Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə17/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   13   14   15   16   17   18   19   20   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
49
oynaqlı açar; water-bearing formation -sulu lay; pipe rack - qəbul körpüsü; 
drill  hammer-  buruq  çəkici;  manual  tongs-  əl  açarı;  pump  suction-  qəbul 
çəni; jar block -zərbə toxmağı və s. 
   
 Sifət və isimdən düzələnlər; ball-bearing - diyircəkli dayaq, back-door –gizli, 
xəlvəti, backfire - əks alışma, əks alov , background –arxa plan. 
 Say və isimdən düzələnlər; triangle - üçbucaq, eight day - səkkizillik;  
   
 İngilis dilində sözlər yaradılması üçün birinci və əsas mənbə bu dilin 
öz lüğət tərkibidir. Bu dil zəngin lüğət tərkibinə malik olduğu üçün termin 
yaradılması sahəsində də hər cür imkana malik bir dildir. Elm və texnikanın 
müxtəlif  sahələri  üzrə  terminlər  yaradılarkən  dilimizin  lüğət  tərkibinə 
dərindən nəzər salmaq,müvafiq sözləri seçib yerli-yerində işlətmək zəruridir. 
Unutmaq olmaz ki, dilin öz lüğət ehtiyatından götürülmüş terminlərin nüfuz 
dairəsi daha geniş olur. 
   
 Dilin  daxili  inkişaf  qanunlarından  və  qrammatik  qaydalarından 
istifadə edərək analitik yolla yaranan hər bir yeni söz və terminlərin hamısı 
leksik-terminoloji  potensialın  zənginləşməsində  vəyeniləşməsində  çox 
mühüm əhəmiyyət kəsb edir. Analitik yolla termin yaradıcılığı məsələsi hələ 
1940-cı  illərdə  aktual  məsələlərdən  biri  olmuşdur.  Analitik  yolla  termin 
yaratma  üsulu  dilin  leksik-terminoloji  bazasının  zənginləşməsi  və 
genişlənməsi baxımından çox böyük əhəmiyyət daşıyır. 
   
 Dilin leksik-terminoloji bazasının yeni anlayışlarla zənginləşməsində 
afiksal (sintetik) və prefiksal (analitik) leksik-termonoloji vahidlərinin özünə 
məxsus rolu və əhəmiyyəti vardır. Elə buna görə də leksik-terminoloji vahidləri 
struktur  məna  xüsusiyyətlərinə  görə  tərkibində  afiksal  və  prefiksal  səciyyəli 
sözyaratma element-ləri iştirak edən kimi ümumiləşdirmək olar. 
  Azərbaycan  dilində  informasiya  ingilis  dilindəki  uyğun  modellər  üzrə  for-
malaşır.  İnterliquid  contact  (mayelərarası  kontakt);  intercity  -  şəhərlərarası 
sözlərinin  əsasında  yarandığı  halda,  ingilis  dili  modelindən  fərqli  olaraq 
Azərbaycan dilinin sintetiklik tələbi üzrə qurulur. Bu da Azərbaycan dilinin ön 
şəkilçi sözyaratma qarşılığı olmamasından irəli gəlir.  
  Bu  sözyaratma  vasitələri  özünün  məna  müstəqilliyinə  görə  söz  hüquqi 
daşısa  da  informasiya  verici  modelə  görə  müvafiq  sözyaratma  vasitəsinin 
qarşılığı səviyyəsində afiksallıq funksiyasını yerinə yetirir.Lakin bu vahidlər 
şəkilçi  həddinə  düşmədiyi  üçün  onların  vasitəsi  ilə  yaranan  sözlər  dildə 
düzəltmə yox,mürəkkəb leksik-terminoloji vahidlər - mürəkkəb sözlər kimi 
səciyyəvidir.   
   Bu başdan qeyd edək ki,ingilis dilində ən çox mübahisəli məsələlərdən biri 
də mürəkkəb sözlər və terminlərlə əlaqədardır. Bunu müxtəlif səbəblərlə izah 
etmək  olar.  Bu,  texniki  terminlərə  də  aiddir.  Çünki  terminlərin  tədqiqi  ilə 
məşğul  olan  mütəxəssislərin  özlərinin  bu  sahədə  yaratdıqları  termin 
müxtəlifliyi,termin dolaşıqlığı “terminlər dəqiq olmalıdır” tezisi ilə ziddiyyət 


Filologiya məsələləri, № 7, 2017 
 
50
təşkil  edir.  Ziddiyyətin  bir  səbəbi  də  istər  mürəkkəb  terminlərin,istərsə  də 
söz birləşməsi şəklində olan terminlərin bu vaxta kimi terminologiyaya aid 
yazılmış  bir  çox  elmi  ədəbiyyatlarda  terminoloji  birləşmələr  adı  altında 
verilməsidir.  Buna  səbəb  bu  birləşmələr  arasında  mövcud  olan  oxşarlıqdır. 
Bu oxşarlıqlar aşağıdakılardan ibarətdir: 
 1. Həm söz birləşmələri,həm də mürəkkəb sözlər şəklində olan terminlər iki 
və  daha  artıq  sözün  birləşməsindən  əmələ  gəlmişdir.  Onları  təşkil  edən 
sözlər  ayrılıqda  müstəqil  mənaya  malikdir.  Məsələn,  mürəkkəb  söz  və  ya 
terminlər  absorbent  -  hopduran,  canına  çəkən,  crown  block  -  kəlləçarx 
,şamaltı  -  pipe  setback;  mud  mixer-  gil  qarışdırıcı;  pipe  cutter-  borukəsən; 
rotable wheel- dolamaçarx və s. 
   Söz  birləşməsi  şəklində  olan  terminlər:  hinged  tongs-  oynaqlı  açar;  water-
bearing  formation  -sulu  lay;  pipe  rack  -  qəbul  körpüsü;  drill  hammer-  buruq 
çəkici;  manual  tongs-  əl  açarı;  pump  suction-  qəbul  çəni;  jar  block  -zərbə 
toxmağı və s. 
2.  Həm  söz  birləşmələri,  həm  də  mürəkkəb  söz  şəklində  olan  terminlərin 
komponentləri  eyni  nitq hissəsinə  aid  olur  və  eyni  qrammatik  formaya  malik 
olur.Məsələn; downhole instrument - quyu cihazı; pipe setback - şamaltı; wall of 
a well - quyu divarı; crown bit - baltabaşı; 
3.  Həm  söz  birləşməsi,  həm  də  mürəkkəb  söz  şəklində  olan  terminlərin 
komponentləri  bir-birinə  uyğun  şəkildə  sıralanır.  Məsələn;  clay  mill  -  gil 
üyüdən; casingspear - borututan; ship elevation - gəmi qaldıran; pipe cutter- 
boru kəsən. 
   Mürəkkəb sözləri söz birləşmələri şəklində olan terminlərdən fərqləndirən 
kifayət qədər xüsusiyyətlər mövcuddur. Bunları nəzərdən keçirək: 
1.  Söz  birləşməsi  şəklində  olan  terminləri  əmələ  gətirən  sözlər  leksik-
semantik müstəqilliyini saxlayır,ayrılıqda olduğu kimi,birləşmə daxilində də 
ayrı-ayrı  məfhumlarla  bağlı  olur.  Mürəkkəb  terminləri  təşkil  edən  sözlərdə 
isə həmin müstəqillik qalmır.Onlar ayrılıqda əlaqədar olduqları məfhumlarla 
əlaqəni itirir,ya da bu əlaqə tamam zəifləyir. 
2.  Söz  birləşməsi  modelində  olan  neft  terminlərinin  komponentlərinə 
ayrılıqda  sual  vermək  olur:  ikigirişli(necə)  stator(nə);  almazlı(hansı) 
genişləndirici(nə) və s. 
 3. Mürəkkəb terminlərin komponentlərinə isə ayrılıqda sual vermək olmur. 
Mürəkkəb  terminlər  bütövlükdə  bir  suala  cavab  verir.  Məsələn;  yivaçan 
(nə?); gilqarışdırıcı(nə?); yerseçmə(nə?) dolamaçarx(nə?) və s. 
4. Mürəkkəb terminlərin ya hər iki komponenti bir vurğu ilə deyilir, ya da 
bunlardan birinin vurğusu öz əvvəlki mövqeyini saxlayır, diğərinin vurğusu 
isə  zəifləyir.  Müqayisə  edək:  flat-iron  -ütü,  flat-iron  və  s.  Söz  birləşməsi 
formasında  olan  terminlərin  isə  hər  komponentinin  özünəməxsus  müstəqil 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə