Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə24/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   20   21   22   23   24   25   26   27   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
69
NAİLƏ YUSİFOVA  
Azərbaycan Dövlət İqtisad Universiteti 
nailayusifova@yahoo.com 
 
TƏHSİL İSLAHATININ HƏYATA KECİRİLMƏSİ 
PROSESİNDƏ DÖVLƏT PROQRAMININ MƏQSƏD VƏ 
NƏTİCƏLƏRİ 
 
Açar sözlə: təhsil, təlim, amil, məqsəd, təfəkkür
Kлючевы еслова: образование, тренинг, фактор, цель, сознание;  
Key word: education, training, factor, target, thinking; 
 
İnsan,  əsas  fəaliyyətlərdən  biri  olan  təlimin  köməyi  ilə  bəşəriyyətin 
təcrübəsinə  yiyələnir.  Təlim  fəaliyyəti  psixoloji  proseslərlə  qarşılıqlı  əlaqədə 
tənzimlənir.Ümumiyyətlə  psixoloji  proseslərin(diqqətin,  qavrayışın,  hafizənin, 
təxəyyülün, təfəkkürün, hisslərin, ifadənin) inkişafında təlim fəaliyyəti əsas rol 
oynayır.  Aparılan  psixoloji  və  pedaqoji  tədqiqatlar  nəticəsində  sübut 
olunmuşdur  ki,  təlim  materiallarının  şüurlu  şəkildə  mənimsənilməsində  və 
mahiyyətin  dərk  olunmasında  təfəkkürün  digər  psixoloji  proseslərdən  fərqli 
olaraq  çox üstünlükləri vardır. Dünya təhsil sisteminə inteqrasiya  baxımından 
baş  verən  yaxınlaşmalar,  aparılan  islahatlarda  səmərəli  təlim  fəaliyyəti 
nəticəsində qazanılan nailiyyətlər danılmazdır.Şəxsiyyət, insanın ictimai konkret 
həyat  şəraitində  özünün  təlim  və  tərbiyəsində  formalaşır,  belə  olan  təqdirdə 
müstəqil Azərbaycan  dövlətinin ehtiyac  və  tələblərinə  uyğun  olan şəxsiyyətin 
yetişdirilməsi  təlimin  başlıca  məqsəd  və  vəzifəsidir.Təlim  prosesinin 
optimallaşdırılması,  onun  elmi  təşkili,  səmərəsinin  yüksəldilməsi  tələbə 
fəallığının intensivləşdirilməsi, nəticədə təhsilin keyfiyyətli olmasına səbəb 
olur.  Dünyada  gedən  inkişaf  prosesi  ilə  cəmiyyətdə  yaşayan  insanların 
mənəvi  psixoloji  və  intellektual  səviyyəsi  arasında  fərqin  azalmasına  nail 
olmaqla  sivil  dövlət  yaratmaq  mümkündür.  Təhsilin  strateji  təsir  gücündə 
olması, qeyd olunan faktorla bağlıdır. Yeni təlim metodları ilə əlaqədar təşkil 
olunmuş  treninqlərin  müvafiq  məşğələlərini  keçən  müəllimlər  tənqidi 
təfəkkür  metodunun  imkanlarından  tədris  prosesində  istifadə  etməklə 
müəyyən praktik bacarıqlar əldə edirlər. İlk addım kimi qiymətləndirilən bu 
nailiyyətləri  ümumi  respublika  miqyasında  genişləndirmək  vacibdir.  Təhsil 
islahatının  həyata  keçirilməsi  prosesində  dövlət  proqramında  təsbit  olunan 
məqsəd,  prinsip,  mərhələlər,  hüquqi  baza,  gözlənilən  nəticələr  öz  əksini 
tapmalıdır.Yeni təlim metodları ifadəsini məzmununa görə təhlil etsək əsas 
diqqət bilik, bacarıq və vərdişlərin aşılanmasında müəllimin pedaqoji ustalıq 
nümayişi etdirmə məharəti ön plana gətirilir. Məna və mahiyyət baxımından 
təlim  anlayışı  öz  dəyərini  saxlamaqla,  yeni  metodların  seçilməsi,  tətbiqi 


Filologiya məsələləri, № 7, 2017 
 
70
qaydalarına xidmət edir. Öyrənənə şəxsiyyət kimi yanaşmadan onu hərtərəfli 
bərabərhüquqlu  varlıq  hesab  etmək  çox  çətindir.  Avtoritar  münasibət 
bəsləməklə  tədrisin  mahiyyətini  qiymətləndirmək  qeyri  mümkündür.Təhsilin 
keyfiyyəti  iki  cəhətdən  şərtlənir.  Birinci  dövlət  standartlarına  uyğunluğu, 
ikincisi  isə  təlim  alanların  tələbatının  ödənilməsi.  Qeyd  olunan  amillər  tədris 
prosesində kifayət qədər qiymətləndirilmədiyindən uzun illər diqqətdən kənarda 
qalmışdır. Təhsil islahatının demokratikləşdirmə, humanistləşdirmə, inteqrasiya, 
diferansasiya,  ərdiləşdirmə  prinsipləri  tətbiq  olunduğu  şəraitdə  istehlakçının 
hüquqları  təmin  olunur.  Öyrənənləri  meyl  və  maraqları  üzrə  seçim  aparır, 
müəllimləri haqqında azad fikirlərini söyləmək hüququndan sərbəst istifadə edə 
bilirlər.Bütün  bu  yeniləşmələr  təlim  metodlarının  səmərəlilik  dərəcəsinin 
artırılması, təhsildə keyfiyyətin, yüksəldilməsinə nail olan müəllimlərin nüfuzu-
nun artmasına gətirib çıxaracağına şübhə qalmır.Ənənəvi təlim metodlarına görə 
dərs  sxematik  olaraq  auditoriyanın  təşkili,  davamiyyətin  yoxlanılması,ev 
tapşırıqlarının,  keçmiş  dərsin  sorğusu,  yeni  biliklərin  verilməsi  və 
möhkəmləndirilməsi qiymətləndirmə, əlavə tapşırıqlar və s. ardıcıllıqla apa-
rılır. Açıq etiraf olunmalıdır ki, hər hansı bir fənn üzrə tədris olunan mövzu 
ilə  bağlı  verilən  bilik  öyrənənlərin  tam  fəallığı  şəraitində  aşılanmır.  Bir  iki 
nəfərin  dərsdə  çalışqanlığı  hesabına  təlim  işinin  qurulması  digərlərinin 
passivliyinə gətirib çıxarmışdır. Öyrənənləri arzu etmədikləri lazımsız məlumat-
larla  yükləmək,  onların  hafizəsinin  vaxtından  əvvəl  zəifləməsinə  səbəb  olur. 
Müəllim əməyinin səmərəliliyi onun standartlara cavab verməsidir. İlk növbədə 
müəllim kadrların hazırlığı müasir standartlar səviyyəsinə qaldırılmalıdır.Təlim 
prosesində hər iki tərəf öyrənir. Yəni öyrədən kimi həmişə səciyyələndirdiyimiz 
müəllim  daha  çox  öyrənməlidir  ki,  öyrədə  bilsin.  Öyrətməyə  yalnız  təlim 
metodlarından düzgün şəkildə istifadə etməklə nail olmaq mümkündür. Bu işin 
əsil  açarı  fikrimizcə  tənqidi-təfəkkür  metodundan  səmərəli  istifadə  etmək 
bacarığındadır.  Yeni  təlim  metodları  tənqidi  təfəkkürün  köməyi  ilə  öz  real 
həllini  tapa  bilir.  Tənqidi  təfəkkür  üç  mərhələdə  həyata  keçir.  Düşünməyə 
yönəltmə,  düşünmə,  dərk  etmə.  Hər  bir  mərhələnin  özünəməxsus  strategiyası 
vardır.  Yeni  təlim  metodları  ilə  tədris  olunan  dərsdə  öyrədənin  beyin  fəaliy-
yətinin aktivliyi bütün fazalarda təmin edilir.Düşünməyə yönəltmə mərhələsində 
"Əqli hücum" -strategiyasından hər bir dərsdə müvafiq qaydada istifadə olunması 
məsləhətdir.  Burada  əsas  məqsəd  auditoriyada  əyləşənlərin  qısa  vaxt  ərzində 
düşünməyə yönəldilməsidir. Düşünməyə yönəltmə mərhələsində istifadə olunan 
mövzu ola bilər ki, tədris olunan mövzunun məzmunu, məqsədi vəzifəsi ilə bağlı 
heç  bir  əlaqəsi  olmasın  və  yaxud  əksinə.  Bu  prinsip  baxımından  beyin  təlim 
prosesinə  yönəldilərək  düşünməyə  təhrik  edilir.  Necə  ki,  istehsalatda 
quraşdırılmış  texniki  qurğuların  sazlığı  müntəzəm  yoxlanılarkən  onları  boş-
boşuna  işlədirlər.  Təlim  prosesində  istehlakçının  düşünməyə  yönəltmə, 
dərketmə, düşünmə (DDD) mərhələlərində fəal iştirakı strategiyaların köməyi 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə