Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə6/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   2   3   4   5   6   7   8   9   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
16
                                                                                          
YEGANƏ ABBASOVA 
filologiya üzrə fəlsəfə doktoru 
yeganahuseynova@mail.ru 
 
TABESİZ MÜRƏKKƏB CÜMLƏNİN, ALINMA SÖZLƏRİN 
KOMPONENTLƏRİNİ ƏLAQƏLƏNDİRƏN VASİTƏLƏR 
 
Açar sözlər: alınma sözlər,leksika, məfhum, fonetik. 
Key words: borrowed words, lexical, understanding, phonetical. 
Ключевые слова: заимствование слова, лексика, понятие, фонотичис-
кий. 
 
Tabesiz mürəkkəb cümlənin komponentləri bir-biri ilə semantik, qram-
matik və fonetik vasitələrlə əlaqələnir. Komponentlərin mənaca əlaqələnmə-
si,  onların  sirası,  bağlayıcılar  və  bağlayıcı  birləşmələr,  işarə  əvəzlikləri  və 
mənsubiyyət  şəkilçisi  komponentləri  ortaq  elementləri,  onların  zamanca 
uyuşmaları, komponentlərdə cümlə üzvlərinin eyni sıra ilə düzülməsi və va-
hid intonasiyaya tabe olması kimi vasitələr tabesiz mürəkkəb cümlənin təş-
kilinə xidmət edən əsas vasitələrdir.  
Tabesiz  mürəkkəb  cümlələri  təsnif  edərkən  komponentlərin  mənaca 
əlaqəli olmasını birinci növbədə nəzərə almaq lazımdır. Bununla yanaşı, hər 
hansı məna əlaqəsinin formalaşmasına kömək edən qrammatik vasitələri də 
nazərdən qaçırmaq olmaz. Bu vaxta qədər qrammatika yazanlar tabesiz mü-
rəkkəb cümlələri ya onları komponentləri arasındakı məna əlaqələrinə görə, 
ya da onları bağlayan bağlayıcılara görə bölmüşlər. Bağlayıcılara görə böl-
mək özünü doğrultmur, çünki bir bağlayıcı bir neçə məna əlaqəsində işlənə 
bilir. Ona görə də bölgü formal xarakter daşıya bilər. Komponentləri məna 
əlaqələrinə görə bölmək daha əlverişlidir.  
Tabesiz mürəkkəb cümlənin qurulmasında komponentlərin sıralaması-
nın  çox  böyük  rolu  vardır.  Məlum  olduğu  üzrə,  danışan  şəxs  öz  fikirlərini 
müəyyən məntiqi ardıcıllıqla tərtib edir və o qayda ilə də başqalarına bildirir. 
Tabesiz  mürəkkəb  cümlənin  komponentlərinin  qarşılıqlı  əlaqəsi  sayəsində 
ifadə edilən müxtəlif mənalar məhz möhkəm sıra sayəsində meydana çıxır. 
Möhkəm  sıra olması,  səbəb nəticə,aydınlaşdırma  və  s kimi  mənaları  yarat-
maq və ifadə etmək olmaz. Zahirən belə görünə bilər ki, sadalama əlaqəsin-
də, xüsusən də komponentləri eyni olmayan bir düzülüş sisteminə malikdir. 
Lakin həqiqətdə isə orada da müəyyən qanunlar özünü göstərir və daha əhə-
miyyətlisi qabağa salınır.  
Tabesiz  mürəkkəb  cümlənin  komponentlərini  əlaqələndirməkdə  bağ-
layıcıların  və  bağlayıcılı  birləşmələrin  mühüm  rolu  vardır.  Bunlar  kom-


Filologiya məsələləri, № 7, 2017 
 
17
ponentlər  arasında  məna  münasibətinə  müvafiq  olaraq  işlədilir.  Mürəkkəb 
cümlənin komponentləri arasında aşağıdakı tabesiz bağlayıcılar işlədilir: 
1.-da-da // -də-də,-da// də bağlayıcısı: 
Dolu da ötüşdü, külək də keçdi (B. Bayramov); Nəriman oxudu, acıqlı-
acıqlı həkimin üzünə baxdı, həkim də ona göz yetirdi (Mir Cəlal) . 
2. və bağlayıcısı: 
Ümumən çox hay-küy düşüb və narazı olan adamlar fürsət tapıb, aranı 
qızışdırıblar ( M. İbrahimov); Qapı açıldı və ev sahibinin qulluqçusu otağa 
girdi.  
3. isə bağlayıcısı 
Şamxal  evdən  köçəndən  sonra  Zərnigar  xanım  bir  küncə  çəkilib 
ağlayır, Salatın isə qorxusundan gözə görünmürdü (İ. Şıxlı). Yanıma gələnlər 
əlini üzüb gedir, həkim isə bir şey aşkar edə bilmədiyi üçün başını bulayıb 
çıxırdı (B. Bayramov)  
4. ancaq, amma, lakin bağlayıcısı 
Şəhərin  özündə  şirin  quyulardan  başqa,  ikinci  su  mənbəyi  Çuxur 
məhəllədəki  Mehralı  bəy  bulağı  idi,  ancaq  bu  bulağın  suyu  şor  idi 
(Y.V.Çəmənzəminli). Qafilə qala qapısını çoxdan tərk etmişdi, lakin hələ də 
ikiqat qalmış keşikçilər razılıq etməkdə idilər (Y.V.Çəmənzəminli). 
5. yəni bağlayıcısı  
Ara qarışan kimi oldu yəni elə bil Şərəf ananın özü də, ona verilən sual 
da arada itdi (B. Bayramov).  
6. gah-gah da bağlayıcısı 
Elə  bil  gah  ayaqlarım  yerdən  üzülürdü,  gah  da  torpaq  məni  çəkirdi, 
aparmaq istəyirdi (B. Bayramov).  
7. həm-həm (də), həm də bağlayıcısı 
Qız  həm  qorxudan  sərsəmləmişdi,  həm  də  soyuqdəymə  ciyərlərinə 
işləmişdi (B. Bayramov).  
8. nə-nə (də) bağlayıcısı 
Nə  anam  dillənir,  nə  də  mən  düşüncələrimi  dağıtmaq  istəyirdim 
(B.Bayramov).  
Əvəzliklərdən o, bu, və onların müxtəlif halları sonrakı komponentdə 
işlədilir,  digər  bağlayan  vasitələrlə  yanaşı,  komponentlərin  əlaqələnməsinə 
xidmət edir.  
Dilini bilmədiyim adamları nəfəsindən başa düşürdüm, onlar da məni 
dərhal anlayırdılar (B.Bayramov).  
Bəzən  bu  vəzifəni  birinci  komponentdəki  xüsusi  ismə  qarşı  işlənən 
ümumi isim də yerinə yetirir. 
Sonrakı  komponentdə  işlənən  mənsubiyyət  şəkilçisi  (III  şəxsdə)  əvv-
əlki  komponentdəki  ismi  təkrardan  azad  edir  və  onu  dinləyiciyə  xatırladır. 


Filologiya məsələləri, № 7, 2017 
 
18
Anamın  qaşları  çatıldı,  baxışlarında  kədərlə-ələmlə  iftixar  hissi  bir-birinə 
qarışdı (B.Bayramov).  
Tabesiz  mürəkkəb  cümlədə  kompomentlərin  əlaqələnməsində  ortaq 
cümlə üzvlərinin və cümlə üzvü olmayan sözlərin də mühüm rolu vardır. Hər 
bir komponentə cümlə üzvləri, ara sözlər və ədatlar eyni dərəcədə aid olur. 
Daha çox işlənən ortaq üzvlər zərfliklərdir. Bundan əlavə, tamamlıq və 
təyinin də ortaq işlənən vəziyyəti müşahidə edilir.  
1) Ortaq yer zərfliyi 
Yaylaqda həm səliqə yaranar, həm də rahatlıq olar (B.Bayramov).  
2) Ortaq zaman zərfliyi 
Səfəri  görəndə  için-için  yanar,  dilavələr  hörmət  edər,  qocalar  isə 
igidliyi və mərdliyi üçün onu çox sevərdilər (Y.V.Çəmənzəminli) 
3) Ortaq tərzi-hərəkət zərfliyi 
Birdən  qulaqbatırıcı  gurultu  eşidildi,  ayaqlarımızın  altında  yer  titrədi 
(B.Bayramov)  
4) Ortaq səbəb zərfliyi 
Onun  istisindən  çöllərin  otu  quruyur,  biçilib  qurtarmamış  zəmilərin 
sünbülləri yerə töküürdü (M.İbrahimov).  
5) Ortaq məqsəd zərfliyi 
Oxumaq üçün mən Bakıya gəldim, qardaşım isə Kirovabada getdi. 
6) Ortaq tamamlıq 
Bunu mən çox gözəl bilirəm, ancaq anam bilmir...(B.Bayramov) 
2. Ortaq ara sözlər 
Deyirəm, bəlkə, duman açıldı, aydınlıq oldu (B.Bayramov). İntəhasız, 
dava var uzun olur, dava var qısa (Mir Cəlal). 
3. Ortaq ədat 
Yalnız  çəyirtkələr  ora-bura  uçuşur;  cırcıramaların  laylalı  səsi 
kəsilmirdi (M.İbrahimov). 
Ədat digər ortaq üzvlərlə birlikdə də işlədilə bilər: 
Bəs  nə  üçün  o  böyüdükcə  atası  qeydkeş  və  iztirablı  görünür,  anası 
həyəcanlı bir ürəklə başının üstündə titrəyir? (M.İbrahimov). 
4. Ortaq bağlamalar və şəkilçilər 
Maq-qara özünü kölgəliyə verib köyşəyir, quşlar budaqlarda gizlənir, 
itlər dilini bir qarış çıxararaq ləhləyirdi (M.İbrahimov). Gah peşəkar artistlər 
tamaşa göstərir, gah da özfəaliyyət kollektivləri çıxış edirdilər. 
Həmin misallarda hekayə forması şəkilçilərinin, eləcə cəm şəkilçisinin 
sonuncu komponentdə iştirak edərək, bütün komponentlər üçün ortaq olması 
həmin  komponentlərin  əlaqəli  olmasını  təmin  edir.Tabesiz  mürəkkəb  cüm-
lənin komponentləri arasında zaman uzlaşması olur ki, bu da onların əlaqəli 
olmasına xidmət edir. Belə ki, əvvəlki komponentdə hansı zaman və ya şəkil 
iştirak edirdisə, sonrakı da ona uyğunlaşır.  


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə