Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə25/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   21   22   23   24   25   26   27   28   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
71
ilə  təmin  olunur.  Müəllimin  ustalığı,  strategiyaları  seçmək  qabiliyyəti  ilə 
xarakterizə olunur. Strategiyalar seçilərkən qanunauyğunluqlar gözlənilməlidir. 
Strategiyaların adları əsasən təlim üsulunun məzmunu və forması ilə şərtlənir.-
DDD-fazalarında öyrənənlərin psixoloji inkişafını gücləndirməklə bilik, bacarıq 
və  vərdişlərə  yiyələnməklə  təhsillənib,  tərbiyə  olunması  metodların 
interaktivliyindən asılıdır. Strategiyalar bütövlükdə interaktiv səciyyə daşıyır. 
İnteraktiv  dedikdə  dioloq,  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərmək  kimi  başa 
düşülür.  İnteraktiv  yolla  təlim  prosesi  intensivləşir,  öyrənənin  şüurlu 
fəaliyyətinə  zəmin  yaranır.  Nəticədə  təlimin  inkişafetdirici  cəhətləri  artır. 
İnteraktiv metodlardan səmərəli istifadə etməklə öyrənənin müstəqil düşünmək, 
sərbəst  rəy  söyləmək,  qarşılaşdıqları  problemlərə  münasibət  bildirmək,  fikir 
mübadilələrində mövqe göstərmək və s. keyfiyyətlər formalaşır.Dünya praktika-
sında  interaktiv  təlim  metodları  üçün  səciyyəvi  olan  cəhətlərə  aşağıdakılar 
daxildir.  Öyrənənin  aktiv  fəaliyyəti,  müəllimin  və  onların  bir-biri  ilə  əmək-
daşlığı, didaktik oyunlardan istifadə olunması, (Müzakirə zamanı, qruplarla iş 
zamanı,  təqdimat  və  ümumi  söhbət  zamanı)  dərsdə  tələbələrin  qeyri  ənənəvi 
yerləşdirilməsi  nəzərdə  tutulur.İnteraktiv  təlim  zamanı  öyrənənlərdə  psixoloji 
xüsusiyyətlərin  inkişafını  əks  etdirən  cəhətlər  inkişaf  edir.  Məsələn:  müstəqil 
düşünməyi,  sərbəst  rəy  söyləməyi:  şəxsiyyəti  qiymətləndirməyi,  təhlil  etmək 
qabiliyyəti,  əməkdaşlıq  etməyi,  başqaları  ilə  işləməyi  bacarmaq,  ümumi 
məqsədə  çatmaq  üçün  işin  bölüşdürülməsi;  başqalarını  dinləməyi;  başqa 
fikirlərə  dözümlü  olmağı;  öz  fikirlərini  dəlillərə  dəqiq  izah  etməyi;  tənqidi 
təfəkkürü;  güzəştə  getməyin  yolunun  tapılması;  natiqlik  qabiliyyəti  və  s.  Ev 
tapşırıqları, fakültativlər və praktikumlar, seminar, məşğələlər, ekskursiyalar
məsləhət  saatları  təlimin  digər  təşkili  formalarına  daxildir.Sinkveyn 
(fransızca  beşlik  deməkdir),  İNSERT  (altı  ingilis  sözlərinin  baş  hərflərindən 
əmələ  gəlib-kodlaşdırma  sistemi  mənasındadır).  Klaster  (şaxələndirmə 
deməkdir),  metafarik  (düşüncə,  hadisələri  bənzətmək  deməkdir),  kublaşdırma 
eyni  vaxtda  altı  istiqamətdə  fəaliyyət,  əqli  hücum,  cütlər  və  qruplar,  dairəvi 
söhbət, rollu oyunlar, diskussiya, zəncirvari hekayə və şəkillər kimi interaktiv 
təlim  metodlardan  istifadə  etməklə təhsilin keyfiyyətinin  yüksəldilməsinə  nail 
olmaq  mümkündür.  Qeyd  olunan  metodların  bəziləri  haqqında  aydınlıq 
gətirmək müəllimlər üçün faydalı olar."Əqli hücum"- üsulu ilə müəllim təlim işi 
apararkən tələbələrin idrakı fəaliyyətinin inkişafı və onların müxtəlif ideyaların 
çevik şəkildə irəli sürmələri üçün bundan geniş istifadə edə bilər. Əqli hücum 
yeni  mövzunun  izahından  əvvəl  hər  hansı  konkret  suala  cavab  axtarılarkən 
istifadə olunur. Bu üsulun üstün cəhətlərindən biri də ümumi məqsədlə bağlı 
öyrənənlərdə  müxtəlif  ideyalar  yaratmasıdır.Məsələn,  müəllim  lövhədə  əl 
alətləri  ilə  bağlı  müəyyən  bir  sual  yazır  və  ya  şifahi  şəkildə  soruşur.  Eyni 
zamanda  suallara  verilən  cavabların  lövhədə  yazılması  xahiş  olunur. 
Cavablar bir-birinin təkrar etməmək şərti ilə lövhədə yazılır. Bütün fikirlər 


Filologiya məsələləri, № 7, 2017 
 
72
lövhədə öz əksini tapdıqdan sonra müzakirə olunur"Diskussiya"da öyrənilən 
məsələ ilə bağlı fərdi və ya qrup halında tələbələr öz münasibətini yazılı və ya 
şifahi  şəkildə  sərbəst  bildirirlər.  Belə  diskussiyalar  öyrənənlər-də  verdikləri 
cavabları faktlara əsasən təhlil etmək qabiliyyətini artırır. Müəllim əvvəlcə "əqli 
hücum" üsulundan istifadə edərək diskussiya aparmaq qaydalarını aydınlaşdırır. 
Həmin qaydalar aşağıdakılardır: 
-danışanı dinləmək
-danışanın sözünü kəsməmək
-danışanın fikrinə mədəni şəkildə etirazını bildirmək
-vaxta əməl etmək; 
-danışmaq istəyəndə əlini qaldırıb söz almaq; 
-heç kəsin fikrini tənqid etməmək. 
Nəzərdə  tutulan  qaydaları  iri  hərflərlə  müəyyən  lövhədə  yazıb  görünən 
yerdə  asmaq  məsləhətdir.  Diskussiya  zamanı  qaydalara  praktik  olaraq  əməl 
olunmalıdır."Zəncirvari  hekayə  və  şəkillər"  üsulunun  mahiyyəti  adından 
aydındır. İştirakçılardan biri nəzərdə tutulan hekayə ilə bağlı ilk cümləni deyir, 
qalanları  ardıcıl  olaraq  davam  etdirir.İnteraktiv  təlim  metodlarının  tətbiqi 
tələbələrin  idrak  fəaliyyətinin  ,təfəkkürünün  inkişafını  tələb  edir.Təfəkkür  - 
idrak  prosesi  olub  cism  və  hadisələrin  mahiyyətini,  onlar  arasındakı  əlaqə  və 
asılılıqların  ümumiləşmiş  inikasından  ibarətdir.  Duyğu  və  qavrayış  vasitəsilə 
maddi  aləmin  dərk  edilməsi  prosesi  başlanğıc  olsa  da  onlar  təfəkkürün 
mənbəyidir. Mürəkkəb psixoproses olan təfəkkür duyğu və qavrayışın verdiyi 
materiallar  əsasında  fəaliyyətdə  olan  insan  qanunauyğun  əlaqələrlə,  təsadüfi 
əlaqələri seçməyə başlayır.  
Beləliklə insan hər hansı gerçəkliyi təfəkkür vasitəsilə tam və dəqiq dərk 
edir. Dil fikrin gerçəkliyi olduğu üçün təfəkkür nitqlə daim vəhdətdədir. 
 
 
 
 
 
 Ədəbiyyat 
 
1.Azərbaycan Respublikasının Konstitusiyası.Bakı 1995. 
2.Azərbaycan Respublikasının Təhsil Qanunu (layihə).2009. 
3.Təhsil  sahəsində  islahatlar  üzrə  dövlət  komissiyasınin  iclasında 
ümummilli lider H.Əliyevin yekun nitqi.2001. 
4.B.Bəşirov.”Ali məktəb didaktikası”.Bakı,1992. 
5.Bakalabr hazırlıgı (normativ sənədlər toplusu).Bakı-2001. 
6.N.Kazımov.”Ali məktəb pedaqogikası”.Bakı,1999. 
7.R.H.Cabbarov  .İdarəetmənin  məqsəd  və  vəzifələri(elmi  məqalələr 
məcmuəsi) 
 
 
 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə