Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə33/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   29   30   31   32   33   34   35   36   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
92
FATIMƏ İBRAHIMOVA 
ADU 
fatima@mail.ru 
 
İNGİLİS DİLİ İNTONASİYASININ KOMPONENTLƏRİ 
 
Açar sözlər: cümlə vurğusu, səs tonunun səviyyəsi, temp, ritm, səs çalarlığı 
Ключевые слова: фразовые ударение, высота тона, темп, ритм, тембр 
Key words: sentence stress, pitch, tempo, rhythm, tamber 
 
İngilis dili intonasiyasının tərkib hissələri haqqında fonetistlər müxtəlif 
fikirlər söyləyirlər. Belə ki, əksər alimlər intonasiyanı nitqin prosodik və ya 
supraseqment  elementlərinin  kompleks  vahidi  hesab  edərək,  intonasiyanın 
tərkib hissələrini də ən mühüm prosodik elementlər hesab edirlər. Bəzi alimlər 
bu tərkib hissələrə nitq melodiyası, cümlə vurğusu, nitqin tempi və səs tembrini 
daxil  edirlər.  Digər  alimlər  isə,  məsələn,  L.Leontiyeva  intonasiyanın  tərkib 
hissələrini ayrı-ayrılıqda belə səciyyələndirir: 1) melodiya, səsin tonu; 2) cümlə 
vurğusu; 3) temporal (zaman) xarakteristikaları (uzunluq; temp; pauza); 4) ritm; 
5)  tembr  (səs  keyfiyyəti)  [1,  s.137].  E.Antipova  isə  intonasiyanın  tərkib 
hissələrinə pauza, nitq melodiyası, cümlə vurğusu, ritm, temp və tembri daxil 
etmişdir.Baxmayaraq ki, intonasiyanın yuxarıda sadalanan tərkib hissələri biri 
digərindən  ayrı  və  təcrid  olunmuş  şəkildə  fəaliyyət  göstərə  bilməz,  bu 
komponentlərin  təhlil  məqsədi  ilə  ayrı-ayrılıqda  təhlil  edilməsi  vacibdir. 
Məlumdur ki, biri digərindən ayrılmaz olduğuna baxmayaraq, intonasiyanın bir 
komponenti  xüsusi  funksiya  yerinə  yetirir  və  digər  komponentlər  isə 
intonasiyanın  xüsusi  funksiyasının  yerinə  yetirilməsində  ikinci  dərəcəli  və 
köməkçi  rol  oynayır.  Komponentlərdən  biri  intonasiyanın  bu  və  ya  digər 
funksiyasının  yerinə  yetirilməsində  həlledici  rol  oynayır.Nitq  melodiyası  – 
intonasiyanın  tonal  komponentidir.  Bu,  rabitəli  nitqdə  səslərin  və  sözlərin 
musiqili quruluşudur. Bir şəxs danışarkən onun səsi monoton, yəni yeknəsəq 
olmur. Səsin tonu həmişə dəyişkən olur. Səsin tonu ya qalxır, ya da enir və 
məna  qrupunda  və  ya  cümlədə  müəyyən  melodik  xətt  cızır.  Əgər  bu  yolla 
səsin tonu dəyişməz qalarsa, onda ifadə edilən cümlə yeknəsəq səslənərdi və 
danışanın  nitqi  özünün  əhəmiyyətli  ifadə  vasitəsindən  məhrum  olardı.  Bir 
qisim  fonetistlər  melodiyanı  intonasiyanın  ən  mühüm  tərkib  hissəsi  hesab 
etməklə  sədanın  əsas  tonunun  hərəkətini  nəzərdə  tutur.  Səsin  tonunun 
hərəkəti isə səs tellərinin gərilmə dərəcəsindən asılı olur.Melodiyasız və ya 
melodik  kontursuz  heç  bir  cümlə  ola  bilməz.  Yalnız  bir  təkhecalı  sözdən 
ibarət  olan  qısa  cümlələrdə  melodik  kontur  çox  sadə  olur,  yəni  səsin  tonu 
təkhecalı  sözün  daxilində  dəyişir.  Bu  dəyişiklik  səsin  tonunun  müxtəlif 
dərəcələrdə qalxması və enməsi vasitəsi ilə ifadə oluna bilər. Və yaxud da bu 


Filologiya məsələləri, № 7, 2017 
 
93
qalxma  və  enmələri  birləşdirməklə  daha  mürəkkəb  səs  tonları  ifadə  etmək 
olar.  Biz  səsin  tonunu  müxtəlif  səviyyələrdə  başlaya  və  qurtara  bilərik  və 
yaxud biz tonal hərəkətin diapazonunu dəyişə bilərik.Nitq melodiyası və ya 
səsin  tonu  cümlə  vurğusu  ilə  sıx  əlaqədədir.  İntonasiyanın  nitq  axını  ilə 
ayrılan ardıcıl tonlarını müxtəlif cür müəyyən etmək olar: 1) məna qrupları 
(semantik  yanaşma);  2)  nəfəs  qrupları  (fizioloji  yanaşma);  3)  ton  qrupları 
(fonoloji  tərif);  4)  intonasiya  qrupları,  ton  vahidləri;  5)  səs  tonu  vurğu 
modelləri.Hər  bir  ton  vahidi  nüvə  səs  tonunun  hərəkətinin  formalaşmasında 
gərginlik zirvəsinə, nüvədən sonrakı zəif pauzaya malik olur ki, bu pauza da ton 
vahidinin  sonunu  bildirir  və  pauzasiya  sistemində  işlənən  “pauza”  sözündən, 
adətən,  daha  qısa  xarakterizə  olunur.Ton  vahidi  intonasiya  nəzəriyyəsinin  ən 
mühüm vahidlərindən biridir. Bu vahid nüvə tonu və ya gərginlik zirvəsi hesab 
edilən  bir  nüvədən  ibarətdir.  Ən  yüksək  və  ən  aşağı  səs  tonu  səviyyəsindəki 
heca  arasında  olan  məsafə  məna  qrupunun  diapazonu  adlanır.  Bu  diapazon 
adətən  tonal  səviyyədən  asılı  olur.  Səs  tonunun  səviyyəsi  nə  qədər  yüksək 
olarsa,  diapazon  da  bir  o  qədər  geniş  olar.  Yüksək,  orta  və  aşağı  səs  tonu 
üfüqi  və  paralel  xətlərlə  göstərilir.  Ton  qrupun  axırıncı  hecasındakı  səs 
tonunun  dəyişməsi  nüvə  tonu  adlanır.  Bu  ton  təkcə  nüvədə  əmələ  gəlmir, 
həmçinin taktardına qədər sonuncu tona qədər genişlənə bilər [4, s.48].Tonal 
tiplərin  siyahısı  müxtəlif  alimlər  tərəfindən  müxtəlif  cür  verilir.  Məsələn, 
Henri  Svit  səkkiz  ton  növünü  –  orta  (level),  yüksəkdən  qalxan  (high  rise), 
alçaqdan qalxan (low rise), yüksəkdən enən (high fall), alçaqdan enən (low 
fall),  mürəkkəb  qalxan,  mürəkkəb  enən,  qalxan-enən-qalxan  (rise-fall-rise)  – 
qeyd edir. A.Palmer isə dörd əsas tonunu qeyd edir: enən (falling), yüksəkdən 
qalxan  (high  rise),  enən-qalxan  (fall-rise)  və  alçaqdan  qalxan  (low  rise).  O, 
həmçinin  yüksəkdən  enən  (high  fall)  və  “alçaq  orta  ton”  (low  level  tone) 
haqqında  da  fikir  söyləyir  və  əlaqələndirici  tonların  ardıcıllığını  (eyni  ton 
qruplar) və ikinci dərəcəli tonların (eyni olmayan ton qruplar) ardıcıllığını təsvir 
edir.R.Kingdon  yüksək  və  alçaq,  normal  və  emfatik  tonları  fərqləndirir  və 
qalxan  (rising),  enən  (falling),  enən-qalxan  (fall-rise-divided  and  undivided), 
qalxan-enən  (rise-fall),  qalxan-enən-qalxan  (rise-fall-rise)  və  orta  ton  (level) 
növlərini qeyd edir [2, s.114]. O’Konnor və Arnold alçaq və yüksək enmələr və 
qalxmalar  (low/high  fall;  low/high  rise),  qalxan-enən  (rise-fall),  enən-qalxan 
(fall-rise) və mürəkkəb enən + qalxan (iki sadə tonun vəhdəti) tonları qeyd 
edirlər.M.Hallidey isə yeddi əsas ton növlərini – yüksəkdən enən (high fall), 
yüksəkdən qalxan (high rise), qalxan-enən (rise-fall), enən-qalxan (fall-rise), 
yüksəkdən enən + yüksəkdən qalxan (high fall + high rise), qalxan-enən + 
yüksəkdən  qalxan  (fall-rise  +  high  rise)  qeyd  edir.V.Vasilyev  on  ton 
vahidlərini  göstərir.  O,  qeyd  edir  ki,  səs  tonları  dəyişən  və  orta  ola  bilər. 
Dəyişən tonlar sadə, düzəltmə və mürəkkəb ola bilərlər. Alimin fikrincə, ən 
çox  işlənən  mürəkkəb  tonlar  bunlardır:  yüksəkdən  enən  +  yüksəkdən  enən 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə