Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə19/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   15   16   17   18   19   20   21   22   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
54
səciyyəvi  xüsusiyətləri  vardır.  Bu  xüsusiyətlər  də  cümlədəki  digər  kons-
tituentlərdə  müqayisədə  daha  aydın  şəkildə  müəyyənləşir.  Müqayisə 
etdiyimiz  hər  iki  dildə  cüttərkibli  bütöv  cümlələr  yalnız  baş  üzvləri  deyil, 
eləcədə  ikinci  dərəcəli  üzvləri  əhatə  edir.  İkinci  dərəcəli  cümlə  üzvlərinin 
sadə  cümlə  daxilində  yer tutması  cümlədə  ifadə  olunan fikirdən,  danışanın 
məqsədindən,  müzakirə  olunan  mövzudan  danışanın  koqnitiv  hazırlığından 
və.s asılıdır. Məs: We have read this book with great interest. (Biz bu kitabı 
böyük  maraqla  oxuduq.)  Bu  cümlədə  cümlənin  nüvəsini  təşkil  edən  baş 
üzvlərdən  başqa  ikinci  dərəcəli  üzvlərdən  də  (tamamlıq,  və  tərzi-hərəkət 
zərfliyi)  istifadə  olunmuşdur.  İstər  ingilis,  istərssə  də,  Azərbaycan  dilində 
verilmiş  bu  cümlə  qrammatik  üzvlənməyə  əsasən  iki  qupa  (üzvə)  baş  və 
ikinci  dərəcəli  üzvə  bölünür.  Mübtəda  və  xəbər  cümlənin  baş  üzvləri. 
Tamamlıq  və  tərzi-hərəkət  zərfliyi  isə  ikinci  dərəcəli  üzvlərini  təşkil  edir. 
İkinci  dərəcəli  üzvlər  mübtəda  və  xəbər  ətrafında  birləşərək  mübtəda  və 
xəbər qruplarını yaradır. Mübtəda qruplarının yaradılmasında ikinci dərəcəli 
üzvlərdən yalnız təyin iştirak etdiyi halda, xəbər qrupunun əmələ gəlməsində 
bütün ikinci dərəcəli üzvlər məqsəddən asılı olaraq iştirak edə bilir. “Əlaçı 
şagird  bu  gün  çətin  suallara  cavab  verdi.”  (Hardworking  pupil  asks  to  the 
difficult questions.) 
Cümlənin  qrammatik  üzvlənməsindən  aydın  olur  ki,  ifadə  olunan 
fikirdə “tələbə” (M) , “cavab verdi” (X) həlledici rol oynayır. Digər sözlər 
isə həmin üzvlərlə ifadə olunan fikrin “şagird cavab verdi” tamamlanmasına 
xidmət edir. Məsələn : “əlaçı” sifəti mübtədanın qarşısında işlənərək onu təyin 
edir.Digər ikinci dərəcəli üzvlər isə xəbəri (cavab verir) təyin edir.Belə 
  Bir fikir linqvistik ədəbiyyatda da öz əksini tapmışdır.  
Hər iki dildə baş üzvlər cümlədə ifadə olunan fikirin əsasını təşkil edir. 
İkinci dərəcəli üzvlər (tamamlıq, təyin, zərflikdir) əsas fikrin tamamlanmasına 
xidmət edən yardımçı üzvlərdir. Bu cür formalaşmış bölgü iyerarxiyası özünü 
həm də linqvistik baxımdan doğruldur. (1,s.35) 
Deməli hər iki dildə heçdə bütün cümlə üzvləri funsional baxımdan eyni 
səviyyəli deyil. Elələri var ki, onlarsız cümlə nə qurulur, nə də kommunikativ 
baxımdan  tamamlanmış  hesab  olunur.  Şübhəsiz  ki,  bunlar  cümlənin  baş 
üzvləridir. İkinci ərəcəli üzvlərdən biri də zərflikdir. O cümlənin xəbərini izah 
edir,onunla  qrammatik  və  sintaktik  cəhətdən  əlaqədə  olur.  Zərfliklər  cümlə 
daxilində xəbəri müxtəlif cəhətdən izah edirlər. Elə bu səbəbdən də hər iki dildə 
zərfliyin müxtəlif növləri fərqləndirilir. Azərbaycan dilində zərfliklər hərəkət və 
ya  hərəkətin  icra  və  meydana  çıxma  tərzini,  yerini,  zamanını,  sahələrini, 
məqsədini, miqdarını, dərəcəsini, şərtini və.s bildirir.  
Beləliklə Azərbaycan dilində zərfliyin 9 növü göstərilmişdir. (3,s.188) 
Bunlar aşağıdakılardır ;  
1.Tərzi – Hərəkət zərfliyi  


Filologiya məsələləri, № 7, 2017 
 
55
2.  Yer zərfliyi  
3.  Zaman zərfliyi  
4.  Səbəb zərfliyi 
5.  Məqsəd zərfliyi  
6.  Kəmiyyət zərflyi  
7.  Dərəcə zərfliyi 
8.  Şərt zərfliyi 
9.  Qarşılıq güzəşt zərfliyi  
İngilis dilində bəzi mənbələrdə zərfliyin 14 növü olduğunu (60,s.352,-
354) bəzilərində isə bu rəqəmin 12 olduğu göstərilmişdir; 
1.Tərzi – Hərəkət zərfliyi  
2.Yer zərfliyi  
3.Zaman zərfliyi  
3.Səbəb zərfliyi 
4.Məqsəd zərfliyi  
5. Nəticə zərfliyi 
6.Dərəcə - ölçü zərfliyi 
7.Şərt zərfliyi 
8.Şərt zərfliyi  
9. Hal- vəziyyət zərfliyi 
10.Müqaisə zərfliyi 
11. Təkrar –tezlik zərfliyi 
12. Güzəşt zərfliyi 
   
 Deməli,  ingilis  dilində  Azərbaycan  dilindən  fərqli  olaraq  zərfliyin  3 
əlavə növü müəyyən edilmişdir. Biz burada zərfliyin bütün növlərindən de-
yil,  yalnız  tərzi-hərəkət  zərfliklərindən  bəhs  edəcəyik.  Cümlə  strukturunda 
zərfliklərtin  yeri  müxtəlifdir.  İfadə  olunan  fikirdəki  rolundan  asılı  olaraq  , 
xəbər qrupunda zərfliklərin yeri fərqlidir. 
Təhlil göstərir ki, zaman və yer zərflikləri ilə müqayisədə tərzi-hərəkət 
zərfliyinin yeri sabitdir.  
Məs: Mən yayda istirahət mərkəzidə yaxşı dincəldim. 
(I had a good rest in a rest home in summer.) 
Azərbaycan dilindəki variantda “yaxşı” sözü zərflikdir və yeri də sabitdir. 
Qeyd etdiyimiz sintaktik vahidin strukturunda işlənən digər zərfliklərin (yayda, 
istirahət mərkəzində) yerində variasiyanın mümkün olduğu halda “yaxşı” tərzi 
hərəkət zərfliyi haqqında bunu demək qeyri mümkündür. Azərbaycan dilində 
tərzi-hərəkət  zərfliyinin  xəbərdən  əvvəl  işlənməsi  cümlə  strukturunda 
xəbərin son mövqe ilə bağlı olmasından irəli gəlmişdir. İngilis dilində isə bu 
struktur əksinədir, yəni cümlədə tərzi hərəkət zərfliyi xəbərdən sağda durur. 
Dillərin  tədqiqi  sahəsində  cümlələrin  mənəvi  qrammatik  üzvlənməsi  ilə 


Filologiya məsələləri, № 7, 2017 
 
56
yanaşı, bu vahidlərin kommunikativ - aktual üzvlənməsinə də son dövrlər xüsusi 
diqqət  yetirilmişdir.  Dilçilərin  bu  sahədə  (N.Mateieus,  K.Boost,  N.Xomski, 
K.Abdullayev, Ə.Abdullayev, F.Veysəlli, və s.) bununla bağlı yerinə yetirildik-
ləri tədqiqat işləri xüsusi maraq doğurur. Bu tədqiqat işində də sadə cümlələrin 
aktual üvzlənməsi prosesində tərzi-hərəkət zərfliyinin yeri və onun funksional 
xüsusiyyətləri  məsələsindən  bəhs  olunmuşdur.  Kommunikativ  vahid  kimi 
işlədilən  hər  bir  cümlənin  aktual  üzvlənməsi  onun  semantik  strukturu  ilə 
bağlıdır.  Bu  üzvlənmə  informasiyanın  ötürülməsində  danışanla  dinləyən 
arasında  yaranan  əlaqədə  özünü  göstərir.  Bu  üzvlənmənin  qrammatik  və 
sintaqmatik  üzvlənmələrindən  fərqli  cəhəti  bir  də  ondan  ibarətdir  ki,  burada 
cümlənin sintaktik qatı ilə bərabər, onun məntiqi qatı da həlledici əhəmiyyətə 
malikdir.  [4,  s.  90]  Məhz  bu  səbəbdən  də  bu  üzvlənmə  məntiqi  psixoloji, 
funksional kommunikativ imkanları nəzərə alan məntiqi - sintaktik üzvlənmə, 
yəni aktual üzvlənmədir. Dilçilikdə bu nəzəriyyə çex dilçisi V.Mateziusun adı 
ilə bağlıdır. [ 2, s.444] Onun bu üzvlənməsinin qayəsi cümlənin iki qutbə - rema 
və  remaya  ayrılması  ilə  bağlıdır.  Buda  o  deməkdir  ki,  tələffüz  edilən  hər  bir 
cümlə özündə rema (yeni) və temanı (məlumu) cəmləşdirir.  
  Tema cümlədə çıxış nöqtəni, Rema isə ifadə olunan əsas mənanı bildirir 
və cümlədə kommunikativ mərkəzi yaradır. Məs: (I have read this book with 
great  interest)  Mən  bu  kitabı  böyük  maraqla  oxudum.  Bu  cümlədə  “mən  bu 
kitabı”  tema  hissəni,  “böyük  maraqla  oxudum”  isə  remanı  təmsil  etmişdir. 
Azərbaycan  dilində  bu  cümlə  başqa  üzvlənmə  formasında  da  ifadə  olunma 
imkanına malikdir. Mən böyük maraqla bu kitabı oxudum. Bu bölgüdə tema və 
remanın ifadəsi birinci vəziyyətdəkindən fərqlənir, çünki ikinci halda rema hissə 
“bu kitabı oxudum” -la əlaqəlidir. Birinci bölgüdə tərzi - hərəkət zərfliyi (böyük 
maraqla) rema hissəsini təşkil etdiyi halda, ikinci halda bu funksiyanı tamamlıq 
(bu  kitabı)  yerinə  yetirmişdir.  Bölgüdən  asılı  olaraq  birincidən  informativ 
mərkəz  “böyük  maraqla  oxudum”  ifadəsi,  ikincidə  isə  “böyük  maraqla 
oxudum”  –la  bağlıdır.  Təhlilə  əsasən  onu  deyə  bilərik  ki,  aktual  üzvlənmə 
cümlənin informativliyə görə bölgüsünü əks etdirir. 
İngilis  dilindəki  cümlədə  rema  hissəsini  strukturda  son  mövqedə 
qərarlaşmış tərzi - hərəkət zərfliyi təşkil etmişdir. Tərzi - hərəkət zərfliyinin 
sadə cümlələrin aktual üzvlənməsində yeri məsələsinin müəyyənləşdirilməsi 
predikat qrupunun cümlə strukturunda tutduğu mövqe ilə bağlıdır. İngilis və 
Azərbaycan  dillərindəki  variantların  müqayisəsindən  aydın  olur  ki,  ingilis 
dilində  tərzi-hərəkət  zərfliyinin  yeri  Azərbaycan  dilindən  fərqli  olaraq 
sabitdir.  Bu  da  cümlədə  xəbərin  cümlə  strukturundakı  yeri  ilə  bağlı 
hadisədən irəli gəlir. Təhlildən çıxış edərək, belə bir fikir söyləmək olar ki, 
hər  iki  dildə  tərzi  -  hərəkət  zərfliyi  cümlədəki  yerindən  asılı  olaraq,  rema 
hissəsini  yaratmaqla  informasiyanın  ötürülməsindən  nüvə  funskiyasında 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə