Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə3/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   2   3   4   5   6   7   8   9   ...   133

Filologiya məsələləri, № 7, 2017 
 
7
Avropa.  hel  “yedizdirmək”:  latın.  alə,  qədim  island.  ala  “yedizdirmək”, 
sami-hami; ərəb alya “quyruq”, “quyruq yağı”, türk. aş “qida” [7, s.260]. 
Nostratik dillərdə inkişaf etmiş başqa bir fonetik əlamət sözün önundə 
y  səsinin  bəzi  dil  ailələrində  düşməsidir:  nost.  yara  “parlamaq”  türk.  yaru 
“parlamaq”, dravid. eri “işıq saçmaq” [7, с.280], nost. yela “işıqlı”, dravid. el 
“işıq”, kartvel. el “işıq saçmaq”, türk. yaşu “işıq saçmaq” [7, s.281]. 
Türk dilləri arasında nostratik əlamətləri mühafizə edən çuvaş dilidir. 
Digər  türk  dillərində  sözün  ортасында  və  sonunda  ş  samiti  çuvaş  dilində 
nostratik mənşəli l samitinə uyğun gəlir: pilĕk – beş, xĕl-qış, çul-daş, şal-diş, 
alak-eşik və s. 
Nostratik dillərin uzaq qohumluğunu göstərən başqa bir fonetik əlamət 
isə  sözün  daxilində  və  sonunda  r-z  əvəzlənməsidir:  sami-hami.  kr,  kar 
“quzu”, dravid. kori, kuri “qoyun”, türk. kozı, kuzu “quzu”, monqol. kuriqan 
“quzu” [188, с.302], sami-hami. bora “boz”, “çəhrayı”, monqol. bora “boz”, 
hind-Avropa. bowra “boz”, “qonur”, türk. boz, çuvaş. păvăr “qonur”,“boz” 
[7, s.123]. 
Göründüyü kimi, r-z fonetik qanunauyğunluğunda da çuvaş dili ilkin 
formanı (-r) saxlamışdır. 
V.M.İlliç-Svitıçın sözlüyündə türk dilləriнин də daxil olдуьу nostratik 
dillərin qohumluğunu əks etdirən yüzlərlə söz və morfoloji əlamətlər vardır 
ki,  bu  da  türkляри  Гярб  мядяниййятляриндян  təcrid  edərək,  Mərkəzi 
Asiyaya bağlayanların yanlış fikirdə olduqlarını göstərir. 
Türk dillərinin digər dil ailələri ilə qohumluğunu göstərən dil faktları 
yalnız  dilçilərin  aşkar  etdikləri  nümunələrlə  məhdudlaşmır.  Latın  və  türk 
dilləri arasında aşkar etdiyimiz leksik paralellərin bir çoxu nostratik mənşəli 
сайылмалыдыр.  Bu  paralellərin  bir  çoxu  sabit  fonetik  qanunauyğunluqlar 
əsasında fərqlənir. 
Aşağıda müqayisə edəcəyimiz dil faktlarının türk variantları o, u sait-
ləri ilə başlanır, latın dilində isə həmin sözlərin önündə v samiti işlənir: 
 
Latın 
Qədim türk 
vola “ovuc”,“daban” 
ul “daban”, “əsas” 
voco “çağırmaq”, 
okı “çağırmaq”, 
“adlandırmaq” 
“adlandırmaq” 
voc (is) “səs”, “söz” 
ok “səs” , “söz” 
vulgo “çox” 
uluğ “böyük” 
 
Müqayisə  edilən  paralellərin  nostratik  mənşəli  olmasına  əsas  verən 
odur ki, latın dilindəki variantların başqa hind-Avropa dillərində qarşılıqları 
vardır.  Məsələn,  latın  dilindəki  voco  “çağırmaq”,  “adlandırmaq”  hind-
Avropa  dilllərindəki  vak  “danışmaq”,  văk  “söz”  (qədim  hind),  wak  “səs” 


Filologiya məsələləri, № 7, 2017 
 
8
(toxar)  və  b.  [3,  с.472]  ilə  eyni  mənşəlidir.  Eləcə  də  latın  dilindəki  vulgo 
“çox” və qədim türk dilindəki uluğ (“böyük”) nostratik mənşəli olub, başqa 
dil  ailələri  üçün  də doğmadır:  sami - hami. w/l  “böyük”, hind-Avropa.  uel 
“böyük”, Ural. wola “çox”, dravid. val “böyük” [8, с.109]. 
Hindavropaşünaslar  bəzən  bir  çox  dil  ailələrinin  qədim  qohum-
luğundan  qaynaqlanan  nostratik  elementləri  yanlış  olaraq  hind-Avropa 
dillərinin  qohumluğunu  эюстярян  leksik  təbəqəyə  aid  etmişlər.  Яслиндя 
ися онлар тяряфиндян hind-Avropa dillərinин qohumluğunun sübutu kimi 
qəbul edilən vak, văk, wak (“danışmaq”, “çağırmaq”, “söz”, “səs”), еляъя дя 
və qədim türk dilindəki ok (“səs”), okı (“çağırmaq”) ümumi nostratik kökdən 
qaynaqlanır  və  Avrasiya  xalqlarının  daha  qədim  qohumluğunu  əks  etdirir. 
Göründuyu  kimi,  hind-Avropa,  Altay,  Ural  və  başqa  dil  ailələrini  genetik 
cəhətdən  bir-birinə  bağlayan  dil  faktları  türk  dillərinin  Mərkəzi  Asiya 
mənşəli  olduğuna  dair  ənənəvi  dilçilik  nəzəriyyəsinя  зиддир.  Türklər 
nostratik dil ailələrinə mənsub olan digər xalqlar kimi müxtəlif çağlarda Юн 
Асийаны  tərk  etmiş,  müxtəlif  ərazilərdə  məskən  salmışlar.  Onlar 
turukki/turki  adları  altında  Şimali  Mesopotamiya  və  cənubi  Azərbaycan 
ərazilərində,  troyalılar  adı  altında  Anadoluda,  turskilər  kimi  İtaliyada  və 
başqa ərazilərdə  məskunlaşmışlar.Orta əsrlərdə Azərbaycana  və Anadoluya 
Şərqdən  gələn  türklər  яслиндя  vaxtilə  Mərkəzi  Asiyada  məskunlaşmış 
türklərin  geri  dönən  qollarıdır  və  məhz  щямин  türklərin  Qərbə  dönüşünü 
dilçilər  yanlış  olaraq  onların  Гярбя  ilk  gəlişi,  Azərbaycanı  və  Anadolunu 
«türkləşdirmələri»  kimi  qəbul  etmişlər.  Bu  yanlışlıq  məhz  onunla  bağlı 
olmuşdur  ki,  troyalılar  (Anadolu),  turskilər  (İtaliya),  turukku/turkilər 
(Mesopotamiya,  Cənubi  Azərbaycan)  və  digər  еркян  türklərin  mənşəyi 
haqqında  Qərb  və  Sovet  alimləri  ya  bilgiyə  malik  olmamış,  ya  da  buna 
sadəcə göz yummuşlar.  
 
Ядябиййат 
 
 
1. Казымов Г. Азярбайъан дилинин тарихи. Бакы, 2003. 
2.  Байрам  С.  Кайнаклара  эюре  эцней-Доьу  Анадолу’да  Прото-Тцрк 
излери. Тцрк Дцнйасы Араштырмалары Вакфы, 1988. 
3.  Гамкрелидзе  Т.В.  Иванов  В.В.  Индоевропейский  язык  и 
индоевропейцы, т.Ы-ЫЫ, 1984. 
4.  Короглы  Х.Т.  Взаимосвязи  эпоса  народов  Средней  Азии  и 
Азербайджана. М., 1983. 
5. Немировский А.И. Этруски. От мифы к истории. М., 1983. 
6.  Самойлович  А.Н.  Тюркология  и  новое  учение  о  языке.  ХЛВ  Ака-
демику Н.Я. Марру. М. – Л., 1935. 


Filologiya məsələləri, № 7, 2017 
 
9
7.  Иллич-Свитыч  В.М.  Опыт  сравнения  ностратических  языков. 
Сравнительный словарь. М., 1971. 
8.  Иллич-Свитыр.  В.М.  Опыт  сравнения  ностратических  языков. 
Сравнительный словарь. М., 1976. 
 
Ъщинэиз Эарасщарли 
 
Ностратиъ ланэуаэе тщеорй анд тще проблем оф Туркс’  
Мотщерланд 
Суммарй 
 
Тще артиъле деалс wитщ тще дисърепанъй оф Ностратиъ ланэуаэе тщеорй 
абоут тще олд кинсщип оф тще ланэуаэе фамилиес ин Еурасиа анд Африка wитщ тще 
ехистинэ тщеорй ъонъернинэ абоут тще мотщерланд оф тще Туркс, аъъординэ то 
wщиъщ тще Туркс аре оф Ъентрал Асиан ориэин.  
Тще кинсщип оф тще Туркс wитщ тще Ностратиъ ланэуаэес ехcлудес тще 
арgумент абоут Асиан ориэинс оф тще Туркс. Фром тще отщер сиде, верй анъиент 
траъес оф тще Туркс, кно wн то ус ундер тще намес оф Трожан, Турукки, аре 
дисъоверед ин тще Mедитерранеан Басин ин тще лиэщт оф щисториъал соуръес анд 
ономастиъон оф пре-Iндоеуропеанс оф тще реэион. 
 
Чингиз Гарашарлы 
 
Теория ностратического родства и проблема о родине  
Тюрков 
Резюме 
 
Статья  посвящена  выяснению  противоречия  между  теорией  о 
ностратическом  родстве  языковых  семей  в  Евразии  и  Африки  с  су-
ществующей  теорией  о  прародине  тюрков  в  Центральной  Азии.  Выя-
вленное  родство  тюркских  языков  с  ностратическими  языками  польнос-
тью  исключает  точку  зрения  о  Азиатском  происжождении  тюрков.  С 
другой  стороны,  древние  следы  тюрков  известные  нам  под  этнонимам 
троянцы, турукки и др, обнаруживаются в Средиземноморном бассейне в 
свете  исторических  сообщений  о  тюркском  происхождия  троянцев,  и 
фактов ономастики доиндоевропейских языков региона. 
 
 
  Rəyçi:                Azad Məmmədov 
                   filologiya elmləri doktoru, professor 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə