Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə13/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   9   10   11   12   13   14   15   16   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
37
Tarana Khalilova 
Difficulties encountered by Chinese students when  
learning the types of speech activity 
 
Summary 
 
The  typological  difference  between  the  Chinese  and  Azerbaijani 
languages is so great that the influence of the native language manifests itself 
both in the field of phonetics and semantics of linguistic units and in the use 
of grammatical constructions and forms. 
Difficulties in the beginning of teaching audition for the Chinese are, 
first of all, in the phonetic material. The resulting phonetic difficulties later 
cause lexical difficulties.  
The  initial  stage  is  important  in  terms  of  mastering  Chinese  students 
phonetic-intonational features of the language studied, providing an unders-
tanding of Azerbaijani speech. 
  
 
Rəyçi:                   Firəngiz  Kazımova 
                       filologiya elmləri namizədi, dosent  


Filologiya məsələləri, № 7, 2017 
 
38
MƏTANƏT ƏMRAHOVA 
UNEC 
amrahova2016@mail.ru 
 
A.A.BAKIXANOVUN “GÜLÜSTANİ-İRƏM” ƏSƏRİNDƏ 
“LƏNBƏRAN” TOPONİMİNİN TARİXİ-LİNQVİSTİK TƏHLİLİ 
 
Açar  sözlər:  toponimik  vahidlər,  semantika,  orfoqrafiya  lüğəti,  oykonim, 
etimologiya 
Ключевые  слова:  топонимические  единицы,  семантика,  орфогра-
фический словарь,  ойконим, этимология    
Key words: toponomic units, semantics, spelling dictionary, oykonym, ety-
mology 
 
Toponimlərdə həm tarixi keçmiş, həm də qədim coğrafi areal qoru-
nub mühafizə olunduğundan, onlar hər bir xalqın tarixi, dili, milli mənşəyi, 
tarixən məskunlaşmış olduğu ərazi və s. haqqında dəyərli məlumat daşıyıcı-
ları hesab edilir. Hər bir toponim dil tarixi ilə bağlı qiymətli mənbə olmaqla 
yanaşı,  xalqın  qədim  yaşayış  məskənlərini  müəyyənləşdirmək,  bu  ərazidə 
baş vermiş ictimai-siyasi hadisələri, prosesləri qiymətləndirmək, həmin ha-
disələrin səbəbini araşdırmaq və obyektiv gerçəkliyi, həqiqəti üzə çıxarmaq 
ücün  konkret  material  kimi  də  əhəmiyyətlidir.  Bütün  xüsusi  adlar  kimi  to-
ponimlər  də  xalqın  həyatında  baş  verən  ən  mühüm  tarixi-siyasi  prosesləri 
özündə əks etdirir. Çox vaxt xalqın yaddaşından silinənlər toponimik vahid-
lərdə  qorunaraq  uzun  müddət  öz  izini  saxlaya  bilir.  A.A.Bakıxanovun 
“Gülüstani-İrəm”  əsəri  də  belə  mənbələrdəndir.  Dilimizdə  onomastik  təd-
qiqatlar  genişləndikcə  onların  yeni  spesifik  istiqamətləri  meydana  çıxır, 
ümumi  onomastikanın  zənginləşmə  mənbələri  artır.  Ona  görə  də  ayrı-ayrı 
mənbələrin, xüsusən indiyə qədər xüsusi tədqiqata cəlb olunmamış “Gülüs-
tani-İrəm” əsərinin toponimlərinin  tədqiqi və təhlili mühüm əhəmiyyət kəsb 
edir.  Əsərində təsadüf etdiyimiz Lənbəran toponimi  qədimliyi və maraqlı 
semantikası ilə diqqət çəkir.  Mənbələrdə bu kəndin adının XII əsrdən çəkil-
məsinə  baxmayaraq,  Lənbəran  toponiminin  mənası  indiyə  qədər  aydınlaş-
dırılmamışdır.  Tarixi  mənbələrdə  Lənbəranın  adı  təqribən  1173-1174-cü 
illərdə  “Dərbənd  xəzərlərinin”  Volqadan  Şirvana  soxulması  ilə  əlaqədar 
xatırlanır: Onlar 73 gəmidə Xəzəri keçərək Ruinas (Sara) adası yaxınlığında 
lövbər saldılar və Kür boyunca Lənbərana qədər qalxdılar. Bu vaxt peçeneq-
lərin bəzi dəstələri Dərbənd və Şabranı tutdular. Bütün bu hadisələr Xaqani-
nin  I  Axsitana  həsr  etdiyi  üç  qələbə  mədhiyyəsində  şərh  edilmişdir  [2, 
s.155].  Xaqani  I  Axsitanın  peçeneqlər,  xəzərlər  və  alanlar  üzərindəki 


Filologiya məsələləri, № 7, 2017 
 
39
qələbələrini  nəzərdə  tutaraq  yazır  ki,  “onun  tünd  göy  qılıncı  dəniz  üzünü 
Lənbəran və Ruinas adasına qədər meyitlərlə örtdü” [2, s.55].  
Bir  məlumata  görə,  o  vaxtlar  Lənbəran  Kür  sahilinə  daha  yaxın  imiş. 
Kür çayı daşdıqca onu öz sahilindən uzaqlaşdırmış, indiki yerinə gətirmişdir [3, 
s.15]. Lənbəran kəndinin adını XIV əsr müəllifi Həmdullah Qəzvini də çəkir. 
XVIII əsrdə Lənbərandan “Asəf” təxəllüsü ilə yazan bir şair çıxmışdır. Firudin 
bəy Köçərli “Azərbaycan ədəbiyyatı” kitabında Asəf Lənbəranidən bəhs etmiş 
və onun əsərlərindən nümunə vermişdir. Lənbəran kəndinin adı M.P.Vaqifin və 
M.F.Axundovun  da  əsərlərində  xatırlanır.  Lənbəran  haqqında  tarixi 
məlumatların sayını artırmaq olar, lakin bunlar da kifayət edir deyək ki, həmin 
yaşayış  məntəqəsi  Azərbaycanın  iqtisadi  həyatında  müəyyən  rol  oynamışdır. 
E.Əzizov Lənbəran toponiminin mənşəyini aydınlaşdırmaq üçün birinci həmin 
sözün yazılışından başlamağı məqsədəuyğun sayır: Elmi və bədii ədəbiyyatda 
bu  kəndin  adı  gah  m,  gah  da  n  ilə  yazılır:  Lənbəran  –  Ləmbəran.  Xaqanidə, 
Həmdullah Qəzvinidə bu toponim m ilə verilir. M.F.Axundovun “Hacı Qara” 
əsərində də toponim belə işlənmişdir. M.P.Vaqifin, F.Köçərlinin əsərlərində isə 
toponim  Lənbəran  variantındadır.  Rusdilli  ədəbiyyatda  ad  Lemberan  kimi 
yazılır. Ad 1960-cı ildə çapdan çıxmış Azərbaycan dilinin orfoqrafiya lüğətində 
də  m  samiti  ilə  verilmişdir.  Son  illər  isə  ədəbi  dilimizdə  toponim  Lənbəran 
formasında sabitləşmişdir.  
Oxşar toponimlərə biz Qərbi Azərbaycanda da rast gəlirik. İ.Bayramov 
“Qərbi Azərbaycanın türk mənşəli toponimləri” kitabında Tiflis quberniyasının 
Loru-Borçalı  qəzasında  indiki  Barana  (Noemberyan)  rayonunda  “Ləmbəli” 
kəndinin olduğunu qeyd edir. Toponimin etimologiyasını müəllif belə izah edir: 
“Toponim “rütübətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili” mənasında 
işlənən  ləm  və  “düzənlik,  açıqlıq,  açıq  yer”,  “geniş  düzənlik”  mənasında 
işlənən pila//pala (bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə 
bağlı yaranan toponimdir” [1, s.220]. 
E.Əzizov  Azərbaycan  dilinin  fonetik  qanunlarına  əsaslanaraq  bu 
toponimin  “Lənbəran”  şəklində  yazılışının  daha  düzgün  olduğunu  bildirir. 
Çünki  Azərbaycan  danışıq  dilində  səslərin  geri  assimilyasiyası  nəticəsində 
“nb” səs birləşməsinin “mb”-yə keçməsi özünü göstərdiyi halda, bunun əksi, 
demək olar ki, müşahidə edilmir. Məsələn, sünbül, zənbil, onbir və s. sözlər 
sümbül, zəmbil, ombir kimi tələffüz olunur. Buradan belə nəticəyə gəlmək 
olar  ki,  bu  toponim  meydana  çıxdığı  dövrlərdən  n  samiti  ilə  işlənmişdir. 
Lənbəran sözünün mənşəyi bu fikri təsdiq edir [3, s.18]. 
Lənbəran  toponiminin  mənasını  açmaq  üçün  həmin  sözün  həm  m, 
həm də n ilə olan variantlarını müxətlif hissələrə ayırmaq olar: Ləm – bəran, 
Ləmbər-an, Lən-bəran, Azərbaycanda “ləm” sözü rütubətli və bürkülü zona-
lar  üçün  səciyyəvi  olan  tikili  növü  kimi  başa  düşülür.  Ləm  “külafirəngi”, 
“kətil”, “talvar” və s. adlarla da məlumdur. Ləm sözünün fars dilində “sər-


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə