütün bunlarla bərabər bir sıra bu 
və ya digər şəkildə baş verən orfoepik qüsurlara da yol verilir ki, onlardan 
bəzilərini qeyd etmək istərdik. 
-  Məntiqi vurğunun düzgün təyin edilməməsi: 
1)  “Biz [istiyirik ] ki, Türkiyə bu sahədə fəal olsun”, –deyə 
Karter
 qeyd 
edib. (ANS çm - Xəbərlər 21.08. 2015)  
2)  “...Azərbaycanın bayramı isə, həm də Türkiyənin bayramıdı”,-deyə 
Davudoğlu
 bildirib. (ANS çm - Xəbərlər 31.08. 2015) 
-  Sintaqmatik əlaqələnmənin izlənilməməsi: 


Filologiya məsələləri, № 7, 2017 
 
30
1)  Aksiya iştirakçıları işdən çıxarılmış, 85 nəfərin geri qaytarılmasını 
tələb edirlər. (ANS çm - Xəbərlər 2015-05-26) 
Ekran nitqində müşahidə olunan digər qüsur orfoepiyası orfoqrafiyasından 
fərqli  olan  söz  və  qrammatik  formaların  yazılıdığı  kimi  deyilməsi  və  ya 
oxunmasıdır.  Məsələn;  yarpaqlar  (yarpa  [x]lar  əvəzinə),  vətəndən  (vətənnən 
əvəzinə)  alırlar  (alıllar  əvəzinə),  qanlı  (qannı  əvəzinə),  başlayır  (başlıyır 
əvəzinə), alsa idi (alseydi əvəzinə ) və s. [4, 119]. Tələffüz vasitələri ilə yaranan 
həmim qüsurları bu cür qruplaşdırmaq olar: 
 
a.Sözlərin  alındığı  dilin  ifadə  qaydasına  uyğun  və  ya  uyğunlaş-
dırılmış şəkildə tələffüzü: 
 
1)  Ə.E.  müalicə  almaqdan  ötrü  Türkiyənin  ...  Gülhane  hospitalına 
getmiş olsa da... (ANS çm - Xəbərlər 22.08. 2015 ) 
2) “assosaçı[ц]ası”, “federaçı[ц]ası” (ANS çm - Xəbərlər 21.08.2015) 
b.Sözlərin yazılı normaya uyğun tələffüzü: 
1)  Tələbələrin  də  müəllimlər[lə]  həmrəylik  nümayiş  etdirməsi  nəticəsində 
aksiya polislə qarşıdurmaya çevrilib. (ANS çm - Xəbərlər 2015-06-04) 
2)  İtaliya  mətbuatı  Bakı-2015  ilk  Avropa  oyun[lar]ı  ilə  bağlı  növbəti 
məqalələr yayıb. (ANS çm - Xəbərlər 2015-06-04) 
3)  Su  kütləsinin  qarşısını  alma[q]  üçün  sakin[lər]  evlərinin  qarşısında  qum 
[kisələrinnən]  bən[dl]ər  qurublar.  (ANS  çm  -  Xəbərlər  2015-08-07)Burada 
[müəllimlərnən], [oyunnarı], [almax], [sakinnər], [bəntdər] şəklində tələffüz 
ədəbi  dilin  orfoepik  normasının  tələbidir  ki,  bu  və  bu  tipli  tələffüz 
qaydalarına  hər  bir  aparıcı  və  ya  ümumən  şəxs  birmənalı  şəkildə  əməl 
etməlidir.  Sonda  bir  fikri  qeyd  etmək  istərdik  ki,  Azərbaycan  ədəbi  dili, 
normalar  sistemi,  dil  və  nitq  məsələləri,  eyni  zamanda  ədəbi  dildə  yazı  və 
tələffüz  qaydalarının  normativləşməsi  kimi  vacib  məsələlər  unudulmaz 
alimimiz akademik Ağamusa Axundovun çoxsaylı elmi yazılarında [1; 2; 3] və 
müxtəlif  elmi-publisistik  sferalardakı  çıxışlarında  müntəzəm  olaraq  öz  əksini 
tapmışdır. Alimin elmi-nəzəri mülahizələrində, praktik müşahidələrində yer alan 
məsələlərdən biri də fonetik normanın nizamlanması ilə bağlı ciddi narahatlıq-
ları  idi.  Bir  sıra  alınma  sözlərin  (məsələn,  “space”sözünün)  yazılışı  ilə  milli 
qrafikamız əsasında oxunuşunun arasındakı uyğunsuzluğu və s. Bununla da bir 
daha vurğulamaq lazımdır ki, Azərbaycan ədəbi dilinin fonetik normasında hələ 
də nizamsızlıq yer alır və bu sahədə xüsusi diqqətə ehtiyac duyulur.   
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə