Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə22/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   18   19   20   21   22   23   24   25   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
62
Ədəbiyyat 
 
1.  Azərbaycan SSR MDOİ Arxivi, fond 1658, siyahı 2, iş1169, vər.17  
2.  Azərbaycan SSR MDOİ Arxivi, fond 1658, siyahı 2, iş1147, vər.2  
3.  Azərbaycan SSR MDOİ arxivi, fond 1658, siyahı 2, iş 1132, vər. 4. 
4.  Azərbaycan SSR MDOİ Arxivi, fond 1968, siyahı 2, iş1132, vər.4 (1931-
ci il) 
 
F.Huseynova  
 
The History of “Foreign Languages” department of  
Azerbaijan State Oil and İndustry University  
(in 30-50 years of XX century) 
 
Summary 
 
Teaching  foreign  languages  in  Azerbaijan  Republic  even  in  30-50 
years of XX century was in the first place. 
 At  that  period,  teachers  searched  different  ways  of  teaching  foreign 
languages according the requirements of that period. The archive materials 
are  helpful  to  have  a  rich  understanding  of  the  main  issues  of  teaching 
methods  of  foreign  languages  in 30-50 years  of  XX  century  in  Azerbaijan 
State Oil and İndustry University.  
Even at that period the teachers knew that by teaching only grammar 
rules and vocabulary they’d not gain successes, and that’s why they tried to 
improve  oral  communication  skills  of  students  by  their  own  teaching 
methods at that period.  
 
 
Ф.Гусейнова 
 
История кафедры «Иностранных Языков» Азербайджанского  
Государственного Университета Нефти и Промышленности  
(в 30-50 -х годах XX века). 
 
Резюме 
 
Преподавание  иностранных  языков  в  Азербайджанской  Респуб-
лике даже в 30-50 годах XX века была на первом месте.  
В этот период преподаватели искали различные способы обучения 
иностранным  языкам  в  соответствии  с  требованиями  того  периода. 


Filologiya məsələləri, № 7, 2017 
 
63
Aрхивные  материалы  полезны  для  глубокого  понимания  основных 
вопросов  методики  преподавания  иностранных  языков  в  30-50  годах 
XX  века  в  Азербайджанском  государственном  университете  нефти  и 
про-мышленности.  
Еще  в  тот  период  преподаватели  знали,  что,  обучая  только  пра-
вила  грамматики  и  словаря,  они  бы  не  добились  успехов,  и  именно 
поэтому они пытались улучшить устные разговорные навыки студентов 
своими методами преподавания в тот период. 
 
 
Rəyci:          Xoşqədəm Əhmədova  
               pedaqogika elmlər namizədi, dosent 
 
   
 
 


Filologiya məsələləri, № 7, 2017 
 
64
 AYNUR QULİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru 
Azərbaycan Dillər Universiteti 
aynurmurad@yahoo.com 
 
YAZIÇILARIN ƏSƏRLƏRİNDƏN ALINMIŞ  
FRAZEOLOGİZMLƏR 
Açar sözlər: frazeoloji birləşmələr, lüğət tərkibi, alınma frazeologizmlər, bədii 
ədəbiyyat 
Key words: phraseological units, word stock, borrowing phraseological units, 
fiction literature 
Ключевые слова: фразеологические единицы, словарный фонд, получен-
ные  фразеологизмы, художественная литература. 
 
  Frazeoloji  birləşmələr  fikrin  ifadəsində nitqin bilavasitə tərkib hissəsini 
təşkil    edən    iki    və  ya  daha  artıq  sözlərin  birləşməsindən  ibarət  olub,  kom-
ponentləri  sintaktik  və  semantik  cəhətdən parçalanmayan, quruluşca  sərbəst 
söz  birləşmələrinə  və  ya  cümləyə  oxşayan,  dildə  hazır  şəkildə  mövcüd  olub 
ənənəyə görə ya bir formada, ya da qrammatik cəhətdən dəyişdirilərək işlədilən 
konstruksiyalardır.  Frazeologizmi  təşkil  edən  sözlər  onun  tərəfləri,  yaxud 
komponetləri  hesab  olunur. Onlar frazeologizmlərdə  üzvi  surətdə  elə  birləşir  
ki, onları  bir-birindən  ayırmaq  və  hər  bir sözü müstəqil mənada düşünmək 
qeyri-mümkündür.  Frazeologizmi    təşkil  edən  sözlərin  hamısı  ümumilikdə  bir 
məna ifadə edirlər. Bəzən frazeoloji birləşmələrin mənasının fərqlənməsi sözün 
müxtəlif mənalarına nisbətən zəif də görünür. Frazeoloji birləşmələrin semantik 
və  qrammatik  quruluşunun  mürəkkəbliyi  onun  müxtəlif  mənalarda  işlədil-
məsinin imkanını məhdudlaşdırır.  
 Frazeologizmlərdən    istifadə    insanlara  öz  fikirlərini  dəqiq,  qısa  və 
idiomatik ifadə etmək imkanını verir. Onlar məfhumu dolayı olsa da, konkret  
ifadə    edir.  Frazeologizmlərin    əsas    xüsusiyyətlərindən  biri  onların  obrazlı, 
emosional,  ifadəli  olmasıdır.  Belə  ki,  frazeologizmlər  dilin  ekspressivliyində, 
onun  emosionallığında  xüsusi  rol oynayır. Onlar  bu və ya digər anlayışı ayrı-
ayrı sözlərdən dəfələrlə təsirli və obrazlı əks etdirir.   
Frazeoloji  birləşmələrin  tarixinin  araşdırılması  onların  yarandığı  gün-
dən ta bu günə kimi keçdikləri inkişaf yolunu izləmək və bu yolda uğradıqları 
dəyişiklikləri  aşkara  çıxarmaq  olduqca  zəruridir. Bütövlükdə bir məna ifadə 
edən frazeoloji birləşmələr hər hansı bir dilin lüğət tərkibinin zənginləşməsində 
böyük rol oynayır.  


Filologiya məsələləri, № 7, 2017 
 
65
Bildiyimiz kimi frazeologiyanı dərindən tədqiq edən tədqiqatçılardan biri 
də  A. V. Kunindir.     A.V.Kunin frazeologiyanı dilin xəzinəsi adlandırmışdır. 
A.V.Kunin fikrinə görə frazeologiyada insanlar,onların mədəniyyəti və xalqın 
tarixi  öz  əksini  tapmışdır.  “İngilis  dilinin  frazeologiyası  da  çox  zəngindir  və 
uzun  bir  tarixi  var”.  O,  frazeologizmləri  təsnif  edərək  bildirirdi  ki,    frazeolo-
gizmlər hər bir dilin universaliləridir və  dili heç cür frazeologizmlərsiz təsvir 
etmək olmaz”. Müasir  dövrdə  elə bir dil yoxdur ki, onun lüğət tərkibi yalnız öz  
frazeoloji  birləşmələrindən  ibarət  olsun, ingilis dili də belə dillərdən biridir.  
İngilis dilində başqa dillərdən alınma frazeologizmlər böyük rol oynayır.Dün-
yanın    bütün    dillərində    frazeoloji  birləşmələrin  yaranma  yolları  və  üsulları  
eyni  olmasa  da,  oxşar  və  universal  cəhətləri  çoxdur.  Bu  dildaxili  və  dilxarici 
amillərin təsiri ilə izah oluna bilər. Yuxarıda qeyd etdiklərimizi ingilis dilinə  də  
aid  edə bilərik. Frazeoloji  birləşmələr  müxtəlif  ictimai tarixi şəraitdə və çox 
müxtəlif səbəblər əsasında əmələ gəlmişdir. İngilis dilində olan frazeologizmlə-
rin  əmələgəlmə  mənbəyi, əsasən, xalq danışıq  dili, yazılı ədəbiyyat və folklor 
olmuşdur.Dildə olan frazeologizmlərin müəyyən bir hissəsini isə Amerika bədii 
ədəbiyyatından  alınmış  frazeologizmlər  təşkil  edir.  Amerika  yazıçılarının 
əsərlərdən alınmış frazeologizmlər ingilis dilinin lüğət tərkibinə daxil olmuş və 
ingilislər  tərəfindən  geniş  istifadə  olunmaqdadır.    Deyilənlərə  misal  olaraq, 
V.İrvinq  (A Rip Van Vinkl- irticaçı, tərəqqi düşməni),  Cek London (the iron 
heel - dəmir daban, imperializm), Marqaret Mitçell (gone with the wind - möv-
cud olmayan, küləklə sovrulan) göstərmək olar.  İngilis dili frazeologizmlərinin 
müəyyən bir qismini ingilis ədəbiyyatından götürülmüş  frazeologizmlər təşkil 
edir. Belə frazeologizmlərin əksəriyyəti görkəmli yazıçı V.Şekspirin əsərlərin-
dən  alınmış  frazeologizmlərdir.  Yazıçı  öz  əsərlərində  bədii  məqsəddən  asılı 
olaraq  həm  ümumxalq  dilinə  məxsus  olan  frazeologizmlər,  həm  də  bir  sıra 
hallarda  sonralar  ingilis  ədəbi  dilində  özünə  möhkəm  yer  tutmuş  obrazlı 
ifadələr, frazeoloji birləşmələr yaratmışdır. İngilis dilində  geniş  yayılmış  bu  
frazeologizmlər  şekspirizmlər adlandırılır. Onlara misal olaraq “Hamlet” əsə-
rindən  götürülmüş  misallara  nəzər  salaq:     
   the  observed of all observers - diqqət mərkəzi ; 
   to do yeoman service  - vaxtında  yardım  göstərmək ;   
   to shuffle off  (this mortal cail)  - fani  dünyanı tərk etmək, “ölmək” ; 
   germane to the matter - mətləbə keçin ;  
   a towering passion - qəzəb ;  
   in the mind`s eye  - xəyalən ;  
   to the top of one`s bent - doyunca, ürəyin istədiyi qədər .  
      “Merchant of Venice” 
   to have (smb.) on the hip - əlverişsiz  şəratidən  istifadə  etmək;   
   to one`s heart`s content - ürəyi  istədiyi qədər;  
   a Daniel come to judgement - vicdanlı hakim;  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə