Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə129/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   125   126   127   128   129   130   131   132   133

Filologiya məsələləri, № 7, 2017 
 
343
peyğəmbərin və səhabilərinin iş və sözləri ilə bağlı xəbər mənasında işlənmişdir. 
Müsəlmanların dini nağıllarının hamısına birlikdə bu ikinci mənada olaraq hədis 
və bununla bağlı elmə də - elmül-hədis deyilir” (11, 2 39). 
Hz.Məhəmmədin  (s.a.s)  həyat  tərzi,  söz  və  işi  ilə  əlaqədar  rəvayət, 
məlumat  və  xəbərlər  hədislərin  əsas  rüknünü,  əsas  məğzini  təşkil  edir. 
Hədisləri mövzu dairəsinə, toxunduğu problemlərin əhatəliliyinə görə heç bir 
humanitar  sahə  ilə,  heç  bir  ədəbi  janr  ilə,  heç  bir  tarixi  əsərlə  müqayisə 
etmək olmaz. Hədislər insan fərdinin ən adi əxlaq normalarından, həyat və 
məişət  problemlərindən  tutmuş,  dini  ehkamlara  qədər,  yüksək  dövləti 
siyasətə qədər çoxcəhətli, rəngarəng və zəngin məsələləri özündə ehtiva edir. 
Elə  bu  əvəzsiz  mahiyyət  və  əhəmiyyətinə  görə  idi  ki,  islam  aləmində 
hədislərin toplanması, şərhi xüsusi elm sahəsinə çevrilmişdir.  
Hədislər  öz  yığcamlığı,  mövzu  konkretliyi  ilə  daha  çox  tövsiyə, 
nəsihət, dəvət və yönəltmə xarakteri ilə atalar sözlərinə çox yaxındır. Onların 
əzbərlənib  sürətlə  yayılmasının  əsas  səbəbi  də  forma  və  məzmunundakı 
məhz bu keyfiyyət idi (6, 42). 
Ancaq  sonrakı  dövrlərdə  hədis  kitablarının  hamısında  hədislər 
mövzularına görə sıralanmışlar ki, belə əsərlərə “müsənnəf” (təsnif edilmiş) 
deyilir.  Müsənnəflərin  özləri  də  iki  qismə  bölünür:  camelər  və  sünənlər. 
Bütün  dini  mövzularla  bağlı  hədisləri  özündə  birləşdirən  əsərlər  came, 
təharətdən  vəsiyyətə  qədər bütün fiqhi  mövzulara aid hədisləri ehtiva  edən 
məcmuələr isə sünən adlanırdı. 
Sonralar  çoxlu  sayda  hədis  məcmuələri  tərtib  olunsa  da,  onların 
əksəriyyəti başlıca olaraq “Altı kitab”dan istifadə yolu ilə yazılmış kitablar 
idi. Həcm etibarilə müxtəlif olan bu kitablar içərisində “Hədisi-Ərbəin” (qırx 
hədisi  ehtiva  edən  məcmuələr)  adı  ilə  tanınan  toplular  da  xüsusi  yer  alır. 
“Hədisi-ərbəin”  məcmuələri  şəkil,  məzmun  və  mövzu  baxımından 
müxtəlifdir.  Şəkil  baxımından  “Hədisi-Ərbəin”  topluları  üç  hissəyə  ayrılır: 
nəsr,  nəzm  və  nəsr-nəzm  növbələşməsi  ilə  yazılanlar.  Məzmunun  şəkli 
(ümumi  görünüşü)  baxımından  da  “Hədisi-ərbəin”  məcmuələri  üç  yerə 
bölünür:  1)  yalnız  hədis  mətnləri;  2)  qısa  izahlar  və  ya  tərcümə  və 
izahlarla  hədis  mətnləri;  3) ayət  və hədislər  və  ya  nəsihət və  hekayətlərlə 
qüvvətləndirilənlər (7, 10-11). 
3.  İmam  Əli  ibn  Əbi  Talibin  hikmətli  kəlamlarından  ibarət  olan 
“Nəhcül-bəlağə” kitabı da “ədəb” janrının əsas ideya-estetik qaynaqlarından 
biridir. “Nəhcül-bəlağə” Əli ibn Əbi Talibin söylədiyi xütbə, yazdığı məktub 
və  hikmətli  kəlamlarıdır.  “Nəhcül-bəlağə”  əsəri  Allahı  vəsf  edən  bir 
xütbədən  başlayır  və  insanları  Allahın  varlığına  inanmaq,  ona  başlanğıc, 
ədəbi,  dəyişməz  və  ilahi  qüvvə  kimi  baxmaq  və  onun  qanunlarına  riayət 
etməyə  çağırır.  İmam  Əli  bu  əsərdə  Allahın  Rəsulunu  və  “Qurani-Kərimi” 
vəsf  etmiş,  insanlara  həyatda  hər  çətinliyi  səbrlə  qarşılayan  Məhəmməd 


Filologiya məsələləri, № 7, 2017 
 
344
Peyğəmbər kimi yaşamağı tövsiyə edir. “Nəhcül-bəlağə” hekayətləri sadə və 
ümumi dildə yazılmış bir əsərdir. Kitabdakı dastanlar siyasi-iqtisadi, əxlaqi-
ictimai  və  dini  sahələri  özündə  əhatə  etmişdir.  “Nəhcül-bəlağə”də  başqa 
mövzularla  birgə  ədəb  mövzusuna  da  geniş  yer  verilməsi  “ədəb”  janrının 
əsas ideya-estetik qaynaqlarından olmasına gətirib çıxarır. 
Ərəb-islam  ədəbiyyatı  tarixində  nadir  şəxsiyyətlərdən  biri  olan  gözəl 
xətib, filosof, şair Əli ibn Əbi Talibin (ə) hikmətli kəlamlarından ibarət olan 
“Nəhcül-Bəlağə” kitabı da “ədəb” janrının əsas ideya-estetik qaynaqlarından 
biridir.  “Nəhcül-Bəlağə”  Əli  ibn  Əbi  Talibin  (ə)  söylədiyi  xütbə,  yazdığı 
məktub  və  hikmətli  kəlamlarıdır.  Böyük  alim  Seyid  Rəzi  Məhəmməd  ibn 
Əhməd  (h.q  359-406)  hicri  qəməri  tarixi  ilə  400-cü  ildə  İmam  Əlinin  (ə) 
xütbə,  kəlam  və  məktublarını  toplayıb  adını  “Nəhcül-Bəlağə” 
adlandırmışdır. “Nəhcül-Bəlağə”-nin lüğət mənası “bəlağətin yolu” və ya ” 
aydın,  gözəl  danışmağın  yolu”  deməkdir  (10,6).  “Nəhcül-Bəlağə”  əsəri 
Allahı  vəsf  edən  bir  xütbədən  başlayır  və  insanları  Allahın  varlığına 
inanmaq,  ona  başlanğıc,  ədəbi  dəyişməz  və  ilahi  qüvvə  kimi  baxmaq  və 
onun  qanunlarına  riayət  etməyə  çağırır.  İmam  Əli  (ə)  bu  əsərdə  Allahın 
rəsulunu (s) və ali kitab “Quranı” vəsf etmiş, insanlara həyatda hər çətinliyi 
səbirlə qarşılayan Məhəmməd Peyğəmbər (s) kimi yaşamağı tövsiyə edir. Əli 
ibn  Əbi  Talibin  (ə)  xütbələri  özünün  gözəl  bədii  xüsusiyyətləri  ilə 
fərqlənərək, insan və təbiət gözəlliklərini bədii ifadələrlə, məcazlarla təsvir 
edir. “Nəhcül-Bəlağə”-nin məzmunu və mətni üç hissədən ibarətdir: 
I  hissə  241-242  xütbədən  ibarət  olub,  İmam  Əlinin  (ə)  müxtəlif 
hadisələr və şəraitlə bağlı etdiyi söhbətlərdir. 
II  hissə  78-79  məktubdan  ibarət  olub,  İmam  Əlinin  (ə)  müxtəlif 
şəxslərə yazmış və onları düzgün yola, gözəl işlərə yönəldən məktublarıdır. 
III hissə isə 480-489 hikmətamiz sözdən ibarət olub, İmam Əlinin (ə) 
müxtəlif  yerlərdə  söylədiyi  əxlaqi,  elmi,  tarixi,  psixoloji  və  digər  hədislər 
yığımıdır. 
“Nəhcül-Bəlağə” hekayətləri sadə və ümumi dildə yazılmış bir əsərdir. 
Burada  müxtəlif  dastanların  əksəriyyəti  İmam  Əlinin  (ə)  xilafəti  dövründə 
baş verib. Kitabdakı dastanlar siyasi-iqtisadi, əxlaqi-ictimai və dini sahələri 
özündə əhatə etmişdir (10,7). 
“Nəhcül-Bəlağə”-də başqa mövzularla birgə ədəb mövzusuna da geniş 
yer  verilmişdir.  Ədəb  mövzusunda  İmam  Əlinin  (ə)  bu  kəlamlarını  qeyd 
etmək olar:  
“Xalqın  əxlaqı  ilə  uyğunlaşmaq  kindən  və  şərdən  qorunmaq  üçün 
vasitədir” (10, 275). “Təqva əxlaqın rəisidir” (10,27). 
 4. Məlum olduğu kimi, “Min bir gecə” yazılı abidəsi orta yüzilliklərdə 
çox məşhur olan nağıllar məcmuəsidir. Bu abidənin “ədəb” janrında yaranan 
əsərlərin əsas ideya-estetik qaynaqlarından hesab olunması təbii haldır. Ət-


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə