Microsoft Word 017 esas sayi doc



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə130/133
tarix08.07.2018
ölçüsü1,54 Mb.
#54338
1   ...   125   126   127   128   129   130   131   132   133

Filologiya məsələləri, № 7, 2017 
 
345
Tənuxinin tədqiq etdiyimiz əsərində də “Min bir gecə” abidəsinə daxil olan 
nağılların kompozisiya baxımından təsiri açıq-aydın hiss olunur. 
“Ədəb”  janrının  əsas  ideya-estetik  qaynaqlarından  biri  olan  “Min  bir 
gecə”, “Əlf leylə və leylə” – orta əsrlər ədəbi abidəsi, nağıllar məcmuəsidir. 
Tədqiqatçıların  əksəriyyətinin  fikrincə,  “Min  bir  gecə”  nağıllarının  əsasını 
IX  əsrdə  orta  fars  (pəhləvi)  dilindən  ərəb  dilinə  tərcümə  edilən  “Hezar 
əfsanə”  (“Min  əfsanə”)  təşkil  edir.  Pəhləvi  mətni  dövrümüzədək  gəlib 
çatmamışdır.  Əsərdəki  hekayələr  orta  əsr  iran,  ərəb  və  hind  xalqlarının 
həyatını əks etdirdiyi üçün hər üç xalqın müştərək abidəsi sayılır. “Min bir 
gecə”-nin ərəb dilində son tərtibi əsrin əvvəllərində Misirdə başa çatmışdır. 
Sonralar  katiblər  və  abidəni  başqa  dillərə  çevirən  mütərcimlər  dövrlərinin 
ictimai,  əxlaqi  görüşlərinə  və  şəxsi  zövqlərinə  uyğun  olaraq  onda 
dəyişikliklər aparmış, bəzi yerlərini ixtisara salmış, əlavələr etmişlər. Əsəri 
fars  dilinə  ilk  dəfə  1844-cü  ildə  Təbrizli  Əbdüllətif  çevirmişdir.  “Min  bir 
gecə”nin süjet xəttinin əsasını ərəb hökmdarı Şəhriyarla onun vəzirinin ağıllı 
və  fərasətli  qızı  Şəhrizad  haqqında  nağıl  təşkil  edir.  Ölümə  məhkum 
olunmuş  Şəhrizad  gecələr  sübhədək  Şəhriyara  maraqlı  və  sehirli  nağıllar 
söyləyir; o, nağılı qəsdən ən maraqlı yerində yarımçıq kəsir. Beləliklə, 1001 
gecə  keçir  və  nəhayət  Şəhriyar  Şəhrizadı  öldürmək  hökmündən  əl  çəkir. 
“Min bir gecə” geniş şöhrət qazanmış, bir çox dillərə (ingilis, alman, fransız, 
rus, Azərbaycan və s.) tərcümə olunmuş, Asiya və Avropa xalqlarının şifahi 
və yazılı  ədəbiyyatına təsir  göstərmişdir. Abidənin  bir  hissəsini  (446  gecə) 
Ə.Müznib  Azərbaycan  dilinə  çevirmiş  və  hələ  1910-cu  ildə  “Əlf  leylə” 
(“Min gecə”) adı ilə nəşr etdirmişdi. Akad. Ziya Bünyadovun redaktorluğu 
ilə  “Min  bir  gecə”  rus  dilindən  ana  dilimizə  tam  şəkildə  tərcümə  olunaraq 
səkiz cilddə nəşr edilmişdir (1). 
  Bu  mövzuda  aparılan  tədqiqatda  göstərilir  ki,  “Təqribən  min  illik  zaman 
məsafəsində  üç  mərhələdə  keçdiyi  təkamül  mərhələsi  nəticəsində  “Min  bir 
gecə”nin tərkibində üç lay – Hind-İran, Bağdad və Misir layları yaranmışdır. 
Bu laylar abidədə xalis şəkildə mövcud olmasa da, onların fərqləndirilməsi 
aparıcı  tematik  ünsürlər,  tarixi  və  coğrafi  reallıqlar,  süjet  və  kompozisiya 
elementləri əsasında mümkün olmuşdur. Çünki hər bir laydakı nağıllar sonrakı 
təsir  və  əlavələrə  uyğun  özündə  yarandığı  mühitin  ictimai  şəraitinin,  mədəni 
ənənələrinin, həyat və təfəkkür tərzinin möhrünü daşıyır (1, 5). 
Ərəb-müsəlman  sinkretik  mədəniyyətinin  formalaşması  və  tərəqqisində, 
sonrakı  dövrdə  “müsəlman  intibahı”  adını  almış  ictimai-mədəni  çiçəklənmə 
mərhələsinin meydana gəlməsində mühüm amillərdən biri olan tərcüməçilik 
fəaliyyətində  İran  ədəbi-fəlsəfi  fikri  nümunələrinin  ərəbcəyə  çevrilməsi 
xüsusi  yer  tuturdu,  yəni  “Min  bir  gecə”nin  pəhləvi  dilindən  ərəbcəyə 
tərcüməsi və təkmilləşdirilərək yeni keyfiyyətlər qazanması nadir bir hadisə 
deyildi.  


Filologiya məsələləri, № 7, 2017 
 
346
Bu  ecazkar  əsər  yalnız  dinin  deyil,  hüququn,  şəriətin  və  bütünlükdə 
müsəlman  xalqlarının  ideologiyasının  qiymətli  mənbəyidir.  Orta  əsrlərdə 
fəlsəfi, ictimai-siyasi, etik, estetik və s. görüşlərin çoxunu Qurani-Kərimdən 
təcrid etmək qeyri-mümkündür; əksər ideoloji cərəyan və təlimlər bu və ya 
digər dərəcədə onunla bağlıdır . 
5.  “Ədəb”  janrının  əsas  ideya-estetik  qaynaqlarından  olan  “Saflıq 
qardaşları” orta əsrlərdə din ilə bidət arasında gedən açıq mübarizələr zamanı 
yaranmışdı.  Bu  mübarizələr  çox  vaxt  ağır  faciələr  törətdiyi  səbəbdən 
yaranmış  “Saflıq  qardaşları”  cəmiyyəti  gizli  fəaliyyətə  başlamışdı.  Onun 
mərkəzi orqanı Bəsrədə (İraq) yerləşsə də, üzvlərinə bütün müsəlman Şərqi 
ölkələrində, o cümlədən Azərbaycanda da rast gəlinirdi.  
Xilafətə  qarşı  çıxan  şiəliyin,  xüsusən  batinilik  mövqeyində  duran 
ismaililiyin  və  mütəzililiyin  “Saflıq  qardaşları”nın  yaradıcılığına  dərin  təsiri 
açıq-aşkardır.  “Saflıq  qardaşları”  eyni  zamanda,  müxalifətçi  sxolastlar  kimi 
özlərini  “ədalət  əhli  və  həmd  övladları”  adlandırırdılar.  Traktatların  baş-
lanğıcında həmçinin deyilir ki, bunlar “elmin sahələrinə, hikmətlərin qəribəlik-
lərinə, mənaların həqiqətlərinə dair səmimi sufilərin kəlamı barəsindədir . 
“Saflıq qardaşları” cəmiyyətin müxtəlif təbəqələrini təmsil edirdi. Özləri 
xəbər  verirlər:  “Bizim  comərd,  fəzilətli  adamlardan  ölkələrə  səpələnmiş 
qardaşlarımız,  dostlarımız  var.  Onlardan  bir  tayfa  padşahların,  əmirlərin, 
vəzirlərin, katiblərin, bir tayfa şəriflərin, dehqanların, tacirlərin və qaimlərin, 
bir  tayfa  alimlərin,  ədiblərin,  fəqihlərin  və  din  xadimlərinin,  bir  tayfa  isə 
sənətkarların, təsərrüfatçıların və sair adamların övladlarıdır” . 
 “Saflıq  qardaşları”nın  yaradıcı  üzvlərindən,  elm  və  sənət 
adamlarından  beş  nəfərin  adı  məlumdur:  Zeyd  ibn  Rifaə,  Əbu  Süleyman 
Məhəmməd  ibn  Məşər  Bisti  (Müqəddəsi),  Əbülhəsən  Əli  Harun  oğlu 
Zəncani, Əbuəhməd Məhrəcani, Əvfvi, Əbu Həyyan. Onların çoxlu dostları, 
həmkarları,  xidmətçiləri  varmış.  Əbu-Həyyan  Əli  Mühəmməd  Tauhidinin 
verdiyi məlumatda deyilir: “Bu dəstə on-on düzəlmişdi, bir-birinə sədaqətlə 
səmimi münasibətdə idi, qüdsiyyət, paklıq, nəsihət əsasında toplanmışdı”. 
“Saflıq  qardaşları”  geniş  xalq  kütlələri  içərisində  təbii-elmi  biliklər 
yayır,  dini  fəlsəfələşdirməyə  çalışırdılar.  “Saflıq  qardaşları”  əsərləri  dörd 
cilddə toplanmışdır: 1) riyazi elmlər, 2) təbiət elmləri, 3) əqli-nəfsani elmlər 
(metafizika) və 4) ilahi-qanuni və dini şəri elmlər. Bu cildlərdəki traktatların 
düzümü  müəyyən  dərəcədə  “Saflıq  qardaşları”nın  təliminin  sistemini  əks 
etdirir.  Onların  fikrincə,  “fəlsəfi  elmlər  dörd  növdür:  birinci  –  riyaziyyat, 
ikinci – məntiq, üçüncü – təbiət, dördüncü – metafizika” (3, 50). 
“Saflıq  qardaşları”nın  traktatları  əzəli  ənənələri  təqlid  etmək, 
xarakterin  tərbiyə  edilməsi,  güclü  iradi  keyfiyyətlər  aşılanması  mərhələ-
lərindən ardıcıl keçməklə mənəvi və intellektual kamilliyin son mərhələsinə 
çatan saf əxlaqlı və bacarıqlı gənclər üçün nəzərdə tutulurdu. Bu mərhələdə 


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə