Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə21/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   17   18   19   20   21   22   23   24   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
60
etmişlər.  Dərsin  bir  dəfədə  90  dəqiqə  yoxsa  başqa  günlərdə  olmaqla  45 
dəqiqə ilə aparılması məsələsi müzakirə olunmaqda müxtəlif fikirlər müba-
hisə dogurmuş, buna son qoymaq üçün kafedra dərslərin müxtəlif günlərdə 
45  dəqiqə  ilə  aparılmasına  tövsiyyə  etmişdir.  Hazırda  xarici  dillərin 
tədrisində təlimdə müasir vasitələr geniş ölçüdə tətbiq olunarsa, 45 dəqiqə ilə 
aparılan  dərslər  daha  çox  fayda  verər.  Belə  aspirantların  işlərini  müvəf-
fəqiyyətlə  qurmağa ,  onlara verilən tapşırığın  həcmini  azaltmağa  və  həmin 
materiala fasiləsiz nəzarət etməyə, kollektiv işlər daha yaxşı imkan yaradır. 
Aspirantlara xarici dillərin mükəmməl tədris edilməsi xüsusilə birinci 
yerdə  qoyulur  və  ən  önəmli  məsələlərdən  sayılırdı.  Kafedra  üzvlərinin 
apardıqları işlər aspirantların  xarici dil  üzrə  bacarıq və  vərdişində  həm  kə-
miyyətcə,  həm  də  keyfiyyətcə  dəyşiklik  edilməsinə  yönəldilirdi.  Nəticədə 
xüsusilə aspirantların səmərəli işlər görmək üçün vaxtlarına qənaət edilirdi. 
  Kafedra  getdikcə  öz  işini  təkminləşdirirdi.  1934  cü  ildən  başlaya-
yaraq  xarici  dil  dərslərində  tələbələrin  sayı  qruplarda  18-dən  9-a  endiril-
mişdi.
 
Çünki dərslər təmamilə yeni üsulllarla formalaşdırılır vı daha maraqlı 
üsullarla həyata keçirilməyə başlanmışdı. 
Buna görə də “Xarici dillər “ kafedrasında çalışan xarici dil müəllim-
ləri  yerli  şəraitin  spesifik  xususiyyətlərini  nəzərə  almaqla  tədris  planının 
seçilməsi,  xarici  dil  fənninin  ideya  səviyyəsinin  yüksəldlməsi,  dərs  və 
dərsdən kənar işlərin təşkili və s. sahələr üzrə geniş iş aparmış, dilin tədrisi 
məsələlərinə  xüsusi  fikir  vermişlər.  Bu  da  xarici  dillərin  tədrisi  işinin 
yaxşılaşdırılmasına xeyli kömək etmişdir. Hələ keçən əsrin 30-cu illərindən 
başlayaraq kafedra ilk dəfə öz işinə “bir başa metod” ilə başlamışdır. Yəni 
standart,  ənənəvi  üsuldan-  söz  əzbərlə  və  oxu  tərcümə  et  usulundan  əl 
çəkərək təlimin real həyatla bağlılığını yaratmaq üçün dünyada hələ bu gün 
geniş vüsət almış yeni bir metodla xarici dilləri tədris etməyə başlamışdilar. 
  
Xarici  dillərin  mükəmməl  öyrənilməsinə  yaradılmış  belə  şəraitdə 
aspirant tək oxu və tərcümə deyil, eyni zamanda xarici dildə danışmaqla və 
danışmanı başa düşməyi də bacarmalı idi. 1935 ci ildə aspirantdan şifahi nitq 
üzrə məişət mövzularında danışmaq,  mövzular  üzrə  ayrılmış  sual-  cavabda 
iştirak etmələri tələb olunurdu. Oxuduğu mətnə sual qoymaq, onu ana dilinə 
tərcümə etmək və xarici dildə sual cavab vermək kimi iş növləri daha geniş 
yayılmışdı.
 
Kafedranın  protokol  və  hesabatların  təhlilindən  aydın  olur  ki,  şifahi 
nitqin  inkişafı  modellər  vasitəsilə  aparılırdı  və  dərs  saatı  yalnız  fəal  iş 
növlərini  əhatə  edirdi.  Oxu  və  tərcümə  zamanı  qrammatik  material,  ya 
mətnə, ya da mətn qrammatik materiala tabe etdirilirdi. 
Belə  hal  tədris  zamanı  tələbənin  xarici  dil  üzrə,  bacarıq  və  vərdişləri 
onun bilik səviyyəsindən asılı idi. Onlar xarici dil üzrə hazırlıqlı olduqda , 
qrammatik materialı onlara izah etməyə xüsusi ehtiyac qalmırırdı. 


Filologiya məsələləri, № 7, 2017 
 
61
Buna  görə  də  qrammatik  material  kontekstdə  çətinlik  törədən  zaman 
müəllim  onu  izah  etməli  olurdu.Dərsin  keyfiyyətini  yüksəltmək  məqsədilə 
kafedra  xarici  dillər  üzrə  dərsi  aşagıdakı  ardıcıllıqla  aparmağa  qərara 
almışdır. 
Deyilənlərdən aydın olur ki, tələbə və aspirantların xarici dil üzrə aydın 
nitq  mədəniyyətinin  (yazılı  və  şifahi)  inkişaf  etdirilməsi  dillər  kafedrasının 
əsas məqsədi olmuşdur. Kafedraya qarşıya qoyulmuş məqsədə çatmaq üçün 
kompleks  dərs  sistemindən  istifadə  etmişdir.  Burada  şifahi  və  yazılı  nitq, 
danışma  və  şifahi  formadan  nitqi  anlama,  oxu  və.s.  növlərdən  istifadə 
olunmuşdur. 
Universitetin  nəzdində  xarici  dillər  üzrə  yaradılmış  fənn  kabinetinin 
apardığı  iş  də  faydalı  olmuşdur.  Fənn  kabinetinin  vəzifəsi:  a)  tələbə  və 
aspirantlara dili dialektik materializm nəzəriyyəsi əasasında başa salmaq və 
dildən  sinfi  mübarizədə  ideoloji  silah  kimi  istifadə  etmək  ;  b)  xarici  dilin 
öyrənilməsində ən çox çətinlik törədən dil- qayda –qanunlarının ana dili ilə 
müqayisəli  sxemini  hazırlamaq  və  onları  nümayiş  etdirmək;  v)  tələbə  və 
aspirantlarda  dili  öyrənməyə  maraq  oyatmaq  və  dərsdən  kənar  vaxtlarını 
səmərəli  təşkil  etməkdə  köməklik  göstərmək  ;  q)  müəllimlərə  öz  metodik 
biliklərini zənginləşdirməkdə dil kabinetin rolunu artırmaqdır. 
Beləliklə,  müəllimlər  kabinetdə  elmi  və  metodik  ədəbiyyatla  tanış 
olmalı, onları müzakirə etməli, müvafiq və əlverişli üsulları tədris prosesində 
tətbiq  etməli  idilər.Eyni  zamanda  tələbə  və  aspirant  kabinetdə  öz  elmi  işi 
üzrə  müəllimdən  məsləhət  alır,  biliyini  əyani  vasitələrin  köməyilə  möh-
kəmləndirir, dilçilik üzrə mühazirələr dinləyirdi. Bundan başqa dil kabineti 
sərgi  ,  görüş,  ədəbi-bədi  gecələr,  qırmızı  təqvim  günü,  divar  qəzetinin 
buraxılması , ev oxusu üzrə yardım və.s.tədbirlərdə iştirak etməlidi. 
Kafedranın  ictimai  işləri  kimi  “Staxanov  hərəkatı  və  dil  kafedrasının 
vəzifələri”,  “İngilis  dili  Amerikada”  kimi  mövzular  dinlənilib  müzakirə 
edilmişdi.  Müəllimlər  isə  tələbələrə  “  Amerikada  sizin  yaşıdlarınızın  həyat 
tərzi”,  “  Dünya  sosializmi  və  kommunuzmi  alqışlayır”  və  s.  mövzularda 
məruzələr  etmişdilər.  Bu  tədbirlərin  həyata  keçirilməsini  kafedranın 
nəzdindəki mədəniyyət universiteti təşkil edirdi.” 
 
Politexnik  institutunun  yaradılmasının  ilk  günlərindən  ali 
məktəbəmizə RSFSR və digər yerlərdən mütəxəssislər dəvət olunurdu. Onlar 
ali  məktəblərimizdə  kadrların  hazırlanması  vəzifəsini  həll  etməli  idi. 
Sonralar  isə  Ümumittiaq  Neft  Sənayesi  İnstitunun  “Xarıcı  Dillər”  kafedra-
sına  müəllim  kimi  əsasən  Moskva və  Leningrad  xarici  dillər  İnstitutlarının 
məzunları ilə birlikdə yerli kadrlar da işə cəlb olunurdular. 
 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə